Dünyadakı 13 ən müqəddəs yer
Dünyada müqəddəs yerlər görünüşü və digər keyfiyyətləri ilə milyonlarla insanın diqqətini çəkir. Belə məkanlar Çin, Hindistan, İtaliya, Fələstin, Türkiyə kimi ölkələrdə yerləşir. Həmin müqəddəs yerləri təqdim edirik.
1. Avstraliya - Uluru
Aborigenlər üçün müqəddəs yer sayılır. Aborigenlər buranı həyat qaynağı kimi görürlər. Bu nəhəng qayalığın adı Ayers qayalığıdır. Qayalıq gün ərzində rəngini dəyişir.
2. İsrail - Qüds
Qüds yəhudilər, xristianlar və müsəlmanlar üçün önəmli şəhərdir. Burada çoxlu sayda məscid və kilsə var. Qüds 3 min ilə yaxındır yəhudiliyin mərkəzi sayılır. Şəhərdəki Ağlama divarı hər il çoxlu sayda yəhudi tərəfindən ziyarət olunur.
3. Yunanıstan - Athos dağı
Yunanıstanda olan Athos dağı müqəddəs yer hesab olunur. Dağda 20 monastır inşa edilib. Burada çalışan din xadimləri arasında qadın yoxdur, çünki həmin monastırlara qadınların girməsi qadağan edilib.
4. Yaponiya - Koyasan buddist məbədi
Yaponiyada yerləşən Koyasan buddist məbədi müqəddəs məkan sayılır.
5. Hindistan - Varanasi
Qanq çayında yerləşən məkan 4 min illik tarixə malikdir. Bura hindular üçün ölüləri yandırmaq, ayinlərə qatılmaq və günahlardan təmizlənmək üçün ən müqəddəs yerdir.
6. Türkiyə - Sultan Əhməd məscidi
İçərisindəki çinilərin mavi olmasına görə "Mavi məscid" də adlandırılır. 43 metr hündürlüyü var və 6 minarədən ibarətdir.
7. Tibet - Kailaş dağı
Himalay dağlarının bir hissəsi olan bu dağ buddistlər və hindular üçün müqəddəs yer sayılır. Hacı olmağa gələnlərin buraya səfəri 3 həftə çəkir.
8. Hindistan - Bodh Qaya
Hindistanın digər müqəddəs yerlərindən biridir. Budda burada meditasiya edərkən nirvanaya çatıb. Ona görə müqəddəs yer sayılır.
9. Roma - Vatikan
Romada yerləşir. Xristianlığın müqəddəs mərkəzidir. Katolik məzhəbinin və Papanın şəhəri olan yer Romanın ərazisində müstəqil dövlətdir. Papa həm dövlət rəhbəri, həm də ruhani liderdir.
10. Səudiyyə Ərəbistanı - Məkkə
Məkkə Məhəmməd peyğəmbərin doğulduğu və Qurani Kərimin nazil olduğu yerdir. Hər il milyonlarla müsəlman buranı ziyarət edir.
11. Çin - Lxasa
Bu müqəddəs məkan buddistlər üçün olduqca vacibdir. "Qadağan olunmuş şəhər" adlandırılır. Uzun müddət bura xarici mənşəli insanların daxil olması qadağan edilib. Himalay dağlarında yerləşir.
12. Hindistan - Puşkar
Hindular üçün xüsusi əhəmiyyət kəsb edən bu şəhərdə 400-ə qədər məbəd yerləşir. Hinduların ilahi gölü olan Puşkar gölü bəzi aylarda böyük önəm qazanır. Burada ət, alkoqol və mühərrikli nəqliyyat qadağan edilib.
13. Fələstin - Beytülləhim
Beytülləhim Həzrəti İsanın doğulduğu yer olaraq tanınır. Xristianlar üçün müqəddəs olan bu məkana hər il çoxlu sayda ziyarətçi gəlir. Xüsusən Milad bayramında burada izdiham olur.