Macera filmləri - Macera sevənləri heyran qoyacaq 35 macera filmi
Ən yaxşı macəra filmləri.
Macəra filmləri içərisində aksiyon macəra filmlərinin və fantastik macəra filmlərinin də yer aldığı ən yaxşı macera filmlərini siyahısını topladıq. Budur, bir nəfəs izləyə biləcəyiniz bütün dövrlərin ən çox izlənilən, ən gözəl macəra filmlərinin siyahısı..
Macera Filmleri;
35. Death race (Ölüm yarışı)
Ceyson Stethamın baş rolda oynadığı film ən yaxşı həyəcan filmlərindəndir. Həbsxana rəhbərləri buradakı məhkumları bir-birini öldürməyə təhrik edirlər. Film çox baxımlıdır.
Vizyon tarixi: 2008, IMDB: 6,4
34. The expendables (Cəhənnəm mələkləri)
Film macəra və döyüş sevənlər üçün ideal seçimdir. Filmdə Silvester Stallone, Ceyson Stetham, Cet Li, Brus Villis, Dolf Landqren kimi aktyorlar yer alıb. Cənubi Amerika ölkəsinin diktator rejimini yıxmaq üçün ora bir qrupun göndərilməsindən söhbət gedir.
Vizyon tarixi: 2010, IMDB: 6,5
33. Fast & Furious presents: Hobbs & Shaw
Dveyn Conson və Ceyson Stetham filmdə baş rolları ifa edirlər. Gizli düşmən bir-birilə anlaşmayan iki qəhrəmanı bir araya gətirir. Onu yenmək üçün hər ikisinin özlərinə ehtiyacı var. Film tamaşaçılarda əsl adrenalin hiss yaradır.
Vizyon tarixi: 2019, IMDB: 6,8
32. The Lion King
Filmdə meşələrin kralı Mufasa və oğlu Simbanın başına gələn macəra dolu hekayə öz əksini tapıb. Ata və oğlu Skarın planlarından xəbərdar deyil. Ormanın kralı olmaq üçün Mufasanı öldürən Skar indi də Simbanı devirmək istəyir. Simba isə intiqam almaq fikrindədir.
Vizyon tarixi: 2019, IMDB: 7,1
31. Captain Marvel
Güclü qəhrəman Marvelin doğuşundan və Avengersə daxil olmasından bəhs edilir. Baş rolu Karol Danvers ifa edir. O, filmdə super güclərə sahibdir. Bunu necə bacardığını isə filmi izləməklə öyrənmək olar.
Vizyon tarixi: 2019, IMDB: 7,0
30. Aquaman
“Game of Thrones” serialından tanıdığınız Ceyson Momoa bu filmdə Artur obrazını canlandırıb. Yeddi dənizin kralıdır, Atlantisə də hökmdarlıq edir. O, bütün planeti qorumağa çalışır. Filmin rejissoru Ceyms Vandır.
Vizyon tarixi: 2018, IMDB: 7,0
29. Alpha (Alfa Qurd)
Filmdə 20 min il əvvəl Avropada üst paleolit dövründə baş verənlərdən bəhs olunur. Uşaq ailəsiylə ilk dəfə ova çıxır və yaralanır. Ayılanda tək olduğunu görür. Yaralanmış bir qurdla üz-üzə gəlir. Bir-birilərinə alışırlar.
Vizyon tarixi: 2018, IMDB: 7,0
28. Non-Stop
Liam Neesonun baş rolda oynadığı filmdə hava pilotu olan Bill Marksın yaşadıqlarından bəhs olunur. O, təyyarə olarkən qəribə mesajlar alır. Mesajlarda təyyarədəki sərnişinlərin təhlükədə olduğu bildirilir.
Vizyon tarixi: 2014, IMDB: 7,0
[advisit]
27. The Mummy (Mumiya)
Filmdə antik Misirdə yaşanan və yarımçıq qalan sevginin min illər sonra davamına səbəb olan 3 nəfərdən bəhs olunur. Onlardan biri macəraçı Rik, digərləri isə qədim kəndi axtaran Evi və Con qardaşlarıdır. Bu üçlük orada nələrin olduğundan xəbərsizdir. Səhvən orada diri-diri basdırılan rahibi oyandırırlar və mumiya insanlara zərər verir. Mumiyanın məqsədi min illər əvvəl sevdiyi qızı tilsimlə geri qaytarmaqdır. 3 dost isə onu necə dayandıracaqlarını bilmirlər.
