Türkiyənin romantik komediya filmləri - IMDB balı yüksək olan 15 film

Türkiyənin ən yaxşı komediya filmlərini siyahıya almışıq. Gözəl ssenarisi və təsirli səhnələriylə fərqlənən 15 filmi buradan tanıya bilərsiniz.

Məşhur rejissor və aktyorların yaratdığı filmləri IMDB sıralamasına görə təqdim edirik:

1. Celal ilə Ceren (2013) – IMDB: 2,8

Celal ilə Ceren

30 yaşlarında olan Celal Karaköydə atası kimi elektrik ustasıdır. 30 yaş böhranında olan Ceren isə mebel mağazasında işləyir. Cütlüyün artıq 6 ildir ki, münasibətləri var. ətraflarındakı insanlar artıq onların evlənəcəyini düşünürlər. Ancaq Celal bir dostunun bekarlığa son qonaqlığına gedəcəyini deyəndə cütlük arasında mübahisə yaranır. Ceren getməsini istəməsə də, Celal min cür yalan ilə getməyin yolunu tapır və qonaqlığa gedir. Ceren bunu öyrənəndə ayrılmaq istəyir; məqsədi isə sevgilisinə biraz əziyyət etməkdir. Evlilik təzyiqi altında qalan Celal da birdən-birə Cereni tərk edir.

Treyler

2. Yaktın beni (2015) – IMDB: 4,4

Yaktın beni

Uğur Yücelin baş rolu ifa etdiyi filmi rejissorluğa yeni başlayan Can Yücel çəkib. Filmin mövzusu ailəsini itirdikdən sonra tək qalan Səlimin sevdiyi qız Leyla ilə evlənmək ərəfəsində başına gələnlərdir.

Treyler

3. Öldür beni sevgilim (2019) – IMDB: 4,5

Öldür beni sevgilim

Romantik komediya filminda baş rolları Murat Boz və Seda Bakan ifa edirlər. Uzun illər sevgili olan Okan və Demet nəhayət, evlənirlər. Ancaq evlilik həyatları yaxşı getmir. Onlar evlilik il dönümlərində bir-birini öldürməyə qərar verirlər.

Treyler

[advisit]

4. Kardeşim benim 2 (2017) – IMDB: 4,5

Kardeşim benim 2

İki məşhur qardaş Hakan (Burak Özçivit) və Ozan (Murat Boz) Ege bölgəsindəki dostları Tato (Ferdi Sancar) qarşısında son vəzifələrini yerinə yetirmək üçün. Tato öldü. Bu təsadüfdür, iki gün sonra Hakan'ın bir toyu var, ancaq cənazə üçün kəndə gəldilər. Hakan Rize'nin aparıcı çay ticarəti işçilərindən biri olan Muzaffer'in qızı Didem (Pınar Deniz) ilə evlənəcəkdir. Hakan məşhur müğənni olduğu üçün Muzaffer bu evliliyə reaksiya göstərir. Bir tərəfdən Didem'i sıxarkən, digər tərəfdən Hakanın boynundadır. Cənazə olsa da, bazar yenə də bizim üçün qarışıqdır. Egeydən Mərkəzi Anadoluya qədər sürprizlərlə dolu səyahətdən sonra Qara dənizdə özlərini tapırlar. Üstəlik, qardaşları və nişanlıları ilə qaçan bir Leyla (Leyla Feray), Tato'nun öldüyünü düşündükləri, sonsuz bir sevgi, böyüdüləcək bir toy ...

Treyler

5. Görümce (2016) – IMDB: 5,1

Görümce

Qısqanc qadın olan Yeliz qardaşı Əhmədi hər şeydən qoruyur. Bir gün isə qardaşı aşiq olur. Dəniz ilə xoşbəxt olduğunu düşünən Əhməd ona evlənmək təklifi edir. Lakin bacısı buna razı deyil. Baş rolları Güpse Özay, Buğra Gülsoy və Eda Ece ifa ediblər.

Treyler

6. Romantik komedi (2010) – IMDB: 5.3

Romantik komedi

Ən çox baxılan yerli filmlərdəndir. Rejissoru Ketcedir. Filmdə Sədəf Avçı, Cemal Hünal, Sinem Kobal və başqaları çəkilib. Filmin mövzusu 3 qız rəfiqələrdən birinin evlənməyə qərar verdikdən sonra hər şeyin dəyişməsi, 3 oğlan dostun onlara qoşulmasıdır.

