Programçı olmaq istəyənlər üçün faydalı məsləhətlər

Mən yaxşı bir proqramçı olduğumu iddia edə bilmərəm. Ancaq, öz səylərimlə proqramçılıq haqqında bəzi şeylər öyrənmiş və həyatımın müəyyən bir qisimində proqramçılıqla məşğul olmuş biriyəm. Bu macəram boyunca, əldə etdiyim təcrübələr istiqamətində, doğru və ya səhv, “yaxşı proqramçı necə olunur?”, “Yaxşı proqramçı olmaq üçün nələr etmək lazımdır”, “proqram təminatı mövzusunda özünü inkişaf necə mümkün olar” kimi suallara bir cavab yazıram.

Əvvəlcə yaxşı bir proqramçı olmaq üçün ehtiyac duyacağınız şeylərdən bəhs edib , sonra özünüzü inkişaf etdirə bilməyiniz üçün bəzi addımlar tövsiyə edəcəyəm.Ancaq, bunlara keçmədən əvvəl bunu da qeyd etmək istəyirəm ki, öz səyləriylə proqramlaşdırma mövzusunda bir yerlərə gəlmək istəyən kəsləri düşünərək yazdım. Özünüzü inkişaf adına məsləhət bildiyim addımlar isə, alqoritm və məlumatların strukturlarını öyrənmək, assembler istifadə edərək kiçik proqramlar inkişaf etdirmək, fərqli dillər öyrənmək, başqalarının yazdığı kodları oxumaq və ictimai olmaq kimi addımlar olacaq. Son olaraq da, olmursa məcbur etməyin deyəcəyəm.

1. Qabiliyyət

Qabiliyyət

Qabiliyyət bu işin əhəmiyyətli bir parçasıdır. Bir proqramlaşdırma dili öyrənmək və inkişaf etdirmək üçün çox çox qabiliyyətə ehtiyacınız yox təbii ki, bu mövzuda yol almaq üçün qabiliyyət əhəmiyyətli bir faktordur. Belə düşünün, az qala hər kəs mahnı oxuyur deyil mi? Ancaq, hər kəsin yaxşı bir müğənni olduğunu iddia edə bilmərik . Proqramçılıq mövzusunun da bundan bir fərqi yoxdur. Hər kəs proqram yaza bilər, amma hər kəsdən yaxşı bir proqramçı olmaz…Proqramçılıq, riyaziyyat, dil, sistemli düşüncə, simvollarla və mücərrəd düşünmə kimi sahələrdə qabiliyyətli olmağı tələb edir. Əslinə baxsanız, proqramçılığın nəzəri qisiminin, riyaziyyatdan çox bir fərqi yoxdur. Bu səbəbdən, yaxşı bir proqramçı ola bilmək üçün, bu sahələrdə yaxşı bir anlayışa sahib olmaq lazımdır.

2. Maraq

Maraq

Maraq yaxşı bir proqramçı olmaq üçün sahib olmanız lazım olan bir xüsusiyyətdir, çünki, sizi araşdırmaya və qurdalamağa itəcək olan güc, bu maraq ünsürü olacaq. Yuxarıda bəhsi keçən qabiliyyətlərə sahib olsanız da, əgər bu mövzuda bir marağınız yoxsa, proqramçılık sizi heyecanlandırmırsa, bu mövzuda bir yol qət edə bilməyəcəksiniz.Maraqlı olmadan, gecə saatlarla kitab kim oxuyar ki? Ya da, oturub yeni bir proqramlaşdırma dili öyrənməyə qalxar. Programçılıq sahəsində sizi itələyəbiləcək tək şey maraqdır. Ona görə, inancım budur ki, pul qarşılığı bu işlə məşğul olan şəxslər, bu işi maraq ilə edən kəslər qədər yol ala bilməzlər. Səhv başa düşülməsin, maraqlı şəxslərin bu sahədə pul qazanmasından bəhs etmirəm. Proqramçılıq mövzusunda maraqlı olmayıb, sırf pulu üçün (və ya hacker olmaq üçün: /) programçılıq edənlərdən bəhs edirəm. Maraqlı olan kəslər, iş xarici saatlarda da özləri üçün kod yazarlar, fərqli şeylər sınayarlar, özlərini davamlı bir addım irəliyə götürərlər. Ona görə, yaxşı bir proqramçı olmaq üçün, maraqlı olmanız lazımdır.

3. Zaman

Zaman

Proqramçılıqda irəliləmək üçün zamana ehtiyacınız olacaq, həm də çox zamana. Xüsusilə, əsl işiniz proqramçılıq deyilsə, boş vaxt üçün yaxşı nəticəsi, və doğru şəkildə özünüzü inkişaf etdirməniz lazımdır. Bu sahədə praktik edilməsi və öyrənilməsi lazım olan o qədər çox şey var ki, bütün ömrünüzü həsr edən biri belə, hamısını öyrənə bilməz.

4. İngilis dili

İngilis dili

İngilis dili öyrənmək əhəmiyyətlidir , çünki, bu işin qaynağı İngilis dilidir . Bəli, internetdə azərbaycanca ,türkcə qaynaqlar var amma bunlar İngilis qaynaqlarla müqayisə edilə bilməz. Proqramların və kitabxanaların orjinal sənədləri, mail qrupları, istifadəçi bloqları həmişə ingilizcədir. Əgər azərbaycanca qaynaqlara asılı qalsanız, nə qədər istedadlı və maraqlı olursanız olun, özünüzü inkişaf etdirmək üçün lazımlı qaynaqlara əliniz çatmayacaq. Ona görə,azərbaycan dilli proqramçılar üçün İngilis dilində ünsiyyət qura bilmə qabiliyyəti bir zərurətdir.

5. Başqalarının yazdığı kodları oxuyun

Başqalarının yazdığı kodları oxuyun

Bu da çox əhəmiyyətli bir addımdır . Hər zaman sizdən daha yaxşı proqramçılar olacaq . Onların yazdılarını oxuyaraq, problemlərə yaxınlaşmaq üçün alternativ yollar, bəzi məsləhətlər, qısa yollar kimi şeylər öyrənəcəksiniz.

6. Sosial olun

Sosial olun

Proqramçılıq mövzusunda bir şey etmək istəyirsinizsə, sizin kimi düşünən insanlarla bir araya gəlin. Gərək forumlarda olsun, gərək üz-üzə olsun, ünsiyyət halında olun. Beləcə həm fikir mübadiləsi bilər. Əgər oxuduğunuz universtetdə əlaqədar klublar varsa qatıla bilərsiniz.. Nə şəkildə olursa olsun, programçılıq ictimaiyyətiylə bir şəkildə ünsiyyət halında olun.

Olmursa məcbur etməyin

İlk başda qeyd etdiyim kimi, hər kəs proqramçı olacaq deyə bir şey yoxdur. Əgər, 2-3 illik çabalarınızdan sonra, çox məsafə qət edə bilmədiyinizdə və ya proqramçılığı sizə görə olmadığını düşünsəniz, mənasız yerə məcbur etməyin. Öz şəxsiyyətinizə və qabiliyyətinizə daha uyğun bir sahədə özünüzü inkişaf etdirməyə çalışın .

Nəticə Olaraq

Proqramçılıq uzun bir yol, amma eyni zamanda çox zövqlü və qarşılığını alacağınız bir iş.

Müəllif: Nəzrin Əhmədli

Mənbə: asoiustudents.com

Yazar: İlk yazar