Günvurmanın əlamətləri və müalicəsi
Günvurma zun müddət günəş altında qalma nəticəsində bədən istiliyini tənzimləyən mexanizmlərin pozulması ilə bağlı yaranan kliniki vəziyyətdir.
Günvurma necə olur?
Günvurma adətən 40 dərəcədən yuxarı temperaturda, xüsusilə günorta saatlarında, günəş şüaları perpendikulyar olduqda baş verir. Bədənin daxili temperaturu 40 dərəcədən yuxarı qalxır və bu zaman həyat təhlükə altına düşür. Dəri qırmızı, isti, lakin quru olur. Bədən xarici istinin öhdəsindən gələ bilməyəcəyini anladıqda, bir nöqtədən sonra tərləmə dayanır.
Günvurmanın ilkin mərhələsi istilik tükənməsidir. Hər birimiz bunu gündəlik həyatımızda müxtəlif dərəcədə yaşayırıq. Əsəbilik, yorğunluq və istəksizlik şəklində özünü göstərir.
Kimlər günvurma riski altındadır?
Xüsusilə xroniki xəstəlikləri olan xəstələr (yüksək qan təzyiqi, şəkərli diabet, xroniki böyrək çatışmazlığı),
xərçəng xəstələri,
psixiatrik pozğunluğu olanlar,
65 yaşdan yuxarı insanlar,
5 yaşa qədər uşaqlar,
Hamilə qadınlar isti yay aylarında çox daha diqqətli olmalıdırlar.
Günvurmanın səbəbləri
Günvurmanın ən böyük səbəblərindən biri çox yüksək temperatura məruz qalmaqdır. Həm tətil üçün dəniz kənarında vaxt keçirmək, həm də temperaturun normadan artıq olduğu mühitlərdə işləmək günvurmanın ən böyük səbəbidir. Yüksək temperaturda çoxlu spirtli içki qəbul etmək, qalın paltarlar geyinmək və həddindən artıq qida qəbul etmək də səbəblər arasındadır.
Günvurmanın simptomları
Baş ağrısı, qusma, ürəkbulanma, yüksək hərarət, tərləməmək, sinir sisteminin pozğunluqları, yerişin pozulması və huşun itməsi gün vurmasının ən çox rast gəlinən simptomlarıdır. İlk əlamətdə diaqnoz qoymaq və insan huşunu itirməmiş lazımi müdaxiləyə başlamaq üçün təcili olaraq həkimə müraciət etmək lazımdır.
Günvurmanın əlamətlərini aşağıdakı kimi sıralamaq olar:
Üz və baş dərisi isinir, qızarır.
Yüksək hərarət,
Şiddətli baş ağrısı,
Əzələ krampları,
Halsızlıq,
Baş ağrısı,
Başgicəllənmə,
Ürəkbulanma,
Boyunda sərtlik hiss olunur.
Ağır hallarda şüur itkisi
Ürək döyüntüsü
İsti və quru dəri
Tərləyə bilməmək
Dəri əvvəlcə qırmızı, sonra solğun və bənövşəyi rəng alır.
Bədən istiliyinin 40 dərəcədən çox olması və
İstilik tükənməsi zamanı aşağıdakı simptomlar olur:
Zəiflik və yorğunluq
Gərgin və ya ağrıyan əzələlər
Ürəkbulanma və qusma
Solğun və soyuq dəri
Zəif və sürətli nəbz
Günvurma zamanı nə etməli:
Yayın istisində, bəzi bölgələrdə temperaturun 40 dərəcəyə çatdığı və rütubətin 90 faizi ötdüyü vaxtlarda lüzumsuz yerə çölə çıxmayın. Tərləmə ilə bədənin su itkisini artıran dar paltarlar geyinilməməlidir. Paltarın bədəni sıxan hissələri çıxarılmalıdır. Baş soyuq və nəm örtüklərlə xaricdən soyudulmalıdır; eyni zamanda hava axını təmin olunmalıdır.
