Karizmatik olmağın yolları
Qadınlara daha tez yol tapmağın yolu “karizmatik” olmaqdır. Artıq siz də bu sıraya daxil olmalısınız.
Qadınların sevimlisi olmağın yolları aşağıdakılardır:
1) Danışıq
Oxumuş insanlar – daim maraqlı həmsöhbət olurlar. Bu sizin cazibədarlığınız üçün müsbət haldır. Boş söhbətlər isə daim qarşı tərəfi yorur.
2) Göz təması
Gözün içinə baxan kişilər həmişə cazibədar olurlar. Lakin çox lazım deyil, “xəstə” hesab edərlər. Məsləhətimiz, qarşı tərəfin göz rəngini öyrənməyə çalışın. Belə sizin az müddət olsa da, baxışlarınız kəsişəcək. Bunu görüş zamanı mütəmadi təkrarlayın – onun gözünə cazibədar görünəcəksiniz.
3) Sağlam görünüş
Gündəlik duş, təmiz dişlər, səliqəli saqqal, təmiz paltar.
4) Gülümsəyin
Narazı və kədərli insanları heç kim sevmir. Daha çox gülümsəyin.
5) Ətir
Yüngül və sadə ətir sizin cazibədarlığınıza müsbət təsir edəcək. Lakin ətir ilə çimmək olmaz.
6) Şorgöz olmayın
Cazibədar kişilər – şörgöz olmayanlardır. Onları əks cinsin nümayəndələri cəlb etsə də, onlar özlərini idarə edə bilirlər.
7) Əl hərəkətləri
Söhbət zamanı psixoloqlar məsəhət verirlər ki, əlləriniz ilə də hərəkət edəsiniz. Belə kişilər özündən əmin və enerjili görsənirlər.
8) Geyim
Çalışın digərlərindən az da olsa yaxşı görsənəsiniz. Çox seçilməsəniz də, diqqəti cəlb edən olun.
9) İdman
Qadınların gözəllik salonlarına getdiyi kimi, siz kişilər də, idman zallarına axışmalısınız. Kişinin gözəllik salonu – idman zalıdır.
10) Xoş söz
Cazibədar olmaq üçün, klassik xoş sözləri unutmayın.
11) Daha bir neçə məsləhət
Aktiv və şən olun. Söhbət zamanı daha rahat olun. Daha az lovğalanın. Daha çox xarizma, kişi əminliyi və möhkəmliyi.