Topuqlu ayaqqabı seçərkən nələrə diqqət etmək lazımdır?

Qadınlar topuqlu ayaqqabı seçərkən bəzi məsələlərə diqqət etməlidir. Topuqlu ayaqqabıların bir çox modeli var. Qadınlar bu modellərin hamısına sahib olmaq istəyirlər. Lakin bəzi məqamlara diqqət edilməzsə, ayaqlarda ağrı, yaralanma əmələ gələ bilər.

1. Ayaq şişkinliyi

Ayaq şişkinliyi

Topuqlu ayaqqabıları səhərin erkən vədəsində geyinmək səhv addımdır. Ayaqlar səhərlər şişmir. Topuqlu ayaqqabılar bu şişkinliyə bir neçə saat sonra zəmin yaradacaq. Buna görə topuqlu ayaqqabıları axşam saatlarında geyinmək daha məqbuldur.

2. Sivri burunlu ayaqqabılardan uzaq olun

Sivri burunlu və topuqlu ayaqqabılar böyük risk daşıyır. Sivri burunlu ayaqqabılar çox geyinlidiyi zaman ayaq barmaqlarında qalıcı görünüş yara bilər. Həmçinin bel və onurğanız zədə ala bilər. Bunun əvəzinə qısa və ya uzun topuqlu ayaqqabılar seçə bilərsiniz.

 Sivri burunlu ayaqqabılardan uzaq olun

Topuqlu ayaqqabılar seçən zaman diqqət edilməsi vacib olan məqamlar

- Ən uzun barmaqla yaqqabı arasında ən azı yarım sm boşluq olmalıdır.

- Ayaqlarınızın hava almasına imkan verən topuqlu ayaqqabılara üstünlük verməlisiniz.

- Satıcı hər nə qədər ayaqqabının geyildikcə genişlənəcəyini söyləsə də, buna inanmaq olmaz.

- Ayaqqabının barmaq ucundakı hündürlüyü barmaqlarınızı rahat tərpədəcək qədər olmalıdır.

- Ayaq burxulması problemi yaşamamaq üçün daha geniş və qısa topuqlu ayaqqabı modellərini seçin.

- Ayaqqabı alarkən hər iki ayağınıza geyinib yoxlayın. Ola bilər ki, bir ayağınızın ölçüsü digər ayağınızdan fərqli olsun.

Yazar: İlk yazar