Dünyanın ən sürətli 10 avtomobili
Avtomobilləri müqayisə edərkən bir çox xüsusiyyətləri ön plana çəkə bilərik. Bunlardan ən vaciblərindən biri də sürətdir. Texnologiyanın inkişafı ilə avtomobillərin maksimum sürəti getdikcə artır. Bu məqaləmizdə dünyanın ən sürətli avtomobillərinin siyahısını hazırlamışıq.
Dünyanın ən sürətli avtomobili hansıdır?
Hal-hazırda dünyanın ən sürətli avtomobili Ginnesin Rekordlar Kitabına görə, 77 km/saat sürətə çata bilən Agera RS-dir. Ancaq ən sürətli avtomobil Hennesey Venom F5 olaraq bilinir. Bu avtomobil 30 saniyəyə 400 km/saat sürət yığa bilir.
10. McLaren F1
Siyahımızda ilk olaraq 388 km/saat sürətlə McLaren F1 yer alır. Digərlərindən daha yavaş olsa da, bu sürətə yavaş demək mümkün deyil.
9. Koenigsegg CCR
Həm idman, həm də klassik quruluşdadır. Saatda 389 kilometr sürətlə gedən bu avtomobilə kim sahib olmaq istəməz?
8. Saleen S7 Twin Turbo
Siyahımızın 8-ci yerində Saleen S7 Twin Turbo qərarlaşıb. 399 km/saat sürəti və fərqli dizaynı ilə görənləri heyrətləndirir.
7. Tesla Roadster
Dizaynı ilə fərqlənən Tesla Roadster 402 km/saat sürətə qalxa bilir.
6. SSC Ultimate Aero
Maksimum 411 km saat sürəti və ecazkar dizaynı ilə görənləri valeh edir.
5. Bugatti Veyron Super Sport
Maksimum 420 km/saat sürətlə 5-ci pillədə yer alır.
4. Bugatti Chiron
Maksimum 420 km/s sürətə malikdir. Bugatti Veyron Super Sport ilə eyni sürətə sahibdir, lakin dizaynına görə daha çox sevilir. Buna görə Chiron bir addım daha öndədir.
3. Hennesey Venom GT
Maksimum 434 km/saat sürət yığan bu avtomobil dizaynı ilə də göz oxşayır.
2. Koenigsegg Agera Rs
Maksimum sürəti 447 km/saatdır və Ginnesin Rekordlar Kitabına görə rəsmi olaraq dünyanın ən sürətli avtomobili kimi tanınır.
1. Hennesey Venom F5
484 km/saat sürətə yüksələ bilən avtomobildir. Mükəmməl dizayna sahibdir.