Günvurmadan qorunmağın yolları
Açıq rəngli, pambıqdan olan paltarlar geyinin. Geniş kənarlı şlyapa, gün eynəyi və ən azı 30 faktorlu günəş kremi ilə özünüzü günəşin zərərlitəsirlərindən qoruyun. əgər üzür və ya tərləyirsinizsə, günəşdən qoruyucu kreminizi hər 2 saatdan bir yeniləyin.
Bol maye qəbul edin.
Bədəninizin nəmliyinə və istilik yayma qabiliyyətinə təsir edə biləcək dərmanlar qəbul etdikdə xüsusilə diqqətli olun.
Günün isti saatlarında ağır işlərlə məşğul olmayın.
Bədəninizin isti havaya uyğunlaşması bir neçə həftə çəkə bilər. Özünüzü qəfləti istiyə məruz qoymayın.
Alkoqol və qəhvə istehlakını azaldın.
Günvurmanın müalicəsi təcili bir durumdur. Əgər bir insanı gün vurduğunu düşünürsünüzsə, təcili yardım çağırın və ya dərhal xəstəxanaya aparın. İlk yardımın məqsədi yüksək bədən istiliyini mümkün qədər tez aşağı salmaqdır. Təcili yardımı gözləyərkən aşağıdakı ilk yardım tədbirləri görülə bilər:
Soyuq duşa salın
Gün vurmuş insanın paltarlarını çıxarın və soyuq suyun içinə qoyun. Və ya bədənini yaş dəsmalla sarıyın, qollarını və ayaqlarını buz parçalarıyla ovun. Əgər kifayət qədər su yoxdursa, baş və boyun nahiyəsini sərinlədin. Buz varsa, buz parçalarını qoltuqaltı və qasıq nahiyəsinə qoyun.
Soyuq otaqda saxlayın
Duşdan sonra xəstəni soyuq yerə aparın.
Ayaqlarını qaldırın
Qan dövranını baş tərəfə yönəltmək üçün ayaqlarını qaldırın.
Masaj edin
Beyinə və bədən mərkəzinə qan dövranını qaytarmaq üçün qolları və ayaqlarını masaj edin.
Günvurmanın nəticələri
Gün vurmuş adam düzgün müalicə edilmədikdə, ölümcül hala düşə bilər. Bədənin soyutma mexanizmi müvəffəqiyyətsiz olarsa, bədən istiliyi sürətlə yüksələ və 30 dəqiqədən az müddətdə ölüm baş verə bilər. Bəzi ağır hallarda ilkin travmadan sonra böyrək və ürək çatışmazlığı kimi ağırlaşmalar baş verir, irəliləmiş hallarda isə ölüm halı qeydə alına bilər. Günvurma qurbanlarının 10%-dən çoxu həyatını itirir.
Hansı hallarda həkim çağırılmalıdır?
Günvurma təcili bir durumdur. Aşağıdakı simptomlar zamanı dərhal təcili tibbi yardım çağırın.
Başgicəllənmə, baş ağrısı
Aşırı yorğunluq
Şiddətli əzələ ağrıları, yüksək hərarət və ya ürəkbulanma
Konvulsiya və ya şüur itkisi
Günvurma zamanı bunlar edilməməlidir:
Xəstə huşsuzdursa, içki verməyin.
Alkoqol iylətməyin.
Alkoqollu və qazlı içkilər verməyin.
Qatı qidaların çox təhlükəli nəticələri ola bilər.
Xəstəyə yemək verməyin.
Uşaqları gün vurmasından qorumaq üçün nə etmək lazımdır?
Uşaqlarınızı səhər saat 10:00-dan günorta 15:00-a qədər günəş şüaları altında qoymayın. Uşağınıza kölgə qaydasını öyrədin: “Kölgən səndən kiçikdirsə, günün altında qalma”.
Qoruyucu geyimlərə önəm verin. Qoruyucu krem kimi keyfiyyətli məhsullardan istifadə edin. Su və ağ qum günəş işığını əks etdirən amillərdir. Çimərliklərdə olarkən qorunmağa xüsusi diqqət yetirin. Xəstə huşsuz vəziyyətdədirsə, su içirilməməlidir.
[xeberdarliq]