Ödemi yüngülləşdirən qidalar
Ödem ən çox əllərdə və ayaqlarda yaranır. Ağrıya səbəb olmasa da, şişkinliyin meydana gəlməsi insanın həyatına mənfi təsir göstərir. Ödem ən çox qadınlarda olur. Ödemin səbəbləri arasında ürək çatışmazlığı, bəzi böyrək xəstəlikləri, protein itkisi, infeksiya, hipotiroidizm və duz-natrium balansının pozulması var. Bəzi qidalar ödemi aradan qaldırmağa kömək edir.
1. Ananas
Ananasdakı bromelin bədəndən suyun çıxarılmasına kömək edir. Bununla yanaşı, ananas kaliumla zəngindir. Liflə zəngin olduğundan, bağırsaqların işləməsinə kömək edir. Bağırsaqlarınız işləyirsə, suyun ifrazı da yaxşı səviyyədə olar. Buna görə ödeminiz varsa, hər gün 1 dilim ananas yeyə bilərsiniz.
2. Cəfəri
Cəfərinin faydaları çoxdur. İçindəki maddələrə görə su itələyici təsir göstərir. Ödeminiz varsa, cəfəri bişirib suyunu içə və ya çiy halda yeyə bilərsiniz.
3. Ərik - qovun
Ərik və qovun bol miqdarda kalium ehtiva edir. Kalium bədən mayesini tarazlaşdırmaq üçün çox vacibdir. Bu meyvələrdən yemək məsləhətdir.
4. Turp
Bədəninizdən artıq suyu çıxarmaq və ödemdən xilas olmaq istəyirsinizsə, turp ən təsirli bitkilərdən biridir.
5. Süd və yoğurt
Süd və yoğurt kalsiumla zəngin qidalardır. Bədən mayesinin balanslaşdırılmasında çox aktiv rol oynayırlar. Hər gün istifadə edə bilərsiniz.
6. Nar
Nar bir çox xəstəlik üçün faydalıdır. Nar xəstəliklərin artdığı qış aylarında toxunulmazlığı gücləndirən antioksidantla zəngin meyvədir. İçindəki fermentlər sayəsində bədəndə ödem meydana gəlməsinin qarşısını alır.
7. Banan
Banan, tərkibindəki kaliuma görə ödemi aradan qaldırır. Bədənin təbii şəkər ehtiyacını ödəyən banan həm də bədənimizin və nəfəsimizin gözəl qoxumasına kömək edir.
8. Kivi
Kivinin bir çox faydası var. Vitaminlə zəngin bu meyvə ödemi yüngülləşdirən ən təsirli qidalardan biridir. Kividəki pektin toksinləri təmizləyir və ödemi azaldır.
9. Yaşıl çay
Bəzi çaylar hər gün içildikdə belə insan orqanizmi üçün çox faydalıdır. Yaşıl çay, ödem əleyhinə xüsusiyyəti sayəsində bədənə bir çox fayda verir. Ancaq gündə 1 stəkandan artıq içməmək məsləhətdir.
10. Xiyar
Bədən həmişə suya ehtiyac duyur. Xiyarda çox miqdarda su var. Xiyarın bir çox faydası olduğu üçün gündəlik su ehtiyacını ödəyir və mədəni rahatlaşdırır.
11. Su
Ödemdən qurtulmanın ən təsirli yollarından biri çoxlu su içməkdir. Lakin suyu gün ərzində müəyyən fasilələrlə içmək lazımdır. Unutmayaq ki, həddindən artıq su istehlakı ödemə səbəb ola bilər.
[xeberdarliq]