"Black Friday" necə yaranıb?

"Black Friday" nədir? Black Friday haqqında məqalə hazırlamışıq.

Məhsulların çoxalmağı, alıcıların fərqli təkliflər istəməsi, insanlarda biznes vərdişləri yaranması daha yenilikçi təkliflərə yol açdı. Bununla da ilk dəfə kuponlardan istifadə olunmağa başladı. İlk dəfə kuponlardan istifadə edilərək endirim təklif edildi. “Coca-cola” şirkəti 1888-ci ildə kuponlarla minlərcə alıcını özünə cəlb etdi. 1909-cu ilə qədər endirimlərdən istifadə edərək alıcı qazanmaq elə də aktual olmasa da, səhər yeməyi üçün olan yulaflarla bağlı edilən endirimlərlə bu metod çox məşhurlaşdı. “ABŞ”da həftəsonları qəzetlərinin son səhifələrində kuponlar yerləşdirilirdi. İnsanlar onlardan istifadə etməyə başladı. Daha sonra mağazalarda endirimlərdən istifadə edildi və beləliklə indiki dövrə qədər alıcının diqqətini çəkən üsul kimi gəlib çıxdı.

Black Friday necə yaranıb?

Xüsusi endirim günləri də olur. Bu günlərdə endirimlər daha çox olur və hər kəs yararlanmaq üçün öncədən hazırlıq görür. Bunlardan ən məşhuru isə "Black Friday"-dir.

Bəs bu Black Friday necə yaranıb?

Black Friday haqqında

Hal-hazırda bayrama hazırlıq üçün bazarlıq kimi nəzərdə tutulsa da ilk yaranma səbəbi bu olmayıb. ABŞ-da olan qızıl partlayışından sonra iki maliyyəçi qızılları alırdılar. Beləliklə də iqtisadi böhran başladı. Bunun üstü açıldıqdan sonra 1 il müddətində də vəziyyət ağır idi. İnsanlarda pul yox idi və hər şeyi ucuz satmaq məcburiyyətində idilər. Bu səbəbdən də satıcılar daha çox ziyan edirdilər. Şükran günündən sonra vəziyyət daha yaxşı olmağa doğru gedirdi. İnsalar kar etdiklərini qara ilə, ziyanlarını isə qırmızı ilə işarələmişdilər.nDaha sonra da Şükran günündən sonra qulları ucuz ala biləcəkləri günlər keçirilirdi və daha sonra bu da baykot edildi.

Black Friday mağaza

Ən əsas “Black Friday” isə Filadelfiyada yarandı. Hər il Şükran günündən sonra futbol olurdu və çox vaxt da şənbə günü olan futbola turistlər bir gün əvvəldən gəlməyə başlayırdı. Polislər və hər kəs uzun saatlar işləmək məcburiyyətində idi. Ona görə də bu günü “Black Friday” adlandırdılar. Daha sonradan bu adı “Big Friday” adı ilə dəyişdirmək istəsələr də alınmadı. Satıcılar isə bu basırıq günü daha yaxşı dəyərləndirmək istədilər və beləliklə də xüsusi endirimli təkliflər etdilər. Bu təkliflərlə onlar həm daha çox qazanacaqdılar və insanlarda birləşmədəki qara sözü mənfi mənaya gəlməyəcəkdi.

Black Friday alış-veriş

Bununla da “Black Friday” yarandı və insanlar endirimlərdən yararlanaraq daha çox alış veriş etdilər. Bu həm də növbəti bayrama hazırlıq üçün də əla fürsət kimi dəyərləndirilir.

"Black Friday" - tərcüməsi qara cümə olduğuna görə, bu söz islan ölkələrinin heç də xoşuna gəlmir. Bu səbəbdən bu endirim gününü "Möhtəşəm Cümə", "Əfsanə Cümə" və ya "Şəhanə Cümə" kimi adlandırılır.

Yazar: İlk yazar