Yuxuda pomidor görməyin yuxuyozması

Yaxşı əlamət sayılır. Ailə daxilindəki hüzura, qüdrətə və sağlamlığa işarədir. Yuxu sahibinin gözləmədiyi anda xoş xəbərlər eşidəcəyini göstərir.

Yuxuda qırmızı pomidor görmək

qirmizi pomidor

Yuxu sahibinin dəyərli zinət əşyaları alacağından xəbər verir. Ələ keçəcək pulları ifadə edir. Yuxuda qırmızı pomidor görmək yuxu sahibinin iş həyatında böyük nüfuz qazanacağı, buna görə düşmənlərinin sayının artacağı anlamına gəlir. O, əhatəsində inandığı insanları saxlamalıdır. Əks-təqdirdə, müxtəlifproblemlərlə üzləşə bilər.

Yuxuda yaşıl pomidor görmək

Bol qazancdan xəbər verir. Yuxu sahibinin etdiyi yaxşılıq müqabilində savab qazanacağını bildirir. Yuxuda yaşıl pomidor görmək yuxu sahibinin həyatdakı münasibətinin axıradək davam edəcəyi kimi yozulur. O, uzun səfərə çıxmalıdır. Yaşadığı gərgin günləri arxada qoyub yeni səhifə açmalıdır.

Yuxuda budaqda pomidor görmək

Son dərəcə xeyirli bir yuxudur. Yuxu sahibinin həyatındakı problemlərdən qurtulacağına işarədir. Budaqdakı pomidorlar qırmızıdırsa, qazanılacaq halal pula dəlaət edir. Yuxuda budaqda pomidor görmək yuxu sahibinin təmiz qəlbli olduğunu göstərir.

Yuxuda pomidor tarlası görmək

Hüzur və xoşbəxtlik deməkdir. Yuxu sahibinin evlilik həyatının uğurla davam edəcəyinə dəlalət edir. Yuxuda pomidor tarlası görmək yuxu sahibinin uğurlarında ailəsinin onun yanında olacağından xəbər verir. Bu yuxu əldə ediləcək uğurlarda başqalarının gözü ola biləcəyini ifadə edir.

Yuxuda dilimlənmiş pomidor görmək

doğranmış pomidor

Yuxu sahibinin gözəl bir həyata sahib olacağını bildirir. Onun mal-mülkü qısa müddət ərzində artacaq. Yuxuda dilimlənmiş pomidor görmək yuxu sahibinin aza qane olduğu, şükür etdiyi kimi yozulur.

Yuxuda pomidor doğradığını görmək

Yuxu sahibinin işində uğurlu olacağına, ətrafında onu qısqanan adamların mövcudluğuna işarədir. Yuxuda pomidor doğradığını görmək iş və təhsil həyatında nailiyyət qazanılacağından xəbər verir.

Yuxuda böyük pomidor görmək

Yuxu sahibinin uzun müddət davam edən sevgi həyatına sahib olacağına dəlalət edir. Yuxuda böyük pomidor görmək dəyərli qadın anlamını verir. Bu qadın yuxu sahibinin anası, arvadı və ya bacısı ola bilər. O, bu qadının dəyərini bilməlidir.

Yuxuda pomidor almaq

Yuxu sahibinin şad xəbərlər alacağı kimi təfsir olunur. Yuxuda pomidor almaq yuxu sahibinin əlində olanların dəyərini bilməli olduğuna işarədir

Yuxuda pomidor yemək

Yaxşı əlamətdir. Yuxu sahibinin həyatının gözəl və işıqlı olacağından xəbər verir.

Yuxuda quru pomidor görmək

Çətin yollarla pul qazanılacağına dəlalət edir. Yuxu sahibi hər anlamda gözəl və xeyirli nəticələr ədə edəcək.

Yuxuda çürük pomidor görmək

Yuxu sahibinin ətrafındakı bir insan haqqında mənfi sözlər danışacağını göstərir. Bu yuxu digər məyusluq doğuran oxşar məqamları əhatə edir.

Yuxuda bişmiş pomidor görmək

bişmiş pomidor

Yuxu sahibinin hiylə ilə pul qazanacağına işarədir. Bişmiş pomidor bəzən yetkinləşmə, bəzən isə əxlaqla öyünən insanlar mənasını verir.

Yuxuda bağda pomidor görmək

Yuxu sahibini və ailəsini xoşbəxt edəcək şad xəbər əlamətidir. Ailədəki bütün problemlərin bitəcəyi anlamına gəlir.

Yuxuda pomidor qabığı görmək

Mal-mülkün israf edilməsini göstərir. Pomidoru soyub qabığını atan insan çox pul qazanar, lakin pulunu yanlış yerlərə sərf edər.

Yuxuda təzə pomidor görmək

yaşıl pomidor

Bol gəlirli dövrdən xəbər verir. Yuxu sahibi bu dövrdən yaxşı istifadə edərək pul yığa bilər.

Yuxuda pomidor turşusu görmək

Pomidor turşusu bərəkətli və qazanclı iş mənasına gəlir. Yuxu sahibinin işində uğurlu olacağına, yaxşı pullar qazanacağına dəlalət edir.

Yuxuda əzilmiş pomidor görmək

Haram pul və mal deməkdir. Yuxu sahibinin qeyri-qanuni işlərlə məşğül olacağından xəbər verir.

Yuxuda pomidor konservi görmək

Uzun müddətdir görülməyən bir dostdan xəbər alınacağı kimi yozulur. Bu yuxu həm də unudulmuş, geridə qalmış bir hadisənin təkrarən canlanmasına işarədir. Yaxşı əlamət sayılır. Ailə daxilindəki hüzura, qüdrətə və sağlamlığa işarədir. Yuxu sahibinin gözləmədiyi anda xoş xəbərlər eşidəcəyini göstərir.

Oxşar digər yuxu yozumları:

Yazar: İlk yazar