2019-cu ilin ən dəyərli 10 şirkəti
"Apple" səhmlərinin dəyərinə görə yenidən dünyanın ən qiymətli şirkəti oldu.
ABŞ-ın texnoloji şirkətləri 2019-cu ildə dünyanın ən bahalı brendləri reytinqində liderliyi davam etdirirlər. Bu barədə "Brand Finance" konsaltinq şirkətinin illik tədqiqatında deyilir.
Bazar dəyəri 1,065 trilyon dollara çatan "Apple" "Interbrand"-ın illik hesabatında dünyanın ən dəyərli markası elan edilib. Apple Inc və ya əvvəllər qərargahı Cupertino olan Apple Computer Inc; İstehlakçı elektronikası, kompüter proqramları və fərdi kompüterlər hazırlayan, inkişaf etdirən və satan Amerika çoxmillətli şirkəti. Ən məşhur hardware məhsulları Mac seriyalı kompüterlər, iPod musiqi pleyeri, iPhone smartfonu, iPad planşet kompüteri və Apple Watch adlı ağıllı saatlardır.1,063 trilyon dollar bazar dəyəri olan "Microsoft"-u geridə qoyan şirkət ABŞ vaxtıyla saat 11:20-dən etibarən 1,065 trilyon dollar dəyərə çatıb.
"Microsoft" aprelin 25-dən bu yana bazar qiyməti ən yüksək olan şirkət idi.
Ötən həftələrdə "Wall Street" analitikləri "Apple"-nin hissə dəyərlərinin "iPhone" satışlarıyla əlaqədar daha da yüksələcəyini bildirmişdi. "Microsoft"-un bəzi səhmləri satıldıqdan sonra şirkət 2,2 faiz eniş yaşadı. "Apple"-da isə bu eniş yalnız 0,4 faiz təşkil etdi.
Bu yeniliklə ən qiymətli şirkətlərin sıralaması da dəyişdi.
"Interbrand" şirkəti yeni sıralamada "Microsoft"-u 4-cü sırada təqdim edib.
2019-cu ilin ən dəyərli 10 şirkəti:
- Apple
- Amazon
- Microsoft
- Coca-Cola
- Samsung
- Toyota
- Mercedes
- McDonalds
- Disney
Bu siyahı hazırlanarkən marka gücü, marka tərəfindən şirkətə qazandırılan dəyər və markanın planları əsas götürülür.