Qadınlar nə zaman dözülməz olur? Çarə nədir? Xanımlara məsləhətlərimiz var!
Hər kişinin və qadının beynində canlandırdığı, münasibət qurmaq istədiyi və xəyallarını qurduğu insan obrazı var. Bəs kişilər hansı qadınları xoşlamırlar?
Əlbəttə, göstərilən tiplər insana görə dəyişə bilər. Birinin tamamilə xoşlamadığı bir xüsusiyyət, başqa biri üçün münasibəti davam etdirməyə səbəb ola bilər. Bir də kişilərin heç vaxt yaxınlaşmaq istəmədiyi tiplər var:ÇOX DANIŞAN QADINLAR;
Danışdıqları ilə kainatın sirlərini vermiş olsalar belə, kişilərin birlikdə olmaqdan nifrət etdikləri qadın tipləri arasında çox danışan qadınlar ilk sıradadır. Hələ eyni səs tonu ilə, bəzən qışqırıq şəklində hər hadisəni bütün detalları ilə, bitməz-tükənməz bir uzunluqda danışırlarsa… Əslində, bu tip qadınlar təkcə kişiləri deyil, bütün sosial həyatlarını itirmə riski ilə qarşı-qarşıya qala bilərlər.
ÇARƏ; Bu qadınlar özlərini və yaşadıqlarını hər kəsin maraqla dinləmək istədiyini düşünər və heç kimə danışmağa imkan verməzlər. Amma insanları maraqlı edən, həmsöhbətinin diqqətinə səbəb olan danışmaq deyil, dinləmək.. ifadə etmək deyil, qarşısındakına ifadə etmək imkanı yaratmaqdır.
UŞAQ XASİYYƏTLİ QADINLAR;
Nə qədər sevimli xüsusiyyətlərə sahib olsalar da, kişilərin gözünə girməyi bacarmayan digər bir qadın tipi də özünü uşaq kimi aparan, daim naz-qamzə göstərən qadınlardır. Uşaq kimi danışan, kaprizli, çox hərəkətli bu qadınlar, bu cəhətlərlə əks cinsin diqqətini çəkmək istər. Lakin əksinə, uzaqlaşdırar. Həddən artıq uşaq kimi, ərköyün davranışlarla sevgi münasibətini valideyn-uşaq münasibətinə çevirən bu tip qadınlar, onsuz da məsuliyyətdən, ata olmaqdan qorxan kişilərin uzaqlaşmasına səbəb ola bilər.
ÇARƏ; Yalnız qadınlar deyil, bütün insanlar yaşlarının tələb etdiyi şəkildə, yetkin biri kimi davransalar, daha gözəl təsir bağışlaya bilərlər. Olduğundan böyük və ya kiçik görünmək istəyən insanlar cəlbedici deyil, uzaqlaşdırıcı təsir bağışlayırlar. Əgər davranışlarınız 5 yaşında uşağı xatırladırsa, bunu təcili dəyişin, hər yaşın öz gözəlliyi var, bu gözəlliyi yaşayın.
HƏR ŞEYİ BİLƏN QADINLAR;
Hər söhbətə qarışan, özünü hər işin biləni kimi göstərən qadınlar da kişilər tərəfindən arzu olunmaz. Kişinin bütün həyatına, işinə qarışmaq, onu idarə etmək istəyən qadınlar bu davranışla onları olduqca narahat edər. Həm də bu vəziyyət, sevgi enerjisini yox edən bir haldır. Hər şeyi bildiyini zənn etmənin bir addım sonrası günahlandırmaqdır. Bu tip qadınlar günahlandırıcı rolu öz üzərlərinə götürürlər.
ÇARƏ; Müşavir davranışı əgər professional bir müşavir olsanız, işə yaraya bilər. Amma bunun xaricində münasibətlərdə belə bir missiyanı üzərinizə gotürmək, həm yersiz, həm də qeyri-kafi bir davranışdır. Hər mövzuda fikir yürütmək, hətta mövzunu əla bilsəniz belə yersiz görünər, qarşınızdakı insanı sizdən uzaqlaşdırar. Bildiyiniz söhbətdi də dinləməyə üstünlük verin, ağıl verməkdən çəkinin.
