Türk-Yunan müharibəsinə istiqamət verən əl

XIX əsrdə Almaniyada yaşamış məşhur fizik Vilhelm Konrad Rentgen uzun müddətdir üzərində işlədiyi layihəsini nəhayət ki, başa çatdırmışdı. 8 noyabr 1895-ci ildə “X şüalarını” kəşf edərək hazırda istifadə olunan rentgen texnikasını hazırlayan Vilhelm C. Rentgen, Hərbi Tibb Məktəbinin son kurs tələbəsi olan Esad Feyzi bəyi ilhamlandırıb və onun araşdırmaları 1897-ci il Türk-Yunan müharibəsinə qədər davam edərək çox şeyin gedişatını dəyişdirib.

Türk-Yunan müharibəsi

Vilhelm Rentgenin İstanbul Tibb Fakültəsinin professorlarından olan Akil Muxtar Özdenin laboratoriyasına qədər uzanan bu səyahətin təfərrüatlarını təqdim edirik. Esad Feyzi bəyin ilk təcrübəsi İstanbul Tibb Fakültəsinin professorlarından olan Akil Muxtar Özdenin laboratoriyasında olub. Esad Feyzi və dostu Rıfat Osmanın təcrübəsini həyəcanla izləyən Özden, bundan sonra verdiyi açıqlamada belə deyib:

“Bir foto şüşəsi bir neçə qat qara kağızla örtülmüş halda masanın üzərinə qoyuldu. Boru yerləşdirildi və şüşənin üzərinə mənim əlimi qoydular, axırda isə əlimi çəkdilər. Çəkilişdən sonra qaranlıq otağa keçdik və fotonun üzərində işlədik. Həmin an Türkiyədə rəsmən ilk dəfə X şüası ilə rentgenoqrafiya edilmişdi. Əlimin sümükləri indi qarşımızda dayanmışdı. O an Esad Feyziyə qarşı keçirdiyim heyranlıq hissini izah edə bilmirəm”.

Müraciət yazmağa qərar verildi

İlk cəhdlərində uğur qazanan Esad Feyzi və Rıfat Osman tətbiqi populyarlaşdırmaq üçün çox çalışdılar. Onlar öz ölkələrində radioloji görüntüləmə aparatının mövcudluğundan xəbərdar idilər, lakin ondan istifadə etmək üçün heç bir bilik və ya texnika olmadığından cihazın gücü unudulmuşdu. Həmin dövrlərdə türklər və yunanlar müharibə vəziyyətində olduğundan cəbhədə yaralanan əsgərlərin müalicəsi üçün belə bir cihazdan istifadə çox əhəmiyyətli idi. Nəhayət, iki dost Yıldız Hamidiye Sultan İmperial Xəstəxanasının baş cərrahı Prof. Dr. Cemil Topuzlunun yanına gedərək bir müraciət ünvanladılar. Onların istəkləri və həyəcanları müraciətdə aşağıdakı ifadələrlə əks olunub:

“Yaralı Osmanlı qazilərinin Yıldız Xəstəxanasında müalicə olunacağı qəzetlərdə minnətdarlıqla oxunduğundan, tibb fakültəsinin fizika laboratoriyasında olan və nöqsanları az olan naməlum şüa cihazının adı çəkilən böyük xəstəxanaya verilməsi ilə bədəninin dərinliklərində yeri bilinməyən güllə və qəlpə qırıntıları ilə müxtəlif hallarda baş vermiş sümük qırıqlarının bərpası üçün adıçəkilən cihazın tərəfimizdən istifadə edilməsinə və bu şəkildə ərz edilən X-şüaları tətbiqi şərəfinin Osmanlı təbabətinə verilməsinə və yaralıların uzun əzablardan xilas edilməsinə izn verməyinizi xahiş və təvəqqe edirik. Esad Feyzi, Rıfat Osman."

Rentgen sayəsində yaralı əsgərləri müalicə etdi

Türk-Yunan müharibəsində istiqamət

İkilinin təklifi tezliklə qəbul olunacaq və tələb olunan cihaz Yıldız Xəstəxanasına gətiriləcəkdi. Esad Feyzi və Rıfat Osman səylə işə başladılar. İlk rentgen Türk-Yunan müharibəsində yaralanan Boyabatlı Mehmet adlı sıravi əsgərin sağ biləyindəki qəlpələri aşkar etmək üçün çəkildi. Sonra müharibədə yaralanan əsgərlər bir-bir xəstəxanaya gətirilməyə başlandı. Bir çox yaralı uğurlu şəkildə müalicə olundu. Beləliklə, Esad Feyzi bəy və ona kömək edən dostu Rıfat Osman Osmanlı İmperiyasında ilk dəfə rentgen aparatını tibbi şəraitdə istifadə edən insanlar kimi tarixə düşdü.

Həmin illərdə rentgen texnikasının böyük bir elmi inqilab olduğunu xatırladan prof. Dr. Ülman, "1896-cı ildə başlayan Türk-Yunan Müharibəsində bu cihazın döyüş əməliyyatında istifadəsini müəllimlərinə tövsiyə etdi və onların dəstəyini aldı. Güllə və qəlpə parçaları ilə yaralanan əsgərlərin bu cihazın istifadəsi ilə cərrahi əməliyyatlarının asanlaşdırılması və tez sağalması təmin olundu. Bu tətbiqlər dünyada ilk nümunələr sırasındadır və böyük tarixi dəyəri var" – deyə bildirib.

Beynəlxalq şöhrət qazana bilmədi

1897-ci ildə kapitan rütbəsi ilə məzun olan Esad Feyzi, məzun olduqdan dərhal sonra rentgen şüalarını təqdim etdiyi mühazirələrə başladı. Hətta şöbənin baş cərrahı prof. dr. Hətta Cəmil Topuzlu şöbədə “Rentgen Şu'a'tı İl Müayinə Şöbəsi” adlı bir bölmə də açdırdı. Esad Feyzi bəy müharibə zamanı yaralı əsgərlər üzərində tətbiq etdiyi rentgen təcrübələrini müharibə bitdikdən sonra öz kitabında topladı. Əlyazma şəklində olan bu tək nüsxəlik kitab Türkiyədə rentgen sahəsində yazılmış ilk kitab kimi tarixə düşsə də, kütləvi şəkildə nəşr olunmadığı üçün beynəlxalq şöhrət qazana bilmədi. Bu durum əslində Esad Feyzi bəyin beynəlxalq tibb ədəbiyyatında layiq olduğu yeri tutmasına mane oldu. Gənc yaşında minlərlə insana yardım edən, özünü yeniliklərə və inkişafa həsr edən Esad Feyzi bəy 28 yaşında üzündə əmələ gələn və sonradan meningitə çevrilən yara səbəbi ilə dünyasını dəyişib. O, elmə və bəşəriyyətə verdiyi töhfələrlə daim xatırlanır.

Yazar: İlk yazar