2030-cu ildə həyatımıza daxil olacaq 10 qeyri-adi texnologiya
Dəyişən və inkişaf edən texnologiya zaman keçdikcə qəribə hal alır. Bu məqaləmizdə alimlərin üzərində çalışdıqları, 2030-cu ildə həyata keçməsi gözlənilən 10 texnologiyanı bir araya gətirmişik.
Yeniləşən texnologiya insanlığın sonuna qədər təəccübləndirməyə davam edəcək. Gələcək illərdə fantastik vəziyyətə gəlib çata bilər. Cari dəyişikliyin sürətinə baxdıqda qarşıdakı 20 ildə bizi nələrin gözlədiyini demək çətin deyil.
2030-cu illərdə rast gəlinəcək 10 texnologiya
10. Süni intellektli şəxsi köməkçilər
Microsoft-un ofis köməkçisi Clippy və iPhone-nin ağıllı köməkçisi Siri gələcək şəxsi köməkçilərin real nümunələridir. Bu süni intellektə sahib köməkçilər sizin təbii səsinizi anlayıb, sizə daha geniş xidmətlər təqdim edəcək. Davranışlarımız, nələrə üstünlük verməyimiz və s. haqqında hər şeyi biləcəklər. Onlar bizim üçün e-poçt yazacaq və qəbullar təşkil edəcəklər. Ehtiyaclarımızı təmin edərək həyatımızı asanlaşdıracaqlar.
9. Görünməyən kompüterlər
Telefonlarımızda, maşınlarımızda, oyuncaqlarımızda olan kompüterlər miniatürləşmə sayəsində kiçilməyə davam edir. Gələcək 20 ildə bu cihazlar hər yerdə olacaq, ancaq görünməyəcək. Onlardan istifadə etmək üçün təbii dil və toxunuş bildirişlərindən yararlanacağıq. Güman ki, bizdən asılı olmadan işləyən zəkaya da sahib olacaqlar.
8. Rəqəmsal yaddaşa sahib virtual heyvanlar
Nematod soxulcanının beynini rəqəmsallaşdıran OpenWorm layihəsi haqqında yəqin ki, məlumatlısınız. Gələcəkdə qarışqa, arı, siçan kimi canlılar bu texnologiya ilə təqlid olunacaqlar. Bu rəqəmsal beyinlər robotik aoaratlarla da işləyəcək.
7. İlk təsdiq olunmuş və meqa ölçülü geomühəndislik layihəsi
2030-cu illərdə dünyanın iqlimini yaxşılaşdıran uğurlu geomühəndislik layihələrini görəcəyik. Süni ağaclar, okean gübrələməsi vasitələri, okeanın keyfiyyətini artıran cihazlar, hava durumuna nəzarət edən avadanlıqlar kimi meqaəşyaların şahidi olacağıq.
6. Planetlərarası internet
Marsla Yer arasında internet şəbəkəsinin çəkilməsi gözlənilir. Bu, astronavtların dünyaya məlumat ötürməsini a sanlaşdırmaq üçün vacibdir.
5. Qocalmaya edilən müdaxilə
Yaşlanmanın qarşısını aldığı iddia edilən bütün kosmetik vasitələri unudun. 2030-cu illərdə yeni tibbi müdaxilə dünyanı dəyişdirəcək. Yaşımız artsa da, görünüşümüz müalicə sayəsində dəyişməyəcək.
4. Öldürmə lisenziyasına sahib robotlar
Müstəqil ölüm robotları əsgərlərin həyatını xilas edəcək və düşmənlərdən qoruyacaq. 2030-cu ildə hazırlanacaq bu robotlar insandan daha artıq fiziki gücə və bacarıqlara sahib olacaqlar.
3. Labaratoriyalarda yetişdirilən orqanlar
Genetik quruluşa görə insanlar həkimə müraciət etməyəcək. Kök hüceyrələrimizdən fərqliləşmiş toxumalar hazırlanacaq. Bunu özümüz də edə biləcəyik. Yəni özümüz öz orqanlarımızı yetişdirə biləcəyik, hətta ürəyimizi belə.
2. Şəxsi ev emalatçıları
Gələcəkdə 3D printerlər istifadə edərək məhsulları öz evinizdə istehsal edə biləcəksiniz. Bunun üçün əvvəldə müəyyən xərc ödəniləcək. Ehtiyaclarınızı bütünlüklə özünüz hazırlayacaqsınız.
1. Endustrial ölçüdə su təmizlənməsi
2030-cu illərdə okeanlar susuzluq problemini həll edəcək. Böyük Konsentrasiya Günəş Enerjisi Sentralları (CSP-lər) okean suyunu təmizləyib, istifadə edilə bilən formaya salacaqlar. Beləliklə, su ehtiyatları artacaq.