Yaz allergiyanız var? 9 sualda özünüzü test edin

Son illərdə bütün dünyada tənəffüs yolları allergik xəstəliklərinin artdığını ifadə edən sinə xəstəlikləri mütəxəssisi dos. dr. Tülin Sevim, “Allergiya - immunitet sistemimizin xaricdən gələn yad maddələrə aşırı reaksiya verməsi durumudur. Xüsusilə yaz və payız aylarında yaranan və xalq arasında “yaz allergiyası” kimi tanınan bu allergik reaksiyalara ən çox ot, ağac (xüsusilə yarpaqlarını tökən ağaclar) və alaq səbəb olur. Yaz allergiyası müalicə olunmazsa, sinüzit, otit (orta qulaq iltihabı) və hətta astmaya səbəb ola bilər” deyə vurğulayıb. Bəs, yaz allergiyamızın olub-olmadığını necə anlaya bilərik? Mütəxəssis bununla bağlı ətraflı məlumat verib.

9 sualda özünüzü test edin

Tülin Sevim yaz allergiyasının önə çıxan əlamətlərini sıralayıb və xüsusilə yaz-payız aylarında bu əlamətlərdən biri və ya bir neçəsinin gündəlik həyata mənfi təsir edəcək dərəcədə olduğu halda mütəxəssisə müraciət edilməli olduğunu vurğulayıb. Həmin əlamətlər aşağıdakılardır:

1- Sizdə təkrarlanan asqırma halı olurmu?
2- Allergenlərlə qarşılaşdığınız zaman burun tıxanması / burun axması başlayırmı?
3- Gözlərinizdə, burnunuzda, ağzınızda və qulaqlarınızda qaşınma olurmu?
4- Gözləriniz şişir, qızarır, sulanır və gözünüzün altında şişkinlik olurmu?
5- Öskürək, xırıltılı tənəffüs və nəfəs darlığı şikayətiniz varmı?
6- Dərinizdə qaşınma və səpgi varmı?
7- Qoxu və dad alma hissinizdə azalma hiss edirsinizmi?
8- Burun tıxanıqlığı səbəbindən xoruldama və yuxu pozğunluğundan əziyyət çəkirsinizmi?
9- Gün ərzində konsentrasiyanın pozulması, zəiflik və yorğunluqdan şikayət edirsinizmi?

Yaz allergiyasına qarşı görüləcək tədbirlər

Yaz allergiyası

Tülin Sevim polenlərdən (tozcuq) qaçmağın asan olmadığını, ancaq bəzi tədbirlərlə polen mövsümünün daha rahat keçə biləcəyini qeyd edib. O, yaz allergiyasına qarşı görülə biləcək tədbirləri belə izah edib:

Evə gələndə paltarınızı dəyişin

Evə gələndə paltarınızı dəyişdirin, çünki çöldəki polen saçlarınıza, bədəninizə, paltarlarınıza və ayaqqabılarınıza yapışa bilər. Eynəyinizi su ilə yuyun. Duş qəbul edin, saçınızı və üzünüzü bol su ilə yuyun.

Allergiyanızın olub-olmadığını öyrənin

Ağac tozcuqları atmosferdə qışın sonu və yazın əvvəlində, ot və taxıl tozcuqları daha çox yazda və yayın əvvəlində, alaq otlarının tozcuqları isə yazın sonu və payızda daha çox cəmləşir. Mütəxəssis sadə bir dəri testi və ya bəzi qan testləri ilə allergiyaya səbəb olan polen haqqında öyrənərək özünüzü qoruya biləcəyinizi bildirib.

Qapı və pəncərələribağlı saxlayın

Yaz allergiyası nədir

Tozcuqlar xüsusilə səhər və günorta saatlarında sıx olur və axşam saatlarında azalır. Tozcuqların sıxlığı isti, günəşli və küləkli havalarda artsa da, yağışdan sonra ilk bir neçə saat ərzində əsasən yox olur. Polen sıxlığının artdığı saatlarda qapı-pəncərələrinizi bağlı saxlamağa, avtomobil sürərkən pəncərələrin bağlı olmasına, evdə, işdə və avtomobilinizdəki kondisionerlərdə polen filtrlərindən istifadə etməyə diqqət yetirin. İctimai nəqliyyatda açıq pəncərələrdən və ya qapılardan uzaq durmağa çalışın.

Dərmanlarınızı mütəmadi olaraq qəbul edin

Həkiminiz həb və burun spreyi kimi dərmanlar təyin edibsə, şikayətləriniz azaldıqda həkiminizlə məsləhətləşmədən bu dərmanların istifadəsini dayandırmayın. Effektiv müalicə üçün həkiminizin tövsiyə etdiyi müddətdə dərmanlarınızı mütəmadi olaraq istifadə edin.

Yazar: İlk yazar