Çiçəklərin mənaları nədir?

Fərqli gözəllikləri və qoxuları olan çiçəklər mənaları ilə də önəm daşıyırlar. Hər çiçəyin fərqli mənaları var. Hətta eyni adlı çiçəklər də rəngləri fərqli olduğu üçün fərqli mənalar daşıyır. Hər bir çiçəyin mənası onun hansı məqsədlə hədiyyə edildiyini izah edir. Çiçəklərin mənalarını təqdim edirik.

1. Ağ qızılgül – günahsızlıq

Ağ qızılgül

Ağ qızılgül məsumluğu, saflığı və təmizliyi təmsil edir. Əsasən evlilik təklifi edəcək kişilər ağ qızılgül seçirlər.

2. Qırmızı qızılgül – sevgi

Qırmızı qızılgül

Qırmızı qızılgül sevgini ifadə edir. Sevgilərini etiraf etməyə çalışan kişilər adətən ilk növbədə qırmızı qızılgüldən istifadə edirlər. Eyni zamanda, 14 fevral - Sevgililər günündə az qala “gül qırğını” yaşanır. Bütün kişilər sevdiyi qadınlara qırmızı qızılgül hədiyyə edirlər.

3. Çəhrayı qızılgül – könlüm sənindir

Çəhrayı qızılgül

Qızların qəlbini fəth etməyə çalışan kişilərin köməyinə qaçan güllər arasındadır. Zərifliyi və gözəlliyi ilə göz oxşayır.

4. Sarı qızılgül- sevgi

Sarı qızılgül

Avropanın XVIII əsrə qədər sarı qızılgüldən xəbəri olmayıb. İstilik və sevgini təmsil edir.

5. Mavi qızılgül – sirr

Mavi qızılgül

Sirri və əsrarəngizliyi təmsil edir. Mümkünsüzü və əlçatmaz olanı ifadə edir.

6. Ağ qərənfil - təmizlik, saflıq

Ağ qərənfil

Saflığı və təmizliyi ifadə edir.

7. Qırmızı qərənfil – sevgi

Qırmızı qərənfil

Sevgini təmsil edən qırmızı qərənfillər, adətən seçkilər zamanı siyasi partiyaların zorla hamının əlinə verdikləri çiçəklərdir.

8. Çəhrayı qərənfil - səmimiyyət

Çəhrayı qərənfil

Çəhrayı qərənfil səmimiyyəti ifadə edir. Çəhrayı çiçəklər həmişə zərif və sevimli olur.

9. Sarı qərənfil - kədər

Sarı qərənfil

Sarı qərənfillər kədəri təmsil edir.

10. Ağ qərənfil - saflıq, təmizlik

Sarı qərənfil

Ağ rəng həmişə saflığı və təmizliyi təmsil edir. Bu səbəbdən ağ çiçəklər saflığın və təmizliyin simvoludur.

11. Qırmızı lalə - səni sevirəm

Qırmızı lalə

Qırmızı sevginin rəngidir. Qırmızı çiçəklər sevgini təmsil edirlər. Bu sevgi mütləq sevgiliyə olan sevgi deyil. Bu, ananıza, atanıza və uşağınıza olan sevgi ola bilər.

12. Çəhrayı lalə - anlayış

Çəhrayı lalə

Anlayışı ifadə edən çiçəyin olması gözəldir. Ümid edək ki, hamı bir-birini başa düşsün və bu çiçək insanlara örnək olsun.

13. Sarı lalə - gərginlik

Sarı lalə

Bir çiçəyin gərginliyi ifadə etməsi çox qəribədir.

14. Ağ səhləb çiçəyi - məsumluq, lütf

Ağ səhləb çiçəyi

Ağ səhləb dəbli çiçəklər arasındadır. Məsumiyyəti və zərifliyi təmsil edir. Qızların sevimli çiçəklərindən biridir.

15. Çəhrayı səhləb çiçəyi – sevimlilik

Çəhrayı səhləb çiçəyi

Səhləb çiçəyi hər rəngində öz zərifliyini qoruyub saxlayır. Çəhrayı səhləb zərifliyi ifadə edir.

16. Bənövşəyi səhləb çiçəyi- nəciblik

Bənövşəyi səhləb çiçəyi

Bənövşəyi səhləb çiçəyi nəcibliyi təmsil edir. Son illərdə gəlinlərin əlində ən çox görünən çiçəkdir.

17. Mavi səhləb çiçəyi - sevgilərin ən böyüyü

Mavi səhləb çiçəyi

Mavi səhləb çiçəyi sevgilərin ən böyüyünü ifadə edir.

18. Çobanyastığı - təmiz ürək

Çobanyastığı

Çobanyastığı baharı gətirən bir çiçəkdir. Görünüşü ilə xoş təsir bağışlayan füsunkar və sevimli çiçəklər sırasındadır.

19. Kaktus - səmimiyyət

Kaktus

Kaktus, sevdiyin bir şəxsə göndərildikdə “sevgimiz üçün bütün çətinliklərə dözməliyik” anlamını verir. Qadınların çox da sevmədiyi çiçək olsa da, mənası böyükdür.

20. Mələkotu – ilham mənbəyimsən

Mələkotu

Sevdiyiniz insana mələkotu göndərmək, görünüşü və qoxusu pis olsa da, ilham, ümid və sevinc deməkdir. Sevdiyiniz insan mələkotu çiçəyinin mənasını bilirsə, çox təsirlənəcək. Çiçəyin mənasını kiçik bir qeydlə yaza bilərsiniz.

Yazar: İlk yazar