18.09.19 19:05
10 il yataqda olan bir qadın 197 kq arıqladı, üstəlik sevgili də tapdı!
Vaşinqtonda yaşayan 55 yaşlı Janine Müeller körpəlikdən bəri köklükdən əziyyət çəkib.
Uşaqlar evində böyüyən qadın onu himayəyə götürən ailəyə veriləndə müəllimlər onun pəhrizdə olduğunu söyləmişdilər. Yeni valideynləri qızı dietoloqa aparsalar da, onun qəbul etdiyi dərmanlar və iştahı çəkisinin gün-gündən artmasına səbəb olmuşdu.
195 kiloqram arıqlayan qadın tənhalar klubuna üzv olaraq orada özünə sevgili tapır. Daqo adlı kişi ilə xoşbəxt olduğunu deyən Müller daha bir neçə kiloqram arıqlamaq niyyətindədir.