İndiki qızlar belə oğlanları sevir.

İndiki qızlar belə oğlanları sevir. belə oğlanları bəyənirlər... - Sorğu

Modern.az saytının əməkdaşı qızlardan necə geyinən, hansı xarakterli oğlanları bəyəndiklərini öyrənmək üçün sorğu keçirib.

İctimai Televiziyanın əməkdaşı Fərqanə Əliyeva:

- Son vaxtlar oğlanların geyimini bəyənmirəm. Çünki kişiyə xas geyimlər geyinmirlər. Elə qızlarımız da öz geyimlərinə diqqət yetirsələr yaxsı olardı. Onlar da türk xanımına xas geyim geyinsinlər. “Avropalaşmışıq” sözünü düzgün başa düşüb, bunu geyimdə yox, əməldə, düşüncədə göstərmək lazımdır. Çünki bu cür geyimlər həqiqətən kənardan biabırçı görsənir.
Oğlanların geyimində əsas problemi şalvarda görürəm. Kişi dar və ya beldən aşağı şalvar geyinməz, saç uzatmaz, qız deyil ki, saçını uzadır. İndi oğlanlar hündürdaban ayaqqabı geyinirlər. Buna nifrət edirəm. Kişinin kişi geyimi, kişi duruşu olmalıdır.
Mən özüm ciddi oğlanları xoşlayıram. Fərqi yoxdur kostyim geyinir ya idman stilində... Məsələn, Kənan İmirzalıoğlu və ya “Kaybolan yıllar” serialındakı Ağır abi rolunda gedən aktyor kimi.

Təfəkkür universitetinin Jurnalistika fakültəsinin tələbəsi Xədicə Məmmədli:

- İmic əsasən zövqlə bağlıdır. İnsan ozünü hansı geyimdə rahat hiss edirsə, onu da geyinməlidir.
Mən emo stilində geyinən gənclərdən nifrət edirəm, istər oğlan olsun, istər qız, bundan başqa gündəlik kostyum geyinən oğlanlar məni əsəbləşdirir, sadə idman stilində geyinsinlər.
Mən özüm çox ciddi olmayan oğlanları xoşlayıram. Məsələn, “Adını Feriha koydum” serialının Emiri kimi tanınan Cağatay Ulusoyu çox bəyənirəm.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu Gülnar Bəşirova:

- Mən daha çox müasirliyə can atan, zövqlü geyinməyə çalışan oğlanları bəyənirəm. Məncə qızlar kimi, oğlanlar da imicinə fikir verməli və xoşagəlimli olmağa çalışmalıdırlar. İndiki oğlanların geyimini çox bəyənirəm, münasibətim normaldı. Amma evlənəcəyim insanın elə olmasını istəmirəm.

İngilis dili müəlliməsi Günel Amanova:

- Demək olar ki, oğlanların geyimini heç xoşlamıram. Son vaxtlar oğlanlar qırmızı şalvara keçib, bu, mənim üçün dəhşətli hal sayılır. Oğlanlar get-gedə özlərini açıb tökürlər, nəinki qızlar. Mən müasirliyi geyimdə deyil, fikir və düşüncədə görürəm. Buna görə də özlərini bu hala salmasınlar.

Bakı Dövlət Universitetin Fizika fakültəsinin məzunu Turan Yusifova:

- Deyə bilərəm ki, bizim gənclərin öz fikirləri yoxdur, baxırlar camaata, kim nə geyinir, onun eynisini alırlar. Buna görə də hamsı biri-birinə oxşayır. Rahat, sərbəst geyinsinlər, amma tökülən yox, səliqəli olsun, yetər.

Regional Qadın Təşəbüssləri İctimai Birliyinin sədri Mehriban Əliyeva:

- Hər kəsin öz baxış bucağı, fərqli geyim tərzi var. Düzünü desəm, mən oğlanların geyiminə o qədər də çox diqqət yetirmirəm. Amma birdən elə geyimdə oğlanlar görürəm ki, çox dar, beli qısa, qız şalvarlarına oxşayan şalvarlar geyinirlər, köynəklərinin də qolunu dirsəyə kimi çəkirlər. Nədənsə belə gənclər mənə qəribə təsir bağışlayır, amma çox səliqəli, uyumlu, dəbli geyinən oğlanlar da var. Onlar mənə çox xoş təsir bağışlayır.
Mənə daha çox ciddi geyimlər geyinən oğlanlar xoş gəlir. Geyimin rahat olması vacib məsələdir. Hər yerə kostyum da geymək olmaz. Əlbəttə ki, hər kəsin işlədiyi yerdən, gündəlik həyat tərzindən asılıdır geyim.

“Bacanaqlar” serialının Göyçək rolununun ifaşısı, aktrisa Xanim Əliyeva:

- Emo stilində geyinən, üzünə emosayağı saçları tökülən oğlanlardan xoşum gəlmir. Amma uzun saçlı oğlanları bəyənirəm. İdman stilində geyinən oğlanlardan xoşum gəlir. Mən əsəbi olmayan, şən, mehriban, səmimi oğlanları bəyənirəm.





Sorğunu Sevinc İltifatqızı keçirib

Yazar: İlk yazar