Virtual tanışlığın acı həqiqətləri

İnsanlar vaxtlarının çox hissəsini sosial şəbəkələrdə keçirirlər, buna görə də tanışlıq üçün burdan istifadə etmələri anlaşılandır. Araşdırmalar göstərir ki, virtual şəbəkələrdə olan tanışlıqlar real görüşlər baş tutmadan sona çatır.

Statistikaya görə

Miçiqan Dövlət Universitetinin araşdırmalarına görə, virtual mühitdə tanış olub evlənən cütlüklərin boşanma nisbəti real görüşüb evlənənlərdən 3 dəfə çoxdur.

Virtual sevgi

Virtual tanışlıq saytlarının üzvü olan insanların 1/3-i öz profillərində yalan məlumatlar paylaşırlar.
Onlayn tanışlıq saytlarında görüşməyə qərar verənlərin 1/3-i görüşə getmir.
İnternet dövründə yaşayırıq. Belə saytlar get-gedə tanışlıq proqramlarına çevrilirlər. Ancaq buna baxmayaraq hələ də etibarlı sayılmırlar.

internetdə tanışlıq

Diqqətli olmaq

  • Görüşə gedərkən bəzi yaxınlara xəbər verin.
  • Heç kimin evində görüşməyə razı olmayın.
  • İçkinizi masada qoyub uzaqlaşmayın.
  • Narahatlıq hiss etdiyiniz zaman oradan uzaqlaşın.
  • Etibar qazanmaq asan deyil. Həqiqətən etibar etdiyiniz zaman sevə biləcəksiniz. Getdiyiniz mühitdə qısa müddət ərzində söhbət etdiyiniz insan haqqında məlumat əldə edəcəksiniz. Virtual mühit insanlara inam vermir. Ona görə əsl sevgini real həyatda axtarmaq lazımdır.

Yazar: İlk yazar