Döymə (Tatoo) Necə Yaranıb?

Hindlilər, Yaponlar, Amerikanlar və Afrikadakı bəzi qəbilələr döyməni bəzək olaraq etsələr də, bir çox yerlərdə döymə xəstəliklərə və pis ruhlar qarşı qoruyucu bir tilsim olara tətbiq edilir.

Döymə bəzən fərdi cəmiyyətdəki mövqeyini də ifadə edir. Tatu etmə ənənəsi xeyli köhnədir. Eradan əvvəl 2000-ci illərdə Qədim Misirdə, Qalliyalılarda, Britonlarda, Traklarda döymənin mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada döymə barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcburi edilirdi. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürmüşdülər.

Aradan əsrlər keçdikdən sonra avropalılar döyməni unutdular. 18-ci əsr sonlarında dənizaşırı gəzintilərdə Amerikan yerlilərinə və Polinezyalılarda döyməklə yenidən qarşılaşdılar. Avropa dilləri, döymə qarşılığı olan tattoo sözcüyünü Tahiti dilindəki “tautau” sözündən almışdır. Tatu 20-ci əsrin başlarından sonra, xüsusilə dənizçilər arasında məşhurluq qazandı.

Döymə haqqında

Romantik duyğuları, vətənpərvərliyi ya da dindarlığı ifadə etmək məqsədiylə döymə geniş şəkildə istifadə edildi və indiki vaxtda da istifadə edilməkdədir, amma gigiyenaya əhəmiyyət verilmədiyi və AIDS kimi bəzi xəstəlikləri bulaşdırdığı səbəbiylə döymə etməyə qanuni məhdudiyyətlər gətirilməsi üçün işlər aparılır. Döymənin müxtəlif edilmə üsulları vardır.

Döymə növünün birində iti uclu sümükdən istifadə edilir. Belə ki, sümük dəriyə batırılır və açılan dəliklər boya ilə doldurulur. Hətta bu açılan dəliklərdən ip keçirərək də döymə etmək olar. Modern üsullarla edilən döymə isə bu növ döymələrə nisbətən daha ağrısızdır və sağlamlığa zərəri daha azdır. Günümüzdə döymədə istifadə olunan maşınlar sayəsində döymə dəri üzərində qələmlə şəkil çəkirmiş kimi asan və daha dəqiqdir. Müəyyən yaş dövründə hər birimizin döymə ilə bağlı arzusu olur, amma döymə haqqında hər birimiz kifayət qədər bilmirik. Döymə etdirən bir çox insan, tələsik və ya düşünmədən etdirdikləri döyməyə peşman olur.

qız boyunda döymə

Bu tip vəziyyətlərdə pis edilmiş ya da istənilməyən döymədən xilas olmaq üçün bir neçə tip üsul var. Məsələr “Cover up” vasitəsilə. Bu döymə sildirmə və ya döymənin başqa bir döyməylə örtülməsi əməliyyatın nəticəsində döymə edilən bölgədə deformasiya meydana gələ bilər, lakin rəngli döymələr də təhlükə daha azdır. Belə hallarla rastlaşmaqdan çəkinənlər, müvəqqəti döymə üsuluna əl atırlar.

Müvəqqəti döymə hind xınası və bir neçə kimyəvi maddənin qarışığıyla edilir, bədəndə qalmamüddəti təxminən 1 həftə ilə 10 gün arasındadır. Bu cür döymə rəng tonunu saxlamır və tədricən silinir. Sadə bir əməliyyatdır, lakin istifadə ediləcək vəsaitin doğru seçilməsi vacibdir, çünki allergik reaksiya nəticəsində dərin, yanığa bənzər, qalıcı yaralara səbəb ola bilər. Buna görə də ən mükəmməl seçim ömürlük və qəti qərar verilmiş döymədir.

Mənbə: Bildirchin.az

Yazar: İlk yazar