PUL HƏRİSİ QADINLAR;
Kişilərin uzaq durmağa çalışdığı tiplərdir. Pulu olan kişilərlə münasibət qurmağa çalışar, yaxın olduğu insanın bu münasibət əvəzində onlara hədiyyələr almasının vacib olduğunu düşünərlər. Çox zaman bunu əldə etməyə bacarıqları da olur. Amma əsasən kişilərin sevmədiyi qadın tipidir. Kişilər bu qadınların onları sevmədiyini , yalnız ondan faydalanmaq üçün bu münasibəti davam etdirdiyini düşünürlər. Bu tip qadınlar artıq kişilərin də müstəqil, öz karyerasını qurmuş, şəxsi həyatını öz imkanları hesabına davam etdirə biləcək gücdə olan qadınları seçdiklərini bilməlidirlər.
ÇARƏ; Münasibətlərdə əvəz ödəmək deyə bir şey olmaz, tərəflər bir-birlərinə içdən gələn jestlər edə bilərlər, amma bu bir məcburiyyət deyil. Bu cür düşünə bilirsinizsə, öz münasibətinizdə hər şeyi qarşı tərəfdən gözləməməli, ortaq nöqtənin sevgi olmasına şərait yaratmalısınız.
İSRARÇI QADINLAR;
Kişilərin ən qorxduqları qadın tipidir. Kişilər onlarla birlikdə olsalar, həyat boyu qurtula bilməyəcəklərini düşünürlər. Bu tip qadınlar qarşılıq görmədikdə hətta zərərverici ola bilirlər. Davamlı olaraq zəng edər, görüşmək istəyər, ayrılıq olarsa bunu qəbul etməz, problem çıxarmağa çalışarlar.
ÇARƏ; Hər insan qarşısında hörmətə, sevgiyə layiq insan görmək istəyər. Obsesiv (israrçı) qadınlar əks cinsin sevgisini, eyni zamanda hörmətini itirərlər. Əgər bu tip xüsusiyyətləriniz varsa, münasibətinizi başqa bir yönə çevirib, həyatınızdakı sevgini hədəf halına çevirməməyi öyrənməlisiniz.
DEPRESSİV QADINLAR;
Kişilərin anlaya bilmədiyi və birlikdə olanda çox sıxıldığı qadın tipidir. Daim bir dərdləri, yana-yana danışacaqları bir problemləri olur. Davamlı olaraq diqqət mərkəzində olmaq istəyər, bir an diqqət çəkilən kimi tragik bir vəziyyət yaradar, diqqəti yenidən üzərlərinə çəkmək istəyərlər. Daim qaş-qabaqlı, kimsənin anlamadığı bir dərdləri olan “dərin” qadınlardır.
ÇARƏ; Əgər həqiqətən depressiyadasınızsa, bir psixoloqa müraciət edin, probleminizi həll etməyə çalışın. Yox, əgər ancaq diqqət görmək üçün belə davranırsınızsa, yanılırsınız. Çünki kişilər adətən xoşbəxt, şən, birlikdə əylənəbiləcəyi qadınlara üstünlük verirlər, bütün insanlar kimi…
GÖRÜNÜŞÜNƏ ÖNƏM VERMƏYƏN QADINLAR;
Tər qoxusu gələn, geyimləri çirkli, əl-ayaq təmizliyinə fikir verməyən qadınların kişilərin dünyasında heç şansı yoxdur. Kişilər daxili gözəllik qədər xarici gözəlliyə, ən azından təmizliyə önəm verirlər.
ÇARƏ; Görünüşünüzə, geyimlərinizə önəm vermək şəxsiyyətinizin bir hissəsi, özünüzə verdiyiniz dəyər, göstərdiyiniz sevgi və hörmətin nəticəsidir. Dünya gözəli olmağa ehtiyac yoxdur, sadəcə ola biləcəyinizin ən yaxşısı olmağa çalışın.
Mənbə: Hürriyyət.com.tr