Körpələr üçün ən yaxşı 10 kamera 2022
Körpələr üçün bəzi avadanlıqları alarkən müəyyən araşdırma aparmaq tələb olunur. Həmin avadanlıqlardan biri də körpə otaqda tək qaldıqda durumunu izləmək üçün quraşdırılan video dayədir. Ən yaxşı video dayələri bir araya toplamışıq. Məqalədə həmçinin video dayələrin hansı funksiyanı yerinə yetirdiyi ilə bağlı faktlar da yer alıb.
1. Chicco Smart 260
Chicco yüksək görüntü təminatı ilə diqqət çəkir. Bu avadanlıq sürətlə şarj olunur. 150 metrə qədər əlaqə imkanı təqdim edir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: var
İşləmə forması: şarj edilə bilən batareya
2. Motorola MBP 36S
Ən çox satılan körpə video dayələrindən biridir. Səs və görüntü keyfiyyəti olduqca yüksəkdir. Cihazın batareyasının enerjisi azaldıqda səsli xəbərdarlıq verir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: var
İşləmə forması: şarjlı
3. Philips Avent SCD501
Philips şirkətinin ən çox satılan video dayə modellərindən biri olan Avent-in qiyməti baha olsa da, performansı ilə bunu əvəzləyir. Kamerası olmayan cihaz uzun müddət enerji saxlaya bilir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: yoxdur
İşləmə forması: batareya
4. Weewell WMA420
İçərisində sakitləşdirici melodiyalar olan məhsul, uzaqdan idarə edilərək körpənin rahatlığına şərait yaradır. Ətrafın hərarətini ölçən bilən cihaz, bunun sayəsində körpənizin olduğu ortamlarda istiliyi müşahidə etməyə imkan verir.
Texniki xüsusiyyətlər
Görüntülü ekran: yoxdur
İşləmə forması: şarjlı
5. Kiwi Kbaby 99
Ən çox satılan körpə video dayələrindən biridir. Hərəkət sensoru sayəsində istifadəçisinə asanlıq bəxş edir. Qarşılıqlı danışma imkanı təklif edən cihaz, iOS və android dəstəyilə nəzarətdə saxlanıla bilir.
Texniki xüsusiyyətlər
Görüntülü ekran: var
İşləmə forması: batareya
6. Weewell Wmv 815
Wmv 815 enerji qənaəti rejimi ilə fərqlənir. Gecə görüntüsünü qeydə alan cihaz, olduğu yerin temperaturunu ölçə bilir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: var
İşləmə forması: şarj
7. Bebevo VM903
Bebevo VM903 asan istifadəsi sayəsində diqqət çəkir. Hərarəti ölçən termostatla təmin edilib. Görüntülü ekran texnologiyası olan video dayə batareya ilə işləyir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: var
İşləmə forması: batareya
8. Switel BCF-805
Bu cihaz görüntülü ekranı sayəsində körpəni tam şəkildə nəzarətdə saxlamağa imkan yaradır. Ölçüsü kiçik olsa da, mikrofon həssaslığı ilə bunu təlafi edir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: var
İşləmə forması: şarj edilə bilən batareya
9. Motorola MBP24
Video dayə DECT texnologiyası ilə təchiz olunub. Bunun sayəsində yüksək çəkiliş təmin edir. Uzun müddən enerji saxlamaq xüsusiyyəti ilə fərqlənir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: yoxdur
İşləmə forması: şarj edilə bilən batareya
10. Medisana 48850
Medisana 48850 güclü batareyası ilə fərqlənir. Həssas mikrofonu sayəsində ən zəif səsi belə qeydə alır. İstifadəçilərin ən çox üstün tutduğu körpələr üçün video dayələrdən biridir.
Texniki xüsusiyyətlər:
Görüntülü ekran: yoxdur
İşləmə forması: şarjlı
Körpələr üçün video dayələr haqqında ən çox verilən suallar
Körpə üçün video dayə alarkən nələrə diqqət edilməlidir?
Əsas məqam cihazın səs və görüntü keyfiyyətidir. Körpə ağlayarkən və ya hər hansı olay baş verərkən səs kəsintiləri mənfi hallara yol aça bilər. Daha sonra cihazın şarj saxlama müddətinin yüksək olmasına diqqət yetirmək lazımdır.
Video dayə istifadə etmək zərərlidir?
Körpə video dayəsi istifadə etmək körpəyə yaxın yerə quraşdırılmadığı halda, zərərli deyil. Lakin onu körpəyə çox yaxın qoyduqda radiasiya yaydığı üçün zərəli nəticələrə yol aça bilər.
Körpələr üçün video dayə nədir?
Video dayə cihazın biri körpənin, digəri isə valideynlərin yanında olduğu tərzdə istifadə olunur. Bununla köpənin hər hərəkətini və fəaliyyətini uzaqdan izləmək mümkündür.