Ən mənalı keçmiş olsun mesajları
Dostlarınıza, yaxınlarınıza göndərə biləcəyiniz ən yaxşı keçmiş olsun mesajlarını sizlər üçün hazırlamışıq. Bunları paylaşa və sevdiklərinizə göndərə bilərsiniz.
1. Qəzanın izlərini ən qısa müddətdə siləcəksən və bir daha səninlə gözəl, unudulmaz xatirələr yaşayacağıq. Tezliklə sağalmağını arzu edirəm.
2. Sən mənim tanıdığım ən güclü insansan, bir neçə mikroba təslim olmarsan. Sağlam günlərini birlikdə qeyd etməyi arzu edirəm. Tez sağal.
3. Bu günlər keçəcək, yenə birlikdə olacağıq, sadəcə buna inan və güclü ol.
4. Həyat paylaşdıqca gözəldir, o günləri yenidən yaşamaq üçün həyata meydan oxu. Keçmiş olsun, sevgilim.
5. Ağrıların tezliklə bitdiyi, xatirələrə çevrildiyi günlərin gəlməsini diləyirəm. Özünü həmişə yaxşı hiss etməyini arzulayıram.
Özünü yaxşı hiss etməyin üçün hər gün dua edirəm. Bilirəm ki, dualarım çox qısa müddətdə qəbul olacaq və sən sağalacaqsan.
Xəstə olduğun bu pis günlərdə yanında ola bilmədiyim üçün çox təəssüflənirəm. İstəyirəm ki, hər zaman yanında olduğumu hiss edəsən. Tez sağal.
Əvvəllər səni heç vaxt xəstələnməyən bir super qəhrəman hesab edirdim, sonra gördüm ki, sən də mənim kimi insansan. Tezliklə sağalıb aramıza qayıtmağını arzu edirəm.
Əməliyyatının gözləniləndən çox yaxşı keçdiyini eşitdim. Artıq tez sağalıb öz həyatını davam etdirməlisən.
Sənin xəstə olmağına alışmamışıq, tez sağal, bizi öyrəşmədiyimiz bu durumdan qurtar.
Ümid edirəm, bu gün özünü daha yaxşı hiss edəcəksən.
Xəstəliklər səndən uzaqlaşsın, canım, səni çox sevirik.
Keçmiş olsun, dostum, dualarım səninlədir. Tez sağalmağını arzulayıram.
Tezliklə sağalın! İnşallah tez bir zamanda sağlamlığınıza qovuşarsınız və köhnə enerjinizə qayıdasınız.
Xəstəliyi məğlub edəcəyinə tam inanıram! Tez sağalın, inşallah tez bir zamanda sağlam günlərinizə qayıdasınız.
Çətin vaxt keçirdiyinizi bilirəm, amma güclü olduğunuza inanıram. Tezliklə sağal, sağlamlığınız üçün dualarımız sizinlədir!
Sağalmağınız üçün bütün dualarımız sizinlədir. Uğurlar, tez sağalmağınızı arzu edirəm.
Xəstələnməyini eşidəndə çox pis oldum. Unutma, həmişə yanındayam. Şəfalar diləyirəm.
Həyat oyunudur, gah xəstəlik, gah qəza, gah da eşq acısı. Bu həyatı bunların hamısını unutmaq üçün yaşayırıq. Keçmiş olsun, əzizim.
Dağlar sənin kimi cəsarətli və möhkəm ola bilməz. İnanıram ki, ən qısa müddətdə sağalacaqsan. Can sağlığı arzu edirəm.
Sağlamlığına qovuşub aramıza qayıtmağını arzu edirik.
Komik keçmiş olsun mesajları
Səni xəstəxanaya yerləşdirəndə bir ümidimiz var idi, sən yaxşılaşdın, ümidimiz bitdi. Keçmiş olsun.
Xəstə olduğunu eşitdim, istədim keçmiş olsun deyim. Nə isə, tez sağal.
Çoxlu meyvə-tərəvəz yeməsən, axırı bax belə olur. Keçmiş olsun. Qoy bədəninə vitaminlər daxil olsun.
