Dünyanın ən hündür binaları

Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına görə bu böyük dünyaya sığa bilmirik. Yüzlərlə mərtəbəli göydələnlər ucaltmaqdan həzz alırıq. Dünyadakı ən yüksək tikililəri sizə təqdim edirik.

1. Landmark 81

Landmark 81

Vyetnamın Ho Çi Minh şəhərində yerləşən Landmark 461,2 metr hündürlüyü ilə diqqət çəkir. 2014-cü ildə inşasına başlanan göydələn 2018-ci ildə tamamlanıb və 81 mərtəbədən ibarətdir.

2. Əl-Həmra qülləsi

Əl-Həmra qülləsi

Küveytdə yerləşən bu qüllənin hündürlüyü 1124 metrdir.

3. Jin Mao qülləsi

Jin Mao qülləsi

Bu qüllə Şanxaydadır. Çində yerləşir və 1380 fut (420 metr) hündürlüyündədir.

4. Trump International Hotel

Trump International Hotel

Bu tikili (Çikaqo) ABŞ-da yerləşir. Dünyanın dəmir-betondan tikilən ən hündür binasıdır. Hündürlüyü 1389 fut (423 metr) təşkil edir.

5. KK100

KK100

KK100 (Şenzen) Çinin incisidir. Hal-hazırda Şenzendə yerləşən ikinci ən hündür binadır. Buraya otel və ticarət mərkəzi daxildir. Bina 1449 fut (441 metr) hündürlüyündədir.

6. Uillis qülləsi

Uillis qülləsi

ABŞ-ın Çikaqo şəhərində yerləşən Uillis qülləsinin hündürlüyü 442 metrdir.

7. Zifenq qülləsi

Zifenq qülləsi

Çinin Nançinq şəhərində yerləşir. Hündürlüyü 449 metrdir.

8. Petronas qüllələri

Petronas qüllələri

41-ci və 42-ci mərtəbələri bir-birinə birləşdirən körpüyə malikdir. Hündürlüyü 452 metrdir. Malayziyanın Kuala Lampur şəhərində yerləşir.

9. Taypey 101

Taypey 101

Şərqi Asiya memarlığına bənzədilib. Binanın hər qatı 8 müxtəlif hissəyə bölünüb. Hündürlüyü 508 metrdir. Tayvanın Taybey şəhərində yerləşir.

10. Vahid Dünya Ticarət Mərkəzi

Vahid Dünya Ticarət Mərkəzi

Hündürlüyü 541 (1776 fut)metrdir. Bu rəqəm ABŞ-ın müstəqillik ilidir.

11. Məkkə Royal Saat Qülləsi oteli

Məkkə Royal Saat Qülləsi oteli

Hündürlüyü 601 metrdir. Kəbənin düz yanındadır. İçərisində ticarət mərkəzi və otellər yerləşir. Müsəlmanlar keçmişdə heç vaxt Kəbədən hündür binalar tikməyiblər. Halbuki bu qüllə Kəbənin düz yanındadır və Britaniyada yerləşən saat qülləsini xatırladır.

12. Şanxay qülləsi

Şanxay qülləsi

127 mərtəbədən ibarətdir və hündürlüyü 632 metrdir.

13. Burj Xəlifə

Burj Xəlifə

BƏƏ-nin Dubay şəhərində yerləşən Burj Xəlifə 2717 fut (828 metr) hündürlüyündədir. Dünyanın ən hündür binasıdır. 163 mərtəbəlidir və tikintisi 6 il çəkib.

Yazar: İlk yazar