09.07.21 14:34
Dərini canlandıran portağal pilinqi
Xüsusən payız və qışda dəriyə olan qulluğa daha çox fikir vermək lazımdır. Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq dəridə də dəyişikliklər baş verir. Soyuq havalarda dəridə quruma, qızartı və s. problemlər əmələ gələ bilər.
Pilinq ölü dərini aradan qaldırır və dərinin yenilənməsinə imkan yaradır. Bu səbəbdən də mütəmadi olaraq pilinq edilməlidir. Xüsusilə portağal pilinqi dərini təravətləndirməyə kömək edən təsirli bir üsuldur. Tərkibindəki C vitamini sayəsində əla qulluq göstərir.
Portağal pilinqi necə hazırlanır?
Tərkibi
2 xörək qaşığı portağal qabığı
1 xörək qaşığı su
1 çay qaşığı bal
2 xörək qaşığı yulaf əzməsi
Bunları bir qaba töküb qarışdırın. hazırlanmış qarışığı dərinizə çəkin. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu pilinqi həftədə 1 dəfə tətbiq edin.
[xeberdarliq]