Omikron ştammı nədir?
Koronavirus epidemiyası hələ də dünyanı təsir altında saxlamağa davam edir. 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yaranandan indiyədək bu virus bir çox mutasiyalar keçirib.
Bu mutasiyalardan bəziləri böyük təsirə malik olmasalar da, bəziləri qlobal miqyasda həyəcan yaradır. Bu məqaləmizdə koronavirusun omikron ştammı barədə məlumat verəcəyik.
Omikron ştammı nədir?
Viruslar aktiv formalarında canlı olaraq qəbul edilən varlıqlardır. Buna görə həyatda qala bilmək üçün dəyişiklik göstərirlər. Virusların genetik strukturunda meydana gələn dəyişikliklər mutasiya adlanır. Sars- Cov-2, digər adıyla desək koronavirus bir RNA virusudur. RNA viruslarının genetikasında DNA virusları ilə müqayisədə mutasiya keçirmək riski daha çoxdur.
Bu günkü koronavirus Çində ortaya çıxdığı formasında xeyli fərqlənir. İki il ərzində Sars- Cov-2-nin genetikasında önəmli dəyişikliklər meydana gəlib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyalarını yunan əlifbasının hərfləri ilə adlandırır. İlk variant 2020-ci ilin sentyabr adında İngiltərədə təsbit olunan alfa variantıdır. Cənubi Afrikada beta, Braziliyada qamma, Hindistanda delta və 2020-ci ilin sonlarında Cənubi Afrikada omikron ştammları aşkarlanıb. Omikron ştammı aşkarlandıqdan sonra bütün dünyada sürətlə yayılıb.
Omikron ştammının mənbəyi dəqiq məlum olmasa da, mütəxəssislər bu ştammın immuniteti zəif olan insanda yarandığını güman edirlər.
Omikron ştammının 50 mutasiyaya uğramış növü vardır. Bunlardan 32-si virusun xarici səthində yer alan və virusun insandakı sağlamlıq hüceyrələrinə girməsinə imkan yaradan protein çıxıntılarındadır, omikron delta variantından iki dəfə daha sürətlə yayılır.
Omikron təhlükəli bir ştammdır?
Ümumdünya səhiyyə təşkilatı omikron ştammının sürətlə yayılma xüsusiyyətinə malik olduğunu bildirir. Çünki bu ştammda daha çox mutasiya təsbit olunub. Lakin omikrona yoluxan insanlar bu xəstəliyi adətən daha yüngül formada keçirirlər.
Omikron ştammının yoluxuculuğunun daha yüksək olması immun sistemi zəif olan insanların xəstəliyə yoluxma riskini artırır. Buna görə, omikronun ölümcüllüyü daha az qiymətləndirilsə də, tədbirli olmaq, qaydalara riayət etmək lazımdır.
Omikron ştammının əlamətləri hansılardır?
Omikron ştammına yoluxan insanlar soyuqdəymə simptomlarına bənzər simptomlar keçirirlər. Bəzən onlar bunu ciddiyə almır və bu da yoluxma sayını daha da artırır. Omikron ştammında öskürək yüngül olur, qoxu və dadbilmə itkisi yaşanmır. Halsızlıq, yorğunluq və əzələ ağrıları omikron ştammının əsas əlamətləridir.
COVID-19 əleyhinə olan vaksinlər omikran ştammına da təsir edirmi?
İnsanlıq, bundan əvvəlki epidemiyalarla müqayisə edildikdə bu gün daha şanslı vəziyyətdədir. Bunun əsas səbəbi tibb elmində baş verən inkişafdır. Koronavirusa qarşı peyvəndlər hazırlanıb. Bu peyvəndlərdən birincisi ənənəvi üsullar istifadə edilərək hazırlanan peyvəndlərdir. Digər peyvəndlər isə Rna texnologiyasının köməyi ilə hazırlanan mRna peyvəndləridir.
Mütəxəssislər mövcud vaksinlərin omikron ştammına ciddi təsir etmədiyini bildirirlər. Buna görə əksər ölkələrdə əlavə olaraq 3-cü doza vaksin peyvəndi vurulur. Peyvəndlərin çoxu immunitet hüceyrələrini virusun spayk proteininə qarşı antikor yaratması üçün hazırlayır.
Iki ilə yaxındır dünya koronavirus epidemiyası ilə mübarizə aparır. Hazırda peyvənd kimi vacib qorunma üsulu mövcuddur. Buna görə vaksinasiyadan keçməyə xüsusi diqqət edilməlidir. Bundan əlavə, maska taxmaq, qələbəlik yerlərdən uzaq durmaq, qapalı yerləri havalandırmaq və gigiyenik qaydalara riayət etmək vacibdir.