Oyuncaq alarkən bu 10 məqama diqqət edin
Oyuncaqlar və oyunlar həyatın kiçik modelləridir. Düzgün seçilmiş oyuncaqlar ilə oynayan uşaqlar; mənsubiyyət, güc, azadlıq və əyləncə üçün psixoloji və pedaqoji ehtiyacları qarşılanır. Bundan əlavə, yaradıcılıq və sosial bacarıqların inkişafı, gərginlik və narahatlığın azalması, orqanların aktivləşməsi təmin edilir. Təkcə bu səbəblər bizə uşaq oyuncaqları seçiminin nə qədər vacib olduğunu göstərir.
Oyun, uşaqların əylənərkən öyrənməsini təmin edən, zehni aktivliyi artıran fəaliyyətdir. Övladlarınıza oyuncaq seçərkən bəzi şeylərə diqqət yetirməlisiniz.
Oyuncaq alarkən övladınızın inkişafına uyğun olan və ona fayda verən oyuncaqlara üstünlük verməlisiniz. Kiçik, plastik düymələri olan, detalları asanlıqla qoparıla bilən oyuncaqlar təhlükəlidir, azyaşlı uşaqlar onları uda bilərlər.
1. Seçdiyimiz oyuncaq uşağın zehni, fiziki və psixoloji inkişafı üçün tamamlayıcı və təsir edici xüsusiyyətlərə malik olmalıdır. Buna görə də oyuncaq seçərkən oyuncağın yaşına, marağına, bacarığına və uyğunluğuna diqqət yetirməliyik.
2. Oyuncaq alarkən istehsalçı firmaya və onun keyfiyyətinə diqqət edin.
3. Övladınızın asanlıqla saxlaya biləcəyi oyuncaqları seçin.
4. Aldığınız oyuncağın asan təmizlənə bildiyinə diqqət edin.
5. Seçdiyiniz oyuncaqlar zəhərsiz boya məmulatları ilə rənglənməlidir.
6. Övladınızın boğazından keçə bilməyəcək qədər böyüklükdə oyuncaqlar alın.
7. Oyuncaq seçimində nəzərə alınmalı olan ən əhəmiyyətli nöqtə təhlükəsizlikdir. Təhlükəsiz bir məhsul seçdiyimizdən əmin olmalıyıq.Uzun ipli, şunurlu və lentli oyuncaqlar kiçik uşaqlar üçün təhlükə daşıyır.
8. Oyuncaqları əlinizə alıb yaxşıca gözdən keçirin. Oyuncağın içində metal hissələr, iynələr, xarici maddələr olmadığına əmin olun.
9. Azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş rəngli karandaşlar alın. Seçdiyimiz oyuncaqlar çox yönlü olmalı və uşağın yaradıcılığını və təxəyyülünü məhdudlaşdırmamalıdır.
10. Oyuncaq mağazalarından kənar yerlərdən oyuncaq almayın.