23.08.20 14:35
Tibbi maskalardan necə istifadə olunmalıdır?
Türkiyənin Səhiyyə Nazirliyi koronavirus epidemiyası ilə mübarizədə virusa yoluxmanın qarşısını almaq məqsədilə taxılan maskadan düzgün istifadə qaydaları ilə bağlı video hazırlayıb.
Koronavirus pandemiyası sürətlə yayılmaqda davam edir. Yoluxanların və ölənlərin sayı durmadan artır. Virusa yoluxmamaq üçün maskalardan geniş istifadə olunur. Türkiyə Səhiyyə Nazirliyinin Twitter hesabında tibbi maskaların necə istifadə olunması izah edilən video paylaşılıb.
Videoda bu məsələlər öz əksini tapıb.
- Tibbi maskanın burun, ağız və çənəni içərisinə alan ön hissəsinə toxununlmamalıdır. Əgər toxunuldusa, əllər 20 saniyə su və sabunla yuyulmalı, spirtlənməlidir.
- Tibbi maska çirkləndiyi, nəmləndiyi və ya zədələndiyi halda yenisiylə əvəzlənməlidir.
- Tibbi maskadan ortaq istifadə etmək olmaz.
- İstifadə edilmiş tibbi maska təkrarən istifadə edilməməlidir.
Maska necə taxılır?
Videoda maskanın necə taxılması ilə bağlı aşağıdakı tövsiyələr yer alıb:
- Maskanı taxmazdan əvvəl əllər 20 saniyə su və sabunla yuyulmalıdır.
- Su və sabun yoxdursa, spirtlə dezinfeksiya edilməlidir.
- Maskanın qatlaq hissəsi çöldə qalmalı, metal olan hissəsi burnun üstünü örtməlidir.
- Maskanın rezinləri qulaqlara keçirilir.
- İpli maskanın üstünün ipləri başın arxa hissəsində, alt ipləri isə boyunda bağlanır.
- Maskanın üst qismindəki metal örtük burnun üzərinə yerləşdirilir.
- Maska elə taxılmalıdır ki, burun, ağız və çənəi qapatsın, hava keçirməsin.
Maska necə çıxarılır?
Videoda maskanın necə çıxarılması ilə bağlı aşağıdakı tövsiyələr yer alıb:
- Maska əsas çirklənən yeri olan ön qismə toxunulmadan çıxarılmalıdır.
- Rezinli maska qulaq arxasındakı rezinlərdən tutaraq çıxarılır.
- İpli maskanın əvvəlcə boyundakı alt ipləri, sonra isə başın arxasındakı üst ipləri çıxarılır.
- Çıxarılan maska rezin və ya iplərindən tutularaq zibil qabına atılmalı, zibil qabı bağlı qalmalıdır.
- Maskanı çıxardıqdan sonra əllər 20 saniyə su və sabunla yuyulmalıdır.
Qeyd: Tibbi maskadan istifadə ilə yanaşı, əl gigiyenasına da diqqət yetirilməlidir.