Telefonun batareyasının müddətini artırmağın 10 üsulu
Telefonların ən çox şikayət etdiyimiz tərəfi batareyanın kifayət qədər az olmasıdır. Bəzi vasitələrlə bunu artırmaq mümkündür.
İnkişaf edən texnologiya ilə smartfonlar insanların həyatında mühüm yer tutmağa başlayıb. İstifadəçilərin bir çox ehtiyaclarını qarşılayan smartfonlarda problem yaranıb. Əksər istifadəçilərin şikayət etdiyi qısa batareya ömrü əslində bir neçə kiçik tədbirlə kompensasiya edilə bilər.
Telefonunuzun enerjisi 1 gündən az müddətdə qurtarırsa, bir çox telefon istifadəçisi ilə ortaq problemə maliksiniz. Bundan qurtulmaq olar.
1. Telefonunuz enerji yığarkən ondan istifadə etməyin
Telefonunuz eneri yığdıqda istifadə edirsinizsə bu, doğru deyil. Çünki telefon həm enerji yığır, həm də itirir. Bu da batareyanın enerji yığmasını əngəlləyir. Bunu etməyin. Telefonunuzu bir gecədə şarjda qoymayın. Uzun müddətli doldurulması gələcəkdə batareyanın pisləşməsinə və batareyanın ömrünün qısalmasına səbəb olacaq.
2. Axıra qədər istifadə edin
Telefonunuzu enerji ilə təmin etməzdən qabaq enerjinin tamamən bitməsini gözləyin. Beləcə, tamamən boş batareyanı enerjiyə qoşmuş olacaqsınız. Həmçinin, telefonunuz tam dolmadan enerjidən çıxarmayın.
3. Enerji stansiyalarından uzaq durun
Kafelərdə və ya fərqli yerlərdə olan sürətli enerki stansiyalarından uzaq durun. Sürətli enerji yığmaq batareyanın tam dolması demək deyil. Telefon dolu olduğunu göstərsə də, əslində, belə deyil. Original vasitələrə üstünlük verin.
4. Ekran parlaqlığını azaldın
Bu mövzuda işi telefonun özünə buraxın. Əgər parlaqlığın çox olmasını sevirsinizsə, bu, daha çox enerji itkisi deməkdir. Ekran parlaqlığı ən çox enerji alan elementlərdən biridir. Ekran parlaqlığının azaldılması bunu bir qədər həll edir.
5. "Ram"ı (müvəqqəti yaddaş) yormayın
Altda istifadə etmədiyiniz tətbiqləri bağlayın. Onlar ekstra güc sərf edirlər. Bu da enerki itkisinə səbəb olur.
6. Hərəkətli ekran kağızı istifadə etməyin
Hər nə qədər telefonunuzda gözəl ortam yaratsa da, böyük enerji itkisinə yol açır.
7. Yenilənmələri davamlı olaraq edin
Yeniləmələri edərək telefonun bəzi problemlərindən qurtulmaq olar. Onlardan biri də enerji problemidir.
8. GPS-i bağlı saxlayın
GPS-i yalnız ehtiyac olduqda istifadə edin və telefonun konumu müəyyənləşdirməsinə icazə verin.
9. Telefonunuzun çox qızmamasına diqqət edin
Telefonu sərin yerdə saxlayın. Əks təqdirdə, tezliklə yeni batareyaya ehtiyacınız olacaq.
10. Şəbəkəsiz bağlantıları kəsin
Telefonda ən çox enerji sərf edən vasitələrdən biri də şəbəkəsiz bağlantılardır. WiFi, Bluetooth, GPS və 3G tamamən enerji tükədicisidirlər. Bunları xaric etdikdə telefonunuz daha çox enerji saxlayacaq.
Həm məlumat blokunu, həm də WiFi-ni açıq saxlamaq enerjini sürətlə tükədir. Sinxronizasiyanı bağlayın. O da enerjini azaldır. Buna görə, WiFi-ı daramaq ən ağlabatan variantdır.
Mənbə: https://www.neoldu.com/telefonunuzun-pil-omrunu-uzatmanin-yollari-2034h.htm
Sizə daha maraqlı gələcək:
- Suya düşmüş telefonu necə qurutmaq lazımdı?
- İnstagramda gizli profilləri neçə görmək olar?
- İnterneti sürətləndirmək üçün 6 üsul