22.07.19 15:07
Nostalji hisslər yaradan şəkillər
Nostalji nədir? Bu termin ilk dəfə 1688-ci ildə isveçrəli alim Yohannes Hoffer tərəfindən irəli sürülüb və ondan sonra illər ərzində nostalji narahatçılıq kimi qəbul edilib. Hoffer nostaljini “əsasında şeytan mənşəli nevroloji xəstəlik” kimi təsvir etdi. Termin yunanca "qayıtmaq" (nostos) və "ağrı" (alqos) sözlərindən yaranmışdır.
Son illərdə nostaljilik daha da dərindən araşdırmağa başlayıb. Mütəxəssislər nostaljinin xəstəlik olmadığını, əksinə, bizi insan edən əsas duyğulardan biri olduğunu açıqlayıblar.
Sosial şəbəkələrdə paylaşılan bu şəkillər hamıda nostalji hisslər yaradıb.
Rəssam Əli Mirinin əl işləri ilə tanış olun.
Rəsmlərə baxarkən insan bir anlıq öz uşaqlıq illərini xatırlayır.
Vaxt olurdu bir otaqda 6-7 uşaq bir yerdə yatardıq ;)
Atamızın kürəyini tapdalayardıq.
Anam nabadə əlinə iynə-sap alıb nəsə tikmək istəyərdi, imkan verməzdik təbiiki :)
Yadıma gəlir əmimgilə tut yığmağa gedərdik. Birimiz ağacın başına çıxıb budaqları sirkələyərdik, qalan uşaq isə budağın altına parça tutardıq ki, tutlar ora düşsün.