Karantin günlərində kefinizi açacaq virtual səyahətlər
Koronavirus pandemiyasına görə evdə qalan insanlar darıxırlar. Buna görə, bir çox turistik bölgə virtual səyahətlər təşkil ediblər.
2019-cu ilin sonlarında Çinin Uhan şəhərində meydana çıxan koronavirus bütün dünyaya yayılıb. Bir çox ölkədə küçəyə çıxmaq qadağası qoyulub. Bu olaylar onlayn fəaliyyəti daha da önəmli hala gətirib. Bəzi platformalar pulsuz şəkildə insanlara xidmət göstərir. İnsanlar bir çox muzeyə, turizm bölgəsinə virtual səyahət imkanı qazanıblar. Həmin yerləri təqdim edirik.
1. Luvr muzeyi (Le Musee Louvre), Paris, Fransa
Dünyanın ən məşhur muzeylərindən olan Luvr Parisdə yerləşir. Burada ən böyük sənət nümunələri, antik əsərlər cəmləşib. Memarlığı ilə fərqlənən binaya virtual səyahət etmək zövqvericidir.
2. Rijks muzeyi (Rijksmuseum), Amsterdam, Hollandiya
Hollandiyada olan Rijks muzeyi Avropanın ən çox ziyarət olunan məkanlarından biridir. Muzey 11 sərgisini virtual olaraq bizə təqdim edir. Buradakı tarixi sənət əsərlərinə baxmaqla çox şeyi öyrənmək mümkündür.
3. British Museum, London İngiltərə
Google-nin mədəniyyət və sənət xidməti sayəsinə onlayn tur imkanı təqdim edən British Museum Birləşmiş Krallığın ən məşhur muzeyidir. Səsli rəhbər vasitəsilə virtual səyahət edə biləcəyiniz muzeydə əsərləri daha yaxından seyr edə bilərsiniz.
4. Guggenheim, Nyu-York, ABŞ
Nyu-Yorkda olan Guggenheim muzeyi memarlığı ilə diqqət çəkir. Bunu onlayn şəkildə daha təfərrüatlı izləyə bilərsiniz. Məşhur əsərlərin yer aldığı muzey virtual ziyarətçilərini gözləyir.
5. Orsay muzeyi (Mousee d'Orsay), Paris, Fransa
Dünyanın ən maraqlı muzeylərindən biri olan Orsay muzeyi keçmiş dəmiryolu stansiyasında yerləşir. Virtual səyahətlə buranı başdan-ayağa seyr edə bilərsiniz. Muzeydə 1848-1914-cü illərə aid sənət əsərləri yer alır.
6. Uffizi qalereyası, Florensiya, İtaliya
Florensiyada yer alan Uffizi qalereyası XVI əsrdə tikilmiş binada yerləşir. 4 sərgi ziyarətçilərə virtual təqdim olunur.
7. Central Park, Nyu-York, ABŞ
ABŞ-ın ən məşhur şəhəri olan Nyu-Yorkda yerləşən və şəhərin yaşıllıq zonası olan Central Park da onlayn səyahət imkanı yaradır. Səyahət zamanı parkın tarixi ziyarətçilərə anladılır.
8. Yozemil Milli Parkı, Kaliforniya, ABŞ
ABŞ-da yer alan Yozemil Milli ParkI təbiətsevərlərin sevimli məkanıdır. Koronavirusa görə bağlanan park virtual turlar təşkil edir. Parkda olan şəlalələr və digər təbiət möcuzələrini onlayn qaydada görə bilərsiniz.
9. Rocky Dağı Milli Parkı, Kolorado, ABŞ
Rocky dağları insanlarla birgə yaşayan heyvan müxtəlifliyi ilə fərqlənir. Bir çox heyvan növünün yaşadığı əraziyə virtual səyahət edərək onları görə, dinləyə bilərsiniz.
10. Kraliyyət Parkları, London, İngiltərə
Koronavirus epidemiyası İngiltərəni də təsiri altına alıb. Ölkədə yaşayan insanlar parklarda gün keçirməyə üstünlük verirlər. Kraliyyət Parkları belə məkanlardandır. Buraya virtual səyahət imkanı təqdim olunur. Belə olan halda ruhunuz dinclik tapacaq.