Vizyon tarixi: 1999, IMDB: 7,0
26. Aladdin (Ələddin)
Uşaqlığımızın nağılı Ələddinin ötən il çəkilən filmində macəra və həyəcan dolu səhnələr yer alıb. Sehrli çıraq sayəsində aşiq olduğu qıza qovuşmaq istəyən Ələddin bazarda meyvə satan kasıb gəncdir. Oğurluq edir, küçədə yatır. Onun həyatı atasının zorla ərə vermək istədiyi qızla tanış olarkən dəyişir.
Vizyon tarixi: 2019, IMDB: 7,2
25. Mission Impossible 5: Rogue Nation (Vəzifəmiz təhlükə 5)
Son illərin ən uğurlu filmlərindən sayılır. Filmdə Tom Kruz, Rebekka Ferguson, Simon Peq, Ceremi Renner və başqaları çəkilib. Çətin tapşırığı yerinə yetirmək istəyən agent Hant çətin düşmənlə üzləşir. Vəziyyət mürəkkəb hal alır.
Vizyon tarixi: 2015, IMDB: 7,4
24. Limetless (Limit yoxdur)
Film macəra film sevənlər üçün ideal seçimdir. Eddi pərişan halda yaşayan Nyu-Yorklu yazardır. Bir gün beynindən bütövlüklə istifadə edə biləvəyi dərman tapır. Bundan sonra varlı, çəkici və ağıllı olur. Film maraqlı səhnələrlə zəngindir.
Vizyon tarixi: 2011, IMDB: 7,4
23. A dog's Journey
Filmdə bir köpək və yaşadığı fermada olan ailənin gözəl həyatı təsvir olunub.
Vizyon tarixi: 2019, IMDB: 7,4
22. Wonder Woman
Wonder Woman Amazoniyadan kənara çıxmamış, hər hansı kişiylə rastlaşmamış qadın döyüşçüdür. Yaşadığı yer cənnəti xatırladır. Bir gün qəzaya uğrayan təyyarənin pilotunu xilas etmək istəyir. Pilotu qurtararkən dünyanın böyük müharibəylə üzləşdiyini anlayır.
Vizyon tarixi: 2017, IMDB: 7,4
[advisit2]
21. Sharlock Holmes (Şerlok Holms)
Filmdə baş rolları Robert Dovni və Cyud Lou canlandırıblar. Detektiv Şerlok Holms və dostu doktor Vatson cinayətlərin açılması üçün səy göstərirlər. Bu zaman başlarına qəribə əhvalatlar gəlir. Filmdə həmçinin Raşel Adams, Mark Stronq və Kelli Reilli kimi aktyorlar rol alıb.
Vizyon tarixi: 2009, IMDB: 7,6
20. Rise of the planet of the apes (Meymunlar cəhənnəmi: başlanğıc)
1968-ci ildə çəkilən filmin yeni seiyasıdır. Filmdə genetika mühəndisi olan Vill Rodman atasını qorxulu xəstəlikdən qurtarmaq üçün dərman hazırlayır. Dərman beynin fəaliyyətini gücləndirir. Ancaq sınaq zamanı meymun həmin dərmandan ölür. Bu zaman isə yeni məqamlar ortaya çıxır. Filmi izləməyiniz məsləhətdir.
Vizyon tarixi: 2011, IMDB: 7,6
19. Harri Potter
Harri atasını və anasını qəzada itirib. Xalasının yanına sığınsa da, burada pis rəftar görür. 11 yaşında heyvanlarla danışdığını və bəzi bacarıqlarının olduğunu anlayır. Hoqvarts sehrbazlıq məktəbinə dəvət olunan Harrinin həyatı tamamən dəyişir. Seriyada ümumilikdə 8 film var.
Vizyon tarixi: 2001 - 2011, IMDB: 7,6
18. Kingsman: The Secret Service (Kingsman: gizli çatdırma)
Son illərin ən uğurlu macəra filmlərindən biridir. Filmdə gənc hərbidə atasını itirən Qari Praysın həyatından bəhs olunur. Filmin əvvəlində atasının xidmətlərindən dolayı bir medal təqdim edilir və ailəyə yardım istəmələri üçün telefon nömrəsi verilir. Aradan illər keçir. Bir gün Qari bir olaya görə polisə düşür. Qurtulmaq üçün medaldan istifadə edir.
