Pis ağız qoxusu üçün 10 metod

Pis ağız qoxusunun bir neçə səbəbi var. Çürük dişlər, diş əti infeksiyaları, xroniki tonzillit, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və sinus xəstəlikləri ağız qoxusuna səbəb ola bilər. Bunun həllinə kömək edən bitki mənşəli üsulları təqdim edirik.

Ağız qoxusu, fərdlər üçün utanc və hətta bəzən narahatlığa səbəb ola biləcək bir problemdir. Bazarda bu problemi olan insanlar üçün saqqız, ağız qarqarası, konfet kimi bir çox məhsul istehsal olunsa da, bu məhsulların əksəriyyəti yalnız müvəqqəti həll yolu təklif edir. Ağız qoxusu qidalar və ya pis ağız gigiyenasından qaynaqlanmırsa, bu problemin arxasında başqa bir tibbi səbəb ola bilər.

Ağız qoxusunun səbəbləri

Qidalar: Dişlər arasında və ya ətrafında yığılan qida hissəciklərinin parçalanması bakteriyaların artmasına və pis qoxuya səbəb ola bilər. Soğan, sarımsaq və ədviyyat kimi bəzi qidaları qəbul etmək də ağız qoxusuna səbəb ola bilər.

Tütün məhsulları: Siqaret çəkmək xoşagəlməz nəfəsə səbəb olur. Siqaret çəkənlər və digər tütün məmulatlarından istifadə edənlər ağız qoxusunun başqa bir mənbəyi olan diş əti xəstəliyinə daha çox meyllidirlər.

Ağız quruluğu: Tüpürcək pis qoxuya səbəb olan hissəcikləri çıxararaq ağız boşluğunun təmizlənməsinə kömək edir. Tibb dilində kserostomiya adlanan quru ağızda tüpürcək istehsalı azaldıqca ağız qoxusu da arta bilər. Ağız quruluğu təbii olaraq yuxu zamanı yaranır və bu, adətən səhərlər insanlarda müşahidə olunan ağız qoxusuna səbəb olur. Bu vəziyyət daha da pisləşir və ağzı açıq şpallarda daha çox nəzərə çarpır. Xroniki ağız quruluğu müəyyən xəstəliklər və ya tüpürcək bezləri ilə bağlı problemlər nəticəsində yarana bilər.

1. Yovşan

Yovşan

Yarım çay qaşığı yovşanı bir stəkan qaynar suya qoyun və soyumasını gözləyin. Sonra bu qarışığı süzün və səhərlər qarqara edin.

2. Maya otu

Maya otu

Maya otunu əzib bir litr suya əlavə edin. Sonra qaynadıb suyu ilə qarqara edin. Bu üsul ağız qoxusunu aradan qaldırmaqda çox təsirlidir.

3. Enginar

Enginar

Bir litr suya enginar əlavə edib süzün və qarqara edin. Enginar pis ağız qoxusunu aradan qaldırır.

4. Bağayarpağı

Bağayarpağı

Bir litr suya bağayarpağı, biyan kökü, qaynadılmış qazayağı yarpağı əlavə edin. Süzün və gündə 3 dəfə bir fincan için.

5. Turp

Turp

Bir litr suya sürtgəcdən keçirilmiş turp, sitrus qabığı və sümbül əlavə edib qaynadın. Süzüb qarqara edin.

6. Badam-bal

Badam-bal

Əzilmiş badamla balı qarışdırıb səhərlər ac qarnına için. Bu qarışıq pis ağız qoxusunu aradan qaldırır.

7. Tərxana

Tərxana

Bir çay qaşığı tərxananı ağzınızda saxlayıb udun. Tərxananın ağız qoxusuna təsirinə inanmayacaqsınız.

8. Kərəviz

Kərəviz

Bir litr suya kərəviz yarpaqları əlavə edib qaynadın. Kərəviz pis ağız qoxusunu əngəlləyir.

9. Limon

Limon

Limon dilimlərini adi sodaya ata və soda bitəndə bu limon dilimlərini yeyə bilərsiniz. Mentol və ya limon ətirli şirniyyatlar da yeyə bilərsiniz.

10. Qəhvə

Qəhvə

Ağız boşluğunda yaşayan bakteriyaların qalıqları olan kükürd birləşmələri pis qoxuya səbəb olur. Qəhvə dənələrini çeynəmək kükürd birləşmələrini yox edir. Yeməkdən sonra bir fincan qəhvə içmək pis ağız qoxusuna qarşı təsirli olar.

Yazar: İlk yazar