Qalıcı ətir qoxusu üçün 10 möcüzəvi metod

Əksər insanlar ətirlərin gün ərzində uçub getməsindən şikayətlənirlər. Bu səbəbdən ətirləri üzərlərindəsaxlayırlar. Ancaq təqdim etdiyimiz metodların köməyi ilə bu problemdən xilas ola bilərsiniz.

1. Ətiri isti və nəmli yerlərə qoymayın

Qalıcı ətir

Ətirlərinizi isti və ya nəmli yerlərdə saxlamamağa çalışın. Çünki bu, ətirin keyfiyyətini azalda bilər.

2. Quru dəri üçün bədən lasyonu

Quru dəri üçün bədən lasyonu

Dəriniz qurudursa, ətir vurmadan əvvəl bədən lasyonu istifadə edin. Bədən lasyonundan istifadə ətrin daha qalıcı olmasına imkan yaradacaq.

3. Nəbz nöqtələrinə vazelin çəkin

Nəbz nöqtələrinə vazelin çəkin

Nəbz nöqtələrinə ətir vurmamışdan qabaq vazelin çəkin. Vazelin qoxunu həbsedici xüsusiyyət daşıyır və ətir qoxusu daha qalıcı olur. Ətirləri biləyinizə çəkdikdən sonra nəbz nöqtələrini bir-birinə sürtməyin.

4. Bədəninizdkiə isti yerlər

Bədəninizdkiə isti yerlər

Ətirləri bədəninizdəki daha isti yerlərə vurun. Məsələn, biləklərə, boyuna, dirsək içlərinə və s.

5. Ətiri birbaşa olaraq saçınıza vurmayın

Qalıcı ətir qoxusu üçün 10 möcüzəvi metod

Ətirin tərkibində spirt olduğu üçün saçlarınıza zərər verə bilər. Bu səbəbdən ətirləri saç fırçanıza səpmək və saçlarınızı daramaq daha faydalı olar.

6. Ətiri təmiz bədənə vurun

Ətiri təmiz bədənə vurun

Ən çox edilən səhvlərdən biri də ətir və dezodorantın məqsədini qarışdırmaqdır. Dezodorant tərləməyə qarşı istifadə edilir, ətrin qoxusunun qalıcılığı artır. Ətir vurulan yeri ovub yaymağa çalışmayın. Qoxunun tez aradan qalxmasına səbəb ola bilərsiniz.

7. Dərinizi nəmləndirin

Dərinizi nəmləndirin

Yaxşı nəmlənmiş dəri qoxunu daha yaxşı saxlayır. Ətirinizi vurmadan əvvəl dərinizi nəmləndirməyi unutmayın. Qoxunun qalıcılığını artırmaq üçün bədən kremlərindən istifadə etməyinizi məsləhət görürük.

8. Ətiri saç fırçanıza sıxın

Ətiri saç fırçanıza sıxın

Ətirinizin uzun müddət qalmasını istəyirsinizsə, saç fırçanıza ətir vura bilərsiniz. Saç ətirin uçmasına mane olacaq və qoxunu saxlayacaq.

9. Ətrin qapağını açıq saxlamayın

Ətrin qapağını açıq saxlamayın

Ətirinizin qapağını ilk açdığınız zaman ortaya çıxan sehrli qoxunu qorumaq üçün qapağını bağlı saxlamalısınız. Hətta ətiri satın aldığınız qutuda saxlamağanız daha məqsədəuyğundur.

10. Ətir seçiminə diqqət edin

Ətir seçimi

Ətir seçmək vacib amildir. Qalıcı qoxulardan biri də odunsu notlara sahib qoxulardır. Sitrus notları daha tez uçur. Bundan əlavə, EdP-in qalıcılığı EdT-dən daha artıqdır.

Yazar: İlk yazar