Menstruasiya pozğunluğu üçün 12 şəfalı bitki
Menstruasiya pozğunluğu olan qadınlar menstruasiyalarını tənzimləmək üçün nə etməlidirlər? Menstruasiya pozğunluğundan əziyyət çəkən qadınlar üçün faydalıı olan bitkiləri təqdim edirik.
1. Çobanyastığı çayı
Bir çimdik qurudulmuş çobanyastığını bir stəkan suya atın və təxminən 1 dəqiqə qaynadın. Dəmlədikdən sonra süzüb için. Menstruasiya pozğunluğu qadının psixologiyası və əsəbiliyi ilə sıx bağlı olduğu üçün sakitləşdirici xüsusiyyəti ilə tanınan çobanyastığı çayı bu baxımdan faydalıdır.
2. Şüyüd çayı
Bağırsaqlarında şişlik olanlar və mədəsində qaz olanlar şüyüd çayı içə bilərlər. Bir stəkan suya bir çay qaşığı şüyüd qurusu əlavə edib qaynadın. Dəmlənməsini gözləyin, sonra isə süzüb için.
3. Soğan
Quru soğanı sarımsaq əzən alətlə əzməklə suyunu çıxara bilərsiniz. Soğan qəhvəyi qabıqlı olmalıdır. Soğanı yuyun və kökü və qabığı ilə birlikdə sirkəli suda bir müddət saxlayın ki, dezinfeksiya olunsun. Soğanı dörd hissəyə bölüb qaynayan suya atın. İlıq halda için.
4. Mişar dişli aslan pəncəsi
4-5 qram aslan pəncəsini bir stəkan suda 5 dəqiqə qaynadıb gündə iki dəfə ilıq halda için. Hormonları tarazlaşdırmağa kömək edəcək.
5. Qara zirə
Gün ərzində cəmi 15 qram qara zirə toxumu yaxşıca əzilməli və az su ilə yeyilməlidir. Lakin üyüdülmüş qara zirə yemək zərərlidir, qara zirəni yeməzdən dərhal əvvəl üyütmək lazımdır.
6. Çobançantası otu
Bir xörək qaşığı ot bir stəkan suda qaynadılır və 15 dəqiqə dəmlənir. Sonra gündə 3-4 dəfə süzülərək içilir.
7. Zəncəfil
Menstrual siklləri tənzimləmək və menstrual ağrıları azaltmaqda son dərəcə təsirli olan zəncəfil, menstrual qanaxmanı təşviq edir. Gecikmiş qanaxma və ya qeyri-kafi menstrual dövrləri balanslaşdırır.
8. Darçın
Darçın menstruasiya dövrlərini tənzimləmək və menstruasiya sancılarını azaltmaq üçün olduqca faydalıdır. Ənənəvi Çin təbabətinə görə bədənə istilik vermə təsirinin olduğu düşünülür. Tərkibində həmçinin insulin səviyyəsini tənzimləməyə kömək edən və menstruasiya nizamlılığına təsir etdiyi güman edilən hidroksikalkon var. Yarım çay qaşığı darçın tozunu südlə qarışdırıb bir həftə ərzində için.
9. Küncüt
Küncüt toxumları menstrual dövrləri tənzimləmək üçün hormonlarını tarazlaşdırmağa kömək edir. Həmçinin, hormon istehsalını stimullaşdıran ən yaxşı əsas yağ turşularını ehtiva edir.
10. Sarıkök
Dörddə bir çay qaşığı sarıkökü bir stəkan süd və 1 çay qaşığı bal ilə qarışdırıb için. Bir neçə həftə və ya yaxşılaşma olana qədər hər gün içə bilərsiniz. Düzgün istifadə üçün həkiminizlə məsləhətləşməyinizi tövsiyə edirik.
11. Yerkökü suyu
Yaxşı bir dəmir mənbəyi olan yerkökü, nizamsız menstrual dövrlər üçün ideal vasitədir. Çiy yerkökü həm də hormonların düzgün işləməsini təmin edir. Üç ay mütəmadi olaraq bir stəkan kök suyu içsəniz, faydasını görəcəksiniz.
12. Kalendula çiçəyi
Moriqold kimi tanınan kalendula qan dövranını tarazlaşdırır. Bu çiçəyin analjezik xüsusiyyətləri menstruasiya əvvəli ağrıları aradan qaldırır. 200 ml qaynadılmış suya 2 qram qurudulmuş kalendula çiçəyi əlavə edin. Gündə iki dəfə için.