Sevgiliyə keçmiş olsun mesajları
Nə gözəlliyini, nə də rahatlığını pozacaq bu zamanlar tez bitsin. Xəfif təbəssümlə gülümsə, o zaman pis günlər arxada qalacaq.
Keçmiş olsun, sevgilim. Bu günlər arxada qalacaq və yenidən birlikdə olacağıq. Sadəcə buna inanmağın bəsdir.
Xəstə olsan da həyata gülümsə, sən həmişə mənimlə olacaqsan. Xəstəliklərin bizdən uzaq olmasını arzulayıram.
Həyatın bizə verdiyi bu qədər gözəl şeyə rəğmən, sənin xəstə yatağını seçməyini qəbul edə bilmirəm. Səni ora aparan mikrobları məhv et və ayağa qalx. Keçmiş olsun.
Ən qısa müddətdə sağalmağın üçün hər gün dua edirəm. Tez sağal və yenidən birlikdə gözəl anlar yaşayaq.
Yanında olmasamda, bil ki, ürəyim səninlədir.
Dini keçmiş olsun mesajları
Xəstələnməyinə çox üzüldüm. Sənsizliyin nə demək olduğunu anladım. Rəbbim səni məndən ayırmasın. Tezsağal.
Keçmiş olsun. Allah başqa dərd-sər verməsin. Həmişə sağlam ol. Özünə yaxşı bax.
Əziz dostum, aramızda olmamağın bizi üzür. Tez sağal və gözəl təbəssümünlə həyatımıza rəng qat.
Bəzən özümüzü daha yaxşı hiss etmək üçün zamana ehtiyacımız olur. Xəstə yatağından tez qalx və aramıza dön.
Sən xəstəxanada olarkən yeni dostlar tapmışam. Bəlkə bunu eşidib onları qısqanarsan və daha tez sağalarsan.
Mənim üçün hər kəsdən dəyərlisən. Daha da duyğusallaşmağımı istəmirəm. Tez sağal.
Çətin vaxtlardan keçmək asan deyil, amma mən bilirəm ki, sən güclüsən. Tez sağal, tez bir zamanda sağlamlığına qovuşmağını arzu edirəm.
Bu prosesdə sizə dəstək olmaq üçün buradayam. Uğurlar, ümid edirəm tezliklə sağalacaqsan.
Hamı sənin tez sağalmağını arzulayır. Çox darıxdım, tez ayağa qalx və yanımıza qayıt.
Söhbətin, gülüşün, zarafatların, hər şeyin üçün darıxıram. Bu da keçəcək. Tezsağal.
Sən həmişə yanımda olmusan, mən də səni tək qoymayacağam. Keçmiş olsun.
Xəstəliyin sizə verdiyi çətinlikləri bilirəm, amma inanıram ki, siz güclü olacaqsınız və bu prosesi keçəcəksiniz. Tez sağalın, tez bir zamanda sağlam günlərinizə qayıtmağınızı arzu edirəm.
Çətin vaxt keçirdiyinizi bilirəm, amma güclü olduğunuzu unutmayın. Tezliklə sağal, dualarımız səninlədir, inşallah tez bir zamanda sağalıb qayıdırsan.
Gülməli keçmiş olsun mesajları
Xəstəlik bəhanəsi ilə icazə almağın inandırıcı gəlmədi. Xəstə olmadığını bilirəm, işinə qayıt.
Xəstə olduğunu eşidəndə şoka düşdüm. Məni də xəstəxanaya apardılar.
Xəstə yeməyi yeyə bilmədiyini bilirəm. Ona görə 3 gün ərzində sağal.
Sevdiklərinin sənə necə önəm verdiyini unutma, tez sağal və bizi çox gözlətmə.
Pis günlərində tək olmadığını bil. Keçmiş olsun.
Xəstəliyiniz sizi yormuş ola bilər, amma gücünüzü və dözümünüzü heç vaxt itirməyin. Uğurlar, ümid edirəm tezliklə sağalacaqsan.
Sağalmağınız üçün dua edirəm. Tez sağalın, inşallah tez bir zamanda sağlam və enerjili günlərinizə qayıdasınız.