Yaddaşınızın gücünü necə artıra bilərsiniz?

Yaxşı yaddaşa sahib olmaq sağlam yaşlanmağın ən vacib elementlərindən biridir. İngiltərənin “The Guardian” qəzetinin yazarı Emma Beddington bir neçə sadə, lakin təsirli üsulla yaddaşımızı necə gücləndirə biləcəyimizi açıqlayıb.

Yaddaşınızı test edin

Yaddaşınızı test edin

Yaddaşımızı vaxtaşırı sınaqdan keçirməyimiz çox vacibdir. Ginnes rekordçusu Nishant Kasibhatla kiçik məşqlər etməklə yaddaşımızı inkişaf etdirə biləcəyimizi qeyd edir. Məsələn, növbəti dəfə kofe almağa gedəndə növbə gözləyən insanlara, divardan asılmış posterin rənginə və ya menyudakı digər çeşidlərə baxın və sonra onları xatırlamağa çalışın.

Kifayət qədər yuxu aldığınızdan əmin olun

Araşdırmalar yaxşı yatmağın yaddaşımız üçün oynadığı həyati rolu ortaya qoyur. Yaddaşımızda nəyi saxlayıb, nəyi saxlamayacağımıza yuxu zamanı qərar veririk.

Məlumat kartları istifadə edin

Məlumat kartları yaxşı yaddaş üçün əla vasitədir. Həm kartları hazırlayarkən biliklərinizi möhkəmləndirə, həm də kartlardan istifadə edərək özünüzü müntəzəm olaraq sınaq edə bilərsiniz.

Oyun oynayın

Yaddaşı gücləndirmək

Uyğun kartları tapmaq üçün yaddaş oyunları XX əsrin əvvəllərində ortaya çıxıb. Araşdırmalar göstərir ki, beyni məşq etdirən oyunlar idrak funksiyaları üçün son dərəcə faydalıdır.

Tarixləri vizuallaşdırın

Yaddaş məşqçisi Katie Kermode ad günləri və digər xüsusi tarixləri yadda saxlamaq üçün ipucu verib. Hər ayı bir nəsnə ilə (məsələn, yanvarı Milad ağacı, fevralı ürəklə) və ya şəkillə əlaqələndirin. Bu, xüsusi günləri xatırlamağı asanlaşdırır.

Ağırlıq qaldırın

Kolumbiya Universitetində aparılan araşdırmaya görə, ağırlıq qaldırdıqca gücləndirilə bilən osteokalsin hormonu qocalıqda yaddaşın itirilməməsinə təsir göstərir.

Yaddaşınıza fərqli bucaqdan baxın

Yaddaş mövzulu kitabları ilə də tanınan Nishant Kasibhatla bunları bildirir: “Bir şeyi xatırlaya bilmədiyiniz zaman özünüzə deyin: “Yaxşı, eybi yoxdur. Növbəti dəfə xatırlayacağam.” Stress vəziyyəti daha da pisləşdirir. Əksinə, nəsə yadınıza düşəndə ​​“Mənim çox gözəl yaddaşım var” deyə özünüzü təbrik etməyi unutmayın”.

Bir şeir əzbərləyin

Yaddaşınızın gücünü artırmaq

Xatırlamaq xoş bir prosesə çevrilə bilər. Bəyəndiyiniz şeiri seçin və onu kiçik parçalar şəklində əzbərləyin. Bunu edərkən vizual və eşitmə yaddaşınızdan da faydalana bilərsiniz. Bu şeiri sizə kömək edəcək ardıcıllıqla yenidən yaza bilərsiniz. Məsələn, onu sətirlər arasında boşluq qoyaraq telefonunuzda qeyd edin. Paltar ütülədikdə və ya qab yuduqda gözdən keçirərək yaddaşınızda saxlaya bilərsiniz.

Görüntülər qəribədirsə...

Tutaq ki, 12 təsadüfi sözü (telefon, kolbasa, meymun, düymə, kitab, kələm, şüşə, siçan, mədə, karton, bərə, yeni il) sırayla əzbərləmək istəyirsiniz. Hər sözü növbəti ilə əlaqələndirin. Məsələn, düymənizi bir meymunun bağladığını xəyal edin. Əsas qayda canlı görüntülər seçməkdir. Görüntülər nə qədər qəribə olsa, bir o qədər yaxşı nəticələr əldə edəcəksiniz.

Öyrənməyi öyrənin

Londonda taksi fəaliyyəti üçün lisenziya almaq istəyən sürücü 25 000 küçəni əhatə edən bələdçini əzbərləməlidir. Bu lisenziyanı verən “Transport of London Knowledge”in rəhbəri Katie Chennells “Hər kəs bunu bacara bilər. Əsl problem öyrənməyi öyrənməkdir. Hər bir marşrutu təsəvvürünüzdə
vizuallaşdırana qədər bunu davamlı şəkildə təkrarlayacaqsınız” – deyə bildirib.

Səhv etsəniz...

Bu il dərc olunan bir prosesdə səhv etmək və öyrənmək arasındakı əlaqəni araşdırılıb. Səhv edib sonra düzgün cavabı öyrənən şagirdlərin ilk dəfədən düzgün cavab verənlərdən iki dəfə daha yaxşı öyrəndikləri müşahidə edilib.

[xeberdarliq]

Yazar: İlk yazar