Dünyanın ən böyük kitabxanaları
Kitabxanalar insanların axtardıqları hər şeyi asanlıqla tapa biləcəyi məlumat anbarlarıdır. Yəqin ki, hər kəs həyatında ən azı bir dəfə kitabxanada olub. Dünyada minlərlə kitabxana var. Lakin elə kitabxanalar var ki, onlar insanları təkcə təqdim etdikləri imkanlarla deyil, həm də xarici görünüşü ilə heyran edir. Həmin kitabxanaları təqdim edirik.
1. Konqres kitabxanası
ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Konqres kitabxanası gözəl mənzərəsi ilə hər il çoxlu yerli və xarici ziyarətçilərin diqqətini cəlb edir. Kitabxanada yüzlərlə dildə milyonlarla kitab, minlərlə əlyazma, sənəd və xəritə var.
2. Trinity Kolleci kitabxanası
İrlandiyanın ən tarixi mədəniyyət mərkəzlərindən biri olan bu kitabxana 1592-ci ildə Dublində yaradılıb. Kitabxananın ecazkar görünüşü görənləri heyran edir. 200 mindən çox tarixi kitabdan ibarət kitabxanada müxtəlif dillərdə yaradılmış minlərlə əsər sərgilənir.
3. Kaliforniya Universitetinin kitabxanası
ABŞ-ın əsas ştatlarından biri olan Kaliforniyada yerləşən bu bina dünyanın ən yaxşı texnoloji avadanlıqlara malik kitabxanalarından biridir. İnsanlar ilk baxışdan binanın gəmiyə bənzədiyini düşünürlər. Kitabxana 1970-ci ildə açılıb.
4. Delft Universitetinin Texnologiya kitabxanası
Hollandiyada yerləşən bu kitabxana təxminən 20 il əvvəl açılıb. Kitabxanada 900 minə yaxın kitab, 15 mindən artıq jurnal və bir muzey var. Kitabxananın böyüklüyü və görünüşü ziyarətçiləri heyrətə gətirir.
5. İsgəndəriyyə kitabxanası
Bu məşhur kitabxana Misirin İsgəndəriyyə şəhərində yaradılıb. Makedoniyalı İsgəndərin tikdirdiyi bu kitabxananın 2200-2300 illik tarixi var. 10 illik restavrasiya işlərindən sonra yenidən əvvəlki vəziyyətinə qaytarılıb.
6. Ştutqart şəhər kitabxanası
Almaniyanın ən prestijli kitabxanası sayılan bu binanın çox maraqlı görünüşü var. Bina romalıların məbədlərini xatırladır. Kitabxananın forması “ürək” şəklindədir.
7. Bişan xalq kitabxanası
Sinqapurda yerləşən bu xalq kitabxanası təxminən 4000 kvadratmetr ərazini əhatə edir. Binanı fərqli edən elementlərdən biri də onun hər yerinin şüşə ilə örtülməsidir.