IMDB: 7,7
17. The Last Samurai (Sonuncu samuray)
Keçmiş döyüşçü Vuduv Alqren “Winchester” silah şirkətində çalışır. Şirkət Samuraylara qarşı silah satmaq üçün kralla görüşə Alqreni göndərir. Silahlar satılır, ordu hazırlığa başlayır. Samuraylara qalib gəlinir. Alqren əsir düşür. Zaman keçdikcə onlara uyğunlaşır. Baş rollarda Tom Kruz, Ken Vatanabe, Timoti Spall və digər aktyorlar yer alıb.
Vizyon tarixi: 2003, IMDB: 7,7
16. The Count Of Monte Cristo (Monte Kristo kontu)
Dantes bacarıqlı dənizçidir. Onun bir məqsədi var: Mersedeslə evlənmək. Ancaq onun bilmədiyi şeylər də yox deyil. Dostu Fernand da Mersedesə aşiqdir. Dantes özünə naməlum səbəbdən zindana düşür. Fernand onu məğlub edib və Mersedeslə evlənməyə hazırlaşır. Dantes isə intiqam arzulayır. Filmin aktyor heyəti olduqca peşəkardır.
Vizyon tarixi: 2002, IMDB: 7,8
15. The Last Of The Mohıcans (Sonuncu Mogikan)
ABŞ koloniyaları arasındakı döyüşlərdə nəzarəti ələ almaq istəyən İngiltərə və Fransa arasında müharibə gedir. Mühasirəyə düşən ingilisləri bir qırmızı dərili qurtarır. O, Çinqaçukun oğlu Havkeyedir. O, əsgərlərə yardım edir, təhülkəsiz əraziyə aparır. Filmdə Daniel Dey Luis, Rassel Mins, Madalayn Stov kimi aktyorlar yer alıb.
Vizyon tarixi: 1992, IMDB: 7,8
14. Cast Away (Yeni həyat)
Çak Noland saat kimi həyat yaşayır. İşdə uğurlu olsa da, hər şey nəzarətdən çıxır. Bir gün isə ucqar bir adaya düşür. Tək başına burada mübarizə aparan Çak etdiyi səhvlərin fərqinə varır. Filmdə baş rolu Tom Hanks ifa edib.
Vizyon tarixi: 2000, IMDB: 7,8
13. Spider-Man: Far from home
Film son dövrün ən maraqlı ekran işlərindən sayılır. Məhəllənin sevimli qəhrəmanı Piter mübarizədən sonra evinə qayıdıb. Dostlarıyla Avropaya səyahətə çıxan Piter buranı təhlükəyə atan hücumlar reallaşdıran varlıqların sirrini çözmək üçün Nik Furiyə kömək edir.
Vizyon tarixi: 2019, IMDB: 7,9
12. Deadpool
Filmdə keçmiş xüsusi təyinatlı Veyd Vilsonun həyatının dəyişməsi öz əksini tapıb. Xərçəng olduğunu öyrənən Veyd sevdiyi qadını bunu izləməkdən qurtarmaq üçün bir elmi layihəyə göndərir. Lakin layihə özünü doğrultmur. Filmin böyük təsir gücü vardır.
Vizyon tarixi: 2016, IMDB: 8,0
[advisit]
11. The Revenant
Leonardo di Kaprionun baş rolda oynadığı film macəralarla zəngindir. Filmdə heyvanları dəriləri üçün tələ qurub öldürən Haş Qlass ayı hücumu zamanı yaralanır və dostlarına ölümə tərk edildiyini anladır.
Vizyon tarixi: 2015, IMDB: 8,0
10. Casino Royale
Baş rolda Daniel Kreyqin oynadığı Ceyms Bond filmi olduqca baxımlıdır. Agent 007-in ilk vəzifəsi terrorçuları maliyyələşdirən Li Çiffridir. Buna görə onunla kazinoda poker oynayacaq.
