Düşünərkən gözlərimiz niyə hərəkət edir?

Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək də, göz hərəkətlərimizin əhəmiyyətli bir hissəsi biz fərqində olmadan baş verir. Kitab oxuyarkən ard-arda düzülmüş sözlər arasında diqqəti tez dəyişdirmək üçün nəzarətimizdən kənarda baş verən ardıcıl yerdəyişmə hərəkətləri buna misaldır. Bu hal düşünmə zamanı da geniş miqyasda müşahidə edilir və beynimizin fəaliyyətindən xəbər verir.

Düşünmək

Diqqətimizi cəmləyib düşündüyümüz zaman gözlərimizi müxtəlif istiqamətlərə çevirməyimizi diqqəti yayındıran şeylərdən qaçınmaq istəyimizə bağlaya bilərik. Ancaq təcrübələr göstərir ki, diqqəti dağıdacaq elementlərin olmadığı mühitlərdə hətta gözlər bağlı olduqda da göz bəbəkləri davamlı hərəkət edir. Göz hərəkətlərinin müxtəlifliyi isə bizi düşünməyə sövq edən vəziyyətin konteksti ilə bağlıdır. Məsələn, parçaları zehni olaraq dağınıq bir pazl şəklində birləşdirməyə çalışmaq və ya bir mebel avadanlığının yerini dəyişdirməyi xəyal etmək kimi vizual təfəkkürün iştirak etdiyi proseslərdə beynimiz həqiqətən o hərəkətin içindəymiş kimi gözlərimizi hərəkət etdirə bilər.

Düşünərmək haqqında

Aparılan bir təcrübə göz hərəkətlərinə əsasən verəcəyimiz qərarların proqnozlaşdırıla biləcəyini göstərir. Müəyyən zaman intervallarında təsadüfi rəqəmlər seçən iştirakçılar seçdikləri, lakin hələ söyləmədikləri rəqəm əvvəlkindən böyük olduqda gözlərini sağa və yuxarı, kiçik olduqda isə əks tərəfə hərəkət etdiriblər. Son iki ildə oxuduğumuz kitabları saymağımız istənilən təcrübəyə cavab axtarmaq kimi şifahi düşünməyi tələb edən durumlarda isə gözlərimiz daha çox hərəkət edə bilər. Bütün bu araşdırmalara baxmayaraq, qeyri-vizual düşüncə proseslər zamanı göz hərəkətlərinin funksionallığı ilə bağlı hələ heç bir nəticə əldə edilməyib.

Yazar: İlk yazar