Qreypfrut üz maskası resepti
Qreypfrut ləzzətli bir meyvə olmaqla yanaşı, insan sağlamlığı üçün də faydalıdır. Təqdim edəcəyimiz qreypfrut üz maskası reseptindən istifadə edərək özünüz üçün üz maskası hazırlaya bilərsiniz.
Qreypfrutun tərkibindəki limon turşusu dəridəki ölü hüceyrələri təmizləyir və kollagen istehsalını artırır. Tərkibindəki C vitamini dərinin parlaqlığını bərpa edir və pH balansını tənzimləyir. Bu maska bütün dəri tipləri üçün uyğundur.
Tərkibi:
1 ədəd qreypfrut
3 damcı şirin badam yağı
1 yumurtanın sarısı
1 xörək qaşığı yulaf əzməsi
Qreypfrut üz maskası resepti
1. Bir qreypfrutu bıçaqla yarıya bölün və yarısının qabığını soyun. Bıçaqla xırda doğradıqdan sonra blenderə qoyun.
2. Üzərinə bir neçə damcı şirin badam yağı, 1 yumurta sarısı və 1 xörək qaşığı yulaf əzməsi əlavə edin. Bunları blenderdən keçirin. Qarışıq çox sulu olarsa, qatılaşdırmaq üçün bir neçə çimdik un əlavə edə bilərsiniz.
3. Qarışığı bir kasaya tökün və barmaqlarınızın ucu ilə göz ətrafınızdan başqa üzünüzün hər yerinə çəkin.
4. Dərinizin maskanı 20 dəqiqə ərzində udmasına imkan verin.
5. Sonra üzünüzü ilıq su ilə yuyun, yumşaq bir dəsmal ilə qurulayın.
6. Daha sonra adi nəmləndirici istifadə edin.
İpucları və xəbərdarlıqlar
Bu maskada yumurta ağı yerinə başqa məhsuldan istifadə etməyin. Yumurtanın ağını sarısından düzgün şəkildə ayırın.