Vizyon tarixi: 2006, IMDB: 8,0
9. Fast Five (Sürətli və hirsli: Rio soyğunu)
Məcara filmi deyildikdə ağla gələn ilk materiallardandır. Həbs edilən Dominik Mia və Brayan tərəfindən qaçırılır. Onları axtarırlar. Qrup isə Rioya gedib. Komanda yeni işə dəvət olunur. Qatardan 3 lüks avtomobil oğurlanmalıdır. Agentlər də işə qoşulduqda ara qarışır. Mütləq izləməlisiniz.
Vizyon tarixi: 2011, IMDB: 8,0
8. Pirates of Carribean (Karib dənizinin quldurları)
Filmdə Cek Sərçənin macəraları əks olunub. “Qara inci” adlı gəminin kapitanı olan Ceki kapitan Barbossa aldadır və gəmisini ələ keçirir. Mübarizə aparan Cek zindana atılır. Həmin vaxt ora hücum edən kapitan Barbossa bələdiyyə sədrinin qızını qaçırır. Kapitan Ceksə gəmisini geri almaq niyyətindədir. Macəra dolu səhnələr izləyicilərin ürəyincədir.
Vizyon tarixi: 2003 - 2017, IMDB: 8,0
7. Catch me if You can (Bacarırsansa, tut)
Bacarıqlı və ağıllı oğru olan Frank Abaqneyli FTB-nin ələ keçirmək istəyindən bəhs olunur. O, 18 yaşına çatdıqda ən çox axtarılananlar siyahısında yer alır. O, zəkası ilə 26 ölkədə milyonlarla dollar dəyərində saxtakarlıq edir. Bəzən pilot, bəzən həkim, bəzənsə vəkil roluna girir. Filmdə baş rolları Leonardo di Kaprio və Tom Hanks canlandırıb.
Vizyon tarixi: 2002, IMDB: 8,1
6. Mad Max: Fury Road
Macəra dolu film son iilərin ən məşhur çəkiliş nümunələrindəndir. Film sey edən uzun illər onun təsirində qalır.
Vizyon tarixi: 2015, IMDB: 8,1
5. Indiana Jones
Arxeoloq İndiana Cons məşhur əfsanə 10 Əmiri çözmək üçün araşdırma aparır. Bu zaman başqalarının da bu sirri açmağa çalışdığının şahidi olur. Onların arasında Hitler də var. Adamlarına bunun üçün əmr verib. İndiana Cons alman agentlərə rəqib olduğunu anlayır. İndiana Cons obrazını Harrison Ford canlandırıb.
Vizyon tarixi: 1981 – 2008, IMDB: 8,3
4. Inglourious Basterds
Filmin rejissoru Kuentin Tarantinodur. İkinci dünya müharibəsi zamanı alman işğalı altında olan Fransada nasist generalı gənc qızı öldürmək istəyir. Qız qurtularaq Parisə qaçır. Həmin vaxt Avropada yəhudi əsgərlər “Soysuzlar” adlı qrup yaradırlar. Onlar nasistlərlə mübarizəyə başlayırlar.
Vizyon tarixi: 1981 – 2009, IMDB: 8,3
3. Interstellar
Film Oscar mükafatı laureatıdır. Filmdə zamanda səyahətdən bəhs olunur. Bir qrup ixtiraçı macəra ilə qarşılaşırlar. Apardıqları mübarizə, həyatda qalmaq eşqi filmdə gözəl təsvir olunub. Bütün dövrlərin ən yaxşı filmlərindəndir.
Vizyon tarixi: 2014, IMDB: 8,6
2. Avengers: Endgame
Filmdə Avengersin ən böyük rəqibi olan Thanos tərəfindən dünyanın yarsının məhvi təsvir olunur. Bütün Marvel qəhrəmanlarını bir arada görmək olar. Filmi daha yaxşı anlamaq olan bu seriyadakı digər filmləri də izləməlisiniz.
Vizyon tarixi: 2019, IMDB: 8,6
1. The Lord of the Rings: The Fellowship of the Ring
Filmdə orta əsrlərdə yaşananmacəra dolu hekayə təsvir olunur. Məqsəd pisliyin güc aldığı üzüyü aradan qaldırmaqdır. Bu yolda Leqolas, Gimli, Araqorn, Borimir, Merrin və başqaları mübarizə aparırlar.
Vizyon tarixi: 2001, IMDB: 8,8