Kişilər tanıyıram ki, Xoşqədəmin qorxusundan arvadının paltarını geyinir"

Xəzər televizyasında yayımlanan Xoşqdəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan və uşaqları həyat yoldaşı tərəfindən bazarda atılan Əlinin açıqlamaları hər kəsi təəccübləndirib.

BiG.AZ-ın məlumatına görə, o bildirib ki, gəlin bir gün də kişilərin üzərinə getməyək: "Qadınlar var ki, həyat yoldaşlarını Xoşqədəm xanımla hədələyir. Onlar deyir ki, bizim arxamızda Xoşqədəm dayanır. Kişilər tanıyıram ki, Xoşqədəm xanımın qorxusundan arvadının paltarını geyinib ev işi görür. Bu dərəcə arvadından qorxan kişilər var. Çünki Xoşqədəm xanımla hədələnirlər. Guya siz qadınların arxasında dayanırsınız".

Aparıcı bildirib ki, bəli mən qadınların arxasında dayanıram:" Hansı ki, onlar həqiqətən ərləri tərəfindən əzilir, döyülür, zorakılığa, işgəncələrə məruz qalır. At oynadıb, kişilərə arvad paltarı geyindirən qadınların tərəfində deyiləm".

Aysel Yusifqızı

Yazar: İlk yazar