Buzda donmuş halda tapılmış 6 qəribə cisim
Bilirik ki, bir şeyin xarab olmaması üçün onu soyuq bir yerdə saxlayırlar. Əsrlərlə buz altında qalan qəribə şeyləri sizə təqdim edirik.
1. Buz qız
500 il əvvəl öldürülərək Argentina və Çili sərhədində yer alan vulkanın zirvəsində basdırılan qızın donmuş cəsədi görənləri heyrətləndirir. 15 yaşında qurban edilən gənc qızın basdırılmadan əvvəl yaşadığı müəyyən olunub. Aradan 500 il keçsə də, onun cəsədi və geyimləri xarab olmayıb.
2. Donmuş mamont
Sibirdə 2010-cu ildə aparılan işlər zamanı donmuş mamont fosili aşkarlanıb. İllədir buz altında qaldığına görə vücudunda deformasiya olmayıb. Qazıntılar zamanı tünd rəngli maye də aşkarlanıb. Bu mayenin mamontun qanı olduğu məlum olub. Aşkarlanan bu qan sayəsində klonlaşdırma etməyin də mümkün olduğu bildirilir. Mamontun 40 min əvvəl öldüyü və donarkən 50 yaşında olduğu təxmin edilir.
3. Buzlaqların altındakı xəzinə
Alp dağlarına dırmaşan fransız alpinist təsadüfən buzlaqların altında bir xəzinə tapır. Xəzinədə içərisində kiçik paketlər olan qutular olur. Paketlərdə dəyərli daş-qaş olur. 377 milyon dollar dəyərində olan xəzinənin kimə aid olduğu araşdırılır. Məlum olur ki, Hindistana aid iki təyyarə 1950-ci ildə bu bölgədə toqquşub və nəticədə xəzinə buzlaqların altında qalıb.
4. Donmuş meşə
Alyaskanın Mendenhall buzlağının altında araşdırmalar nəticəsində donmuş meşə aşkarlanıb. Yarım əsr ərzində hər yerini buz örtən sahədə 2012-ci ildən etibarən ağaclar görünməyə başlayıb. Ağacların boyları 1,2-1,5 metr arasında dəyişir. Qlobal istiləşmə nəticəsində ortaya çıxan meşə örtüyündə indiyədək tədqiqatlar aparılır.
5. Donmuş bala kərgədan
Rusiyanın Yakutiya bölgəsində bir ovçu qəribə bir şey tapıb. Tapıntının təxminən 10 000 il əvvələ aid edilən kərgədan olduğu müəyyənləşib. Alimlər kərgədandan DNT nümunələri götürüblər.
6. Qəribə işarələr
İki dost gölün ətrafında gəzərkən qəribə işarələrə rast gəlib. Bunun yadplanetlilərin Yerdə qoyduqları izlər olduğu düşünülür. Bəziləri isə işarələrin UFO-nun eniş nöqtəsi olduğunu qeyd edirlər.