İslamofobiya nədir?
İslamofobiya termini müasir dünyada tez-tez işlədilir. Son illərdə İŞİD kimi islam adı altında böyük vəhşiliklər törədən qüvvələr islamofobiya termininin gündəmdə qalmasına zəmin yaradır. Bəs islamofobiya tam olaraq nədir?
İslamofobiya nədir?
İslamofobiya hərfi mənada "islam qorxusu" deməkdir. Müsəlmanlara və islam dininə qarşı olan ayrıseçkilikdən qaynaqlanır. Müsəlmanlara qarşı olan nifrəti, qəzəbi, kini göstərir.
İslamofobiyanın meydana gəlmə tarixi
İslamofobiya ilk dəfə 1991-ci ildə istifadə olunub və 11 sentyabr hadisələrində yenidən gündəmə gəlib. Bu gün islamofobiya dedikdə iki şey başa düşülür: islam dinini öyrənməkdən qaynaqlanan bir qorxu və müsəlmanlara qarşı ayrıseçkilik və düşmənçilik münasibəti.
İslama qarşı olan bu nifrətin səbəbi İspaniyada Əndəlüsün İslam dövləti tərəfindən fəth edilməsinə əsaslanır. Xaç yürüşlərində əsgər sayını çoxaltmaq istəyən kilsə xadimlərinin propoqandası bu nifrət toxumlarının səpilməsinə səbəb olub.
11 sentyabr 2001-ci ildə Nyu-Yorkda yerləşən Əkiz qüllələrə olan terror hücumundan sonra Qərb dünyasında müsəlmanlara qarşı yeni nifrət dalğası yarandı.
Beləliklə, islamofobiya əsrlərdir islama olan nifrətin adıdır. İslamofobiyanın bəzi səbəblərini təqdim edirik.
- İslamın köklü təməllər üzərində dayanması
- Dünyanın elmi və mədəniyyəti islam coğrafiyasından öyrənməsi
- İslamın hər zaman sülhü üstün tutması.