Cadu nədir, növləri və əlamətləri hansılardır?
Cadu keçmişdən bu günə qədər gəlib çıxan, qarşı tərəfə zərər verməyə yönəlmiş və bütün dinlərdə qadağan edilmiş mənəvi bir inancdır. Cadu haqqında maraqlı məlumatları təqdim edirik.
Cadu nədir?
Cadu, bütün dinlərin haram saydığı fövqəltəbii və şər bir üsuldur. Cadunun tarixi az qala bəşəriyyətin tarixi qədər qədimdir və ilk dəfə kim tərəfindən və necə edildiyi məlum deyil. Səmavi dinlərin hamısında cadu etmək və ya etdirmək qadağandır. İslamda da cadu haramdır və onu edən şəxs lənətlənir.
Cadu keçmişdən bu günə qədər özünü qoruyub saxlayan bir prosesdir. Əvvəllər cadu-pitiylə məşğul olan insanlara sehrbaz və ya cadugər deyirdilərsə, indi onları baxıcı, ekstrasens adlandırırlar. Baxıcılar bəzilərinin xeyri üçün digərlərinə zərər verməyə çalışırlar.
Ən çox edilən cadular hansılardır?
Araşdırmalara görə, ən çox istifadə edilən cadular bunlardır:
İnsanı cadu-pitiylə özünə aşiq etmək, süni sevgi yaratmaq
Arvadın və ya ərin bağlanması üçün
Ər və arvadın boşanması üçün
Subayların evlənməsinin qarşısını almaq üçün
Qadın və kişiləri qısır olması üçün
Kiminsə xəstələnməsi və ya ölməsi üçün
Birinin heyvanlarının süddən kəsilməsi üçün
Bir insanın mal və ticarətinin pozulmasına görə
Kiminsə tarlasının məhsul verməməsi üçün
Ən çox istifadə olunan tilsimlərə nəzər saldıqda görürük ki, onların demək olar ki, hamısı insana pislik etmək üçün nəzərdə tutulub. Bunlardan yalnız biri ər-arvad münasibətlərinin yaxşılaşdırılması kimi yaxşı bir səbəblə edilsə də, cadunun yaxşısı yoxdur. Bütün cadular pisdir. Bunun mütləq qarşısını almaq lazımdır.
Cadunun əlamətləri hansılardır?
Cadu edilən insanlarda ən çox görülən əlamətlər aşağıdakılardır:
Zehni dəyişikliklər və digər hallar nəticəsində o, özünü tanıya bilmir.
Dəhşətli yuxular görməyə başlayır. Gecələr qorxu və səksəkə ilə oyanır.
Yuxuda pişik və it kimi heyvanlar tez-tez görülür.
Gecələr ürək və qaraciyər xəstəliyi olmasa belə, döş qəfəsində ağrılar, nəfəs darlığı olur.
Həddindən artıq yorğunluq olur.
Narahatlıq, süstlük əlamətləri sezilir.
Təqib olunmaq hissi olu, sanki kölgəsi onu izləyir.
Tək qalmaq qorxusu və ya əksinə, həddindən artıq təklik arzusu olu.
Səhər saatlarında ayaqların alt hissəsində yanma hissi, əllərdə və qollarda uyuşma olur.
Cadu hər kəsin edə biləcəyi bir şey deyil. Eyni zamanda, hər cadu da o insana təsir edə bilməz. Cadugər kimi təqim olunan insanların çoxu əslində fırıldaqçılardır. Onlar insan psixologiyasını bələd olduğu üçün sizi necə inandırmağı və ya aldatmağı bilirlər. “Mənə cadu olunub” şübhəsