
Uşaqların qəbul etməsi vacib olan 10 qida
Uşaqların qidalanmasına xüsusi diqqət yetirilməlidir. Vacib olan qidaları araşdırmışıq.
Vitaminlərlə bol olan qidalara daha çox üstünlük verilməlidir. Analar azyaşlı övladlarının qidalanmasına xüsusən diqqət etməlidirlər. Bu lazımi qidalar aşağıdakılardır. Balanslı bir pəhriz uşaqların sağlam böyüməsi və inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Uşaqlıqdakı pəhrizin həyat boyu təsirli olacağını nəzərə alsaq, sağlam qidalanma və sağlam qidalar daha çox ön plana çıxır.
1. Süd
![]()
Uşağın inkişafının ən vacib elementi sümüklərin inkişafı ilə bağlıdır. Sümüklər üçün kalsium və fosfora ehtiyac vardır. Uşaqlar bu maddələri süd içməklə əldə edə bilərlər.
2. Pendir
![]()
Pendir uşaqlar üçün vacib qidadır. Kalsium, protein və B12 vitamini ilə zəngin olan pendir sümüyün formalaşmasına müsbət təsir edir.
3. Qatıq
![]()
Qatığı süd və pendir kimi sevə-sevə uşaqlarınıza yedirdə bilərsiniz. Qatıq kalsium, protein, karbohidrat, B vitamini və fosforla zəngindir. İmmun sistemini gücləndirir və bağırsaqları sağlam saxlayır.
4. Paxlalı bitkilər
![]()
Müxtəlif mineral və proteinlərin, karbohidratların orqanizmə daxil olmasında əsas rollardan birini paxlalı bitkilər oynayır.
5. Təzə meyvə və tərəvəzlər
![]()
Meyvə və tərəvəzlərin tərkibində vitaminlər və bakteriyalarla mübarizə aparan maddələr vardır. Bu da onları ən vacib qidalardan birinə çevirir.
6. Ət məhsulları
![]()
Ət məhsullarında olan proteinlər uşaqların sağlamlığı üçün vacibdir. Qaynadılmış ət və ciyər uşağın protein ehtiyacını təmin edir.
7. Balıq
![]()
Balıq istifadə edən uşaqların xəstələnmək ehtimalı azdır. Davamlı olaraq balıq yeyən uşaqlar artıq çəki problemi ilə rastlaşmır. Balıq qida dəyəri baxımından da vacibdir. Omega 3; Tərkibi ilə uşağınızı uşaqlıqdan xroniki xəstəliklərdən qoruyur, beyin inkişafına töhfə verir və yüksək protein tərkibi ilə böyüməni dəstəkləyir.
8. Yumurta
![]()
Tərkibindəki proteinlərdən dolayı uşaqların davamlı halda yumurta yeməsi olduqca əhəmiyyətlidir. Yumurta vitmainlərlə zəngindir. Onu bir neçə formada bişirib, övladınıza yedirdə bilərsiniz. Yumurta bir protein mənbəyidir. Ayrıca B vitamini, E vitamini və dəmir kimi qida maddələrini də ehtiva edir. Sağlam bir pəhriz üçün uşaqların ehtiyac duyduqları qədər ət, balıq, yumurta, baklagiller və qoz -fındıq kimi protein mənbələrini alması çox vacibdir.
9. Qarağat
![]()
Qarağat təkcə uşaqlar üçün yox, hamı üçün lazımi qida sayılır. Potasium, C vitamini, lif və antioksidantla zəngin olan qarağat uşaqların sağlamlığı üçün vacibdir.
10. Şirin kartof
![]()
Böyük vitamin mənbəyi olan şirin kartofun dadı da gözəldir. Şirin kartofu tez-tez övladınıza bişirin.