Yer kürəsinə yaxın qara dəliyin izləri aşkar edilib

Qəbul edilmiş nəzəriyyəyə əsasən hətta ulduzları belə udan qara dəliklər bir qayda olaraq Günəş sistemindən çox uzaqlarda yerləşirlər. Lakin qəbul olunmuş bu nəzəriyyə yaxın zamanda dəyişə bilər.

Qara dəlik kosmosdakı ən bilinməyən yerlərdən biridir. Qara dəlik, astrofizikada, cazibə sahəsi o qədər güclü olan və heç bir maddi əmələ gəlmənin və radiasiyanın oradan qaçmasına imkan verməyən kütləvi bir kosmik cisimdir. Qara dəliyin müəyyən bir miqdarda maddənin kosmosdakı bir nöqtədə toplanması nəticəsində əmələ gələn bir cisim olduğunu da söyləmək olar.

İndiyə qədər Yer kürəsinə ən yaxın qara dəlik olan sözügedən qara dəlik, ətrafdakı iki ulduz sayəsində aşkar edilə bilər. Qara dəlik ətrafdakı iki ulduz sayəsində aşkar edilə bilər. Yerdən cəmi 1000 işıq ili uzaqda olan HR 6819 adlı qara dəlik sistemindəki iki ulduz hətta Yerdən çılpaq gözlə də görülə bilər.

Belə ki, ABŞ-dan və İngiltərədən olan fiziklərin fikirlərincə bir neçə müddət bundan öncə astronomlar tərəfindən kəşf edilmiş X planeti əslində digər bir kosmik obyekt ola bilər. Söhbət, qara dəlikdən gedir. Kəşf edilmiş X planetinin ölçüsü böyük olmasa da onun bizim qalaktikamıza təsiri artıq hiss olunandır.

Yer kürəsinə yaxın qara dəlik

WebTekno'nun hesabatına görə, HR 6819 kəşfində iştirak edən Çexiya Elmlər Akademiyasından Petr Hadrava qara dəlik sistemindəki ulduzların Yerdən gözlə görünə biləcəyini söylədi.

Bu cür nəzəriyyə bir sıra müşahidələrə əsaslanır. Son bir neçə il ərzində alimlər Günəş ətrafında dövr edən transneptun obyektlərin orbitlərində qəribə anomaliyalar müşahidə ediblər. Həmin obyektlər ilə Günəş arasındakı məsafə Neptun ilə Günəş arasındakı məsafədən daha çoxdur. Hələ bir neçə müddət bundan öncə müşahidə edilmiş anomaliyalar böyük ölçülü planetin qravitasiya gücü ilə əlaqələndirilirdilər. OGLE proqramı çərçivsəində alimlər 6 dəfə qravitasiya linzası hadisəsini müşahidə ediblər. Bu hadisə zamanı kosmik obyektin qravitasiya gücü sayəsində işıq təhrif (əyilmə) olunur. Bu cür effektin alınmasının səbəbi həm böyük ölçüyə sahib planetlər həm də ilkin qara dəliklər ola bilər.

qara dəlik haqqında

Yüksək sıxlıqlı materiyadan yaranan ilkin qara dəlikləri alimlər kainatın genişlənməsi ilə əlaqələndirirlər. Günəş sistemi məhz bu cür qara dəliyi öz tabeliyinə götürə bilər. Astronomların fikirlərinə əsasən onun mövcudluğu isə sirli X planetinin müşahidəsinin mümkünsüzlüyünü izah edə bilər. Belə ki, boulinq şarından böyük olmayan qara dəliyin müşahidə olunmasında standart üsullar çalışmır. Bu nəzəriyyənin yoxlanılması üçün tədqiqatçılar sözügedən obyektin şüalanmasını qeydiyyata almağı planlaşdırırlar. Belə ki, həmin obyekt qara materiyanı udan zaman şüalanma buraxmalıdır.

Yazar: İlk yazar