Tərləməyə qarşı 10 təbii vasitə

Bütün insanlar müəyyən qədər tərləyir. Ancaq bəzilərində tərləmə dərəcəsi bir qədər yüksəkdir. Ona görə də adı çəkilən qrup tərləmə probleminə bir az ciddi yanaşmalıdır. Ən çox tərləyən bölgə qoltuqaltıdır. Apokrin tər vəziləri daha çox qoltuqaltında ifraz olunduğu üçün bakteriya əmələ gəlir. Eyni şey genital bölgəyə də aiddir. Stress, hormonal problemlər, qidalanma vəziyyəti, şişkinlik kimi hallar tərləməni daha da artırır. Tərləməni aradan qaldıran təbii üsulları təqdim edirik.

1. Alma sirkəsi

Tərləməyə qarşı alma sirkəsi

Alma sirkəsi dərinin pH səviyyəsini tarazlıqda saxlayır və qoltuqaltında bakteriya əmələ gəlməsininnqarşısını alır. 1 stəkan suya az miqdarda alma sirkəsi əlavə edin, yatmazdan əvvəl pambıqla qoltuqaltılarınıza çəkin. Alma sirkəli su sizi uzun müddət tərləmədən qoruyacaq.

2. Limon

Tərləməyə qarşı limon

Limon suyu tər və qoxunu aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biridir. Qoltuğunuza bir dilim limon qoyun və qurumasını gözləyin. Bütün gün ərzində tər və qoxunu sizdən uzaqlaşdıracaq.

3. Pomidor

Tərləməyə qarşı pomidor

Pomidoru əzərək xəmir halına salın və qoltuqaltınıza çəkin. 10 dəqiqə gözləyin, sonra ilıq su ilə yuyun. Bunu bir həftə fasiləsiz etsəniz, dərinizin normala dönməsini görərsiniz.

4. Kartof

Tərləməyə qarşı kartof

Bədənin pH səviyyəsini tarazlayaraq tər vəziləri tərəfindən istehsal olunan tər miqdarına nəzarət edir. Təmiz halda olan kartof dilimlərini tərləyən nahiyələrinizə sürtün.

5. Kokos

Tərləməyə qarşı kokos

Bədəninizin ən çox tərləyən bölgəsinə kokos çəkin. Yaxşı udulması üçün masaj edin. Kokos yağı və qabartma tozunu qarışdıraraq gözəl bir vasitə əldə edə bilərsiniz.

6. Qara çay

Tərləməyə qarşı qara çay

Çay paketini islıq suda bir neçə dəqiqə saxlayın. Əl və ayaqlarınız üçün istifadə edəcəksinizsə, qara çayı islatmaq üçün istifadə etdiyiniz sudan istifadə edə bilərsiniz. Yaxşı isladılmış qara çay paketlərini qoltuqaltınıza yerləşdirin.

7. Su

Tərləməyə qarşı su

Davamlı olaraq su içdiyiniz zaman bədəninizdəki toksinlər tər əvəzinə sidiklə atılacaq. Bu, daha az tərləyəcəyiniz deməkdir. Su içmək həm də stres yaradan faktorları azaldır.

8. Qabartma tozu

Tərləməyə qarşı qabartma tozu

Bədəndəki artıq nəmi udan və aşırı tərləməni aradan qaldıran qabartma tozu son dərəcə təsirlidir. Əvvəlcə yarım stəkan suyu 1 çay qaşığı qabartma tozu ilə qarışdırın. Daha sonra tərləmə problemi olan yerlərə bu qarışığı sürtün. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bunu həftədə iki dəfə etmək tərləmənin qarşısını alacaq.

9. Yemişan çayı

Tərləməyə qarşı yemişan

Tərləmənin qarşısını alan bitki çayları arasında yer alan yemişan çayı gündə bir dəfə içilməlidir. Bu çay ifrat tərləmə üçün faydalıdır və eyni zamanda təzyiqi tənzimləyir. Stressi azaldan yemişan çayı tənəffüs sistemini də rahatlaşdırır.

10. Qarabaş otu

Tərləməyə qarşı qarabaş otu

Tərləmənin qarşısını alan bitkilər deyincə ağla gələn qarabaş otu bir stəkan suda 5 dəqiqə qaynadılır. Sonra dəmlənməyə qoyulur və içilir. Xərçəngə qarşı qoruyucu təsiri ilə tanınan qarabaş otu tərləməni tənzimləyir.

Niyə tərləyirik?

Tərləmə iki şəkildə baş verir. Birinci növ tərləmə, psixoloji amillər, stress və utanma kimi emosional dəyişikliklərlə özünü göstərir. İkinci növ tərləmə isə bəzi xəstəliklər, menopoz, yüksək qan təzyiqi, dərmanlar, kofein və ya spirtdən qaynaqlanır.

Hansı yaşda tərləmə artır?

Tərləmə 18-25 yaş arasında artan və bir çox insanda görülən bir problemdir. Yaş artdıqca azala və ya arta bilər.

Botoks ilə tərləmə problemi həll edilə bilərmi?

Botok üsulu ilə 6 ay ərzində aşırı tərləmədən 80% xilas olmaq mümkündür. Botoks üsulunda ilk növbədə lokal anestezik krem ​​çəkilir. 15 dəqiqədən sonra botolium toksini olan botoks vurulur. Bu tətbiq tərləməyə səbəb olan simpatik sinir uclarını müvəqqəti olaraq bloklayır.

Aşırı tərləmə necə müalicə olunur?

Aşırı tərləməni tamamilə aradan qaldırmaq üçün secret üsulu istifadə edilə bilər. Secret üsulu zamanı cihazın başlğındakı 25 qızıl iynə ilə RF istiliyindən istifadə edilərək dərinin altında 3,5 mm dərinlikdə, yəni dermis qatında yerləşən tər vəziləri neytrallaşdırılır. Bu şəkildə tərləmə böyük ölçüdə aradan qaldırılır. Secret müalicəsi ilə 1-2 il ərzində həddindən artıq tərləmədən xilas olur.

[xeberdarliq]

Yazar: İlk yazar