Hansı ətir nə zaman istifadə edilməlidir? Mövsümə görə ətir seçimi
Əksər insanlar ətirlərdən istənilən vaxt istifadə edirlər. Lakin hər ətirin qoxusunun mövsümlərə görə fərqlilik daşıdığını bilmək lazımdır.
Mövsümlər həm paltarlarımızın rənginə, həm də qidalarımıza sirayət edir. Qışda daha isti, yayda isə sərin qidalara üstünlük veririk. Ətirlərdə də belə olmalıdır. Çünki mövsümün dəyişməsi ilə bədən və qoxulara olan önəm də dəyişir. Mövsümlərə aşağıdakı tərzdə ətirlərdən istifadə edin:
1. Yaz
Yaz, yeni başlanğıcı ifadə edir. Sərt qış günəşli, mülayim hava ilə əvəzlənir. Çiçəklər açır, ağaclarda tumurcuqlar əmələ gəlir. Təbiət daha rəngarəng olur. Bunu ətirinizə də ehtiva etməlisiniz. Bu mövsümdə təzə çiçək qoxuları əsl sizə görədir. Yves Saint Laurent ətirlərini seçmək olar.
2. Yay
Hava isti, günəşli, insanlar tətilə çıxır. Şəhər və çimərlik həyatı canlanıb və insanlar açıq havada daha çox vaxt keçirirlər. Yay aylarında, meyvə, çiyələk və çiçək qoxuları idealdır. Bu qoxular isti havayla uyğunluq təşkil edir.lakin aromaları birləşdirmək asan olduğu üçün yay qoxuları çox çeşidlidir. Yay aylarında şaftalı və portağa çiçəyi ətirlərinə də üstünlük verə bilərsiniz.
3. Payız
Yay bitdi, tətil günləri geridə qaldı. Hər kəs işinə qayıtdı. Yarpaqlar saralıb. Ağaclar rəngini dəyişib. Bəziləri bu mövsümü sevir, bəziləri isə hüzn təsiri yaratdığı üçün sevmir. Mövsümün rənglərinizi qoxunuzla qarşılaşdırmaq istəyirsiniz. Təzə yay ətirlərindən imtina edib daha isti və yatışdırıcı aromalar seçin. Başgicəlləndirici qoxular payıza uyğundur. Kəhrəba, sandal ağacı və yasəmən qoxulu ətirlər payızda istifadə olunmalıdır.
4. Qış
Qışda Eau de Parfüm istifadə edə bilərsiniz. Hava soyuq olanda dəriniz quru olduğu üçün natural yağlarla zəngin qoxuları seçməlisiniz. Eau de Parfümün tərkibində 15-20 ətir yağı var. Soyuqda isti və sərt qoxulara üstünlük verin. Meşə yosunu, sidr, paçuli, vanil, darçın qış qoxuları qış
ayları üçün nəzərdə tutulub.