Treyler

7. Hadi inşallah (2014) – IMDB: 5,5

Hadi inşallah

Filmdə baş rolları Büşra Pekin və Murat Boz oynayır. 4 il Ankarada sevgilisiylə xoşbəxt yaşayan, sonra isə ayrılıb İzmirə gedən Puccadan bəhs olunur. O, çölə çıxmır, beten günü yemək yeyir. İşə girən Pucca orada aşiq olur.

Treyler

8. Tatlım tatlım (2017) – IMDB: 5,7

Tatlım tatlım

Filmin rejissoru yılmaz Ərdoğandır. Filmdə 4 ayrı cütlüklə qadın-kişi münasibəti göstərilir. Maraqlı eşq hekayələri filmə əlavə rəng qatır.

Treyler

9. İkinci şans (2016) – IMDB: 5,7

İkinci şans

Riyaziyyat müəllimi olan çox gözəl qadın Yaseminin və ət restoranının sahibi olan xarizmatik Cemalın yolları kəsişir. Yasemin keçmişdə etdiyi səhvlərin yaralarını sarmağa çalışan, atdığı addımlara fikir verən anadır. Cemal isə sosial, qayğısız, keçmişindən qurtulmaq istəyən bir insandır. Bu iki əks personajın görüşü əvvəlcə mübahisəli olsa da, zaman keçdikcə kədərli bir sevgiyə çevriləcək. Keçmişlərini daha dərindən araşdırdıqca, hər ikisinin ikinci şansa ehtiyacı olduğu ortaya çıxır.

Treyler

[advisit2]

10. Patron mutlu son istiyor (2014) - IMDB: 6,1

Patron mutlu son istiyor

Baş rolları Tolqa Çevik və Ezgi Mola ifa ediblər. Filmin rejissoru isə Kıvanç Baruönüdür. Müdirinin istəyilə Kapadokyaya gələrək eşq filmi ssenarisi yazmaq istəyən Sinan qaldığı otelin sahibəsi Eylüllə tanış olur. Ancaq Eylülün toyuna günlər qalıb. Eylellə evlənmək istəyən şəxs isə Sinanın keçmiş dostu Farukdur. Onlar Eylülə görə mübarizə aparacaqlar.

Treyler

11. Sevimli təhlükəli (2015) – IMDB: 6,1

Sevimli tehlikeli

Körpə qızı qaçıran Zarok illərlə vicdan əzabı çəkir. O, illər sonra qızı öz ailəsinə vermək üçün səy göstərir. Həmin ərəfədə qızla Zarok arasında eşq yaşanır. Filmi Özcan Dəniz çəkib.

Treyler

12. Kocan kadar konuş (2015) – IMDB: 6,2

Kocan kadar konuş

Baş rollarda Ezgi Mola və Murat Yıldırım yer alıb. Filmdə 30 yaşlı subay, həqiqi sevgi axtaran Əfsundan bəhs edilir. O, liseydə aşiq olduğu Sinanla münasibət qurmağa çalışır. Filmdə peşəkar aktyor işi nəzərə çarpır.

Treyler

13. Biz size döneriz (2017) – IMDB: 6,2

Biz size döneriz

Universiteti bitirən 6 dost iş axtardıqda başlarına əhvalatlar gəlir. Baş rollarda Hande Soral, Çağlar Ərtoğrul, Bestemsu Özdəmir, Fırat Albayram, Tarık Ündüz və Murat Eken yer alıblar. Rejissor isə Doğa Can Anafartadır.

Treyler

14. Bana masal anlatma (2015) – IMDB: 7,5

Bana masal anlatma

Gözəl ssenarisi və replikalarıyla diqqətləri cəlb edir. Suriçinin yaxşı qəlbli və əsəbi uşağı Rıza avtobus sürücüsüdür. Həyatı maraqsız keçən Rıza Ayperi ilə tanış olduqdan sonra hər şey dəyişir. Film Türkiyədə çox məşhurdur.

Treyler

15. Ah nerede (1975) – IMDB: 7,6

Ah nerede

Türkiyənin ən yaxşı romantik komediya filmlərindəndir. Baş rolları Tarık Akan və Gülşən Bubikoğu ifa ediblər. İstanbula oxumağa gələn 3 gənc oxumaqdansa kirli işlərə qoşulurlar. Onlardan biri Zəhra adlı qıza aşiq olur. Hər şey qarışır, o, qızı qazana bilmək üçün hər şeyindən vaz keçir. Filmdə həmçinin Halit Akçatepe və Adilə Naşit də çəkilib.

Treyler

Filmlər haqqında olan digər məqalələrimiz:

Yazar: İlk yazar