İnterneti sürətləndirmək üçün 6 üsul

İnternetiniz zəifdirsə, bunun bir neçə səbəbi ola bilər. İnterneti sürətləndirmək üçün ən yaxşı üsulları araşdırdıq. Bəzən modemi söndürüb-yandırmaq belə internetin sürətini artırır. Bu məqaləmizdə interneti necə sürətləndirəcəyinizin yollarını təqdim edəcəyik. İnternet sürətinin düşməsi müxtəlif səbəblərdən qaynaqlana bilər. İnternetin yavaşlama problemlərinin qarşısını almaq üçün ilk növbədə problemin səbəbini tapmaq lazımdır.

Film izləyərkən, işləyərkən, oyun oynayarkən internetiniz zəif təsir bağışlayırsa, bu, bir neçə səbəbdən qaynaqlana bilər. İnternet sürətinizi ölçmək üçün speedtest.net saytından istifadə edə bilərsiniz.

WiFi bağlantınızın sürətini artırmağa kömək edəcək ən yaxşı üsulları araşdırmışıq. Həmin 6 üsul aşağıdakılardır.

1. Modemi düzgün yerə yerləşdirin

İnterneti sürətləndirmək üçün Modem

Modemin yeri internetin sürətinə təsir edir. Əgər modem yerdədirsə, internet daha zəif olacaq. Modemi evin ortasına və yüksək bir yerə qoymaq lazımdır. Bununla da siqnal evdəki hər nöqtəyə çata biləcək.

2. Modemin yanına siqnal dalğalarını bağlayan cihazlar qoymayın.

Modem şəkli

Modemin ətrafına mikrodalğalı soa, masaüstü telefon və led işıqlar kimi əşyalar qoymayın. Bu cür cihazlar modemin siqnal dalğalarını bağlayır. Modemi dolab və ya qutu kimi obyektlərə qoymayın. Əgər modeminiz antenalıdırsa, onları hərəkət etdirməklə yaxşı nəticə əldə edə bilərsiniz.

3. WiFi-nızı qoruyun və şifrəsini tez-tez dəyişdirin

WiFi şifrəsi

Wi-Fi və internet bağlantısının mənfi cəhətlərinə baxmayaraq, bu texnologiya həyatımızda əvəzolunmaz hala gəldi. Hətta bu məzmunun yaradıldığı kompüter Wi-Fi vasitəsilə İnternetə qoşulur. Mürəkkəb və WPA2 təhlükəsizlikli şifrə istifadə edin. Şifrəni tez-tez dəyişdirmək internetin sürətinin az da olsa artmasına səbəb ola bilər.

4. WiFi-zın kanalını dəyişin

WiFi modem

İnterneti qonşunuzla birgə istifadə edirsinizsə, kanallarınızda problem yarana bilər. Bu, ikinizin də internetini zəiflədər. Şəbəkənizi Network Analyzer Lite və WiFi Analyzer kimi tətbiqlərlə analiz edin. Daha sonra ən az girilən kanalı seçin.

5. İstifadə etmədiyiniz tətbiqləri və ya pəncərələri bağlayın

Virusları tapmaq

İnterneti gücləndirməyin digər bir yolu arxa planda işləyən Skype, Windows yeniləmələri, Steam və Discard kimi tətbiqləri bağlamaqdır. Belə tətbiqlər arxa planda işləyərək internetin sürətini azaldır. Bu problemi kompüterdə tapşırıq idarəçisi açmaq və ya tətbiqləri bağlamaqla həll edə bilərsiniz. Telefonda da eyni qaydada bağlamaq lazımdır.

6. Modemi söndürüb-yandırın

Modem sürətli internet

Üsullardan biri də modemi söndürüb-yandırmaqdır. Bu, modemin yaddaşını silməyə və yeniləməyə xidmət edir. Bəzən bu üsul problemi aradan qaldırır. Modemlər, hər hansı bir elektron cihaz kimi, həddindən artıq istifadə səbəbiylə istiləşir və performansını itirir. Evlərdə və iş yerlərində işləyən modemlər normal olaraq gündə bir dəfə söndürülməlidir. Bu şəkildə həm cihazın istilik problemi aradan qaldırılır, həm də IP ünvanı (dinamik IP istifadə edirsinizsə) dəyişir. Əlavə olaraq, bəzi mümkün bağlantı səhvləri avtomatik olaraq düzəldiləcəkdir.

Yazar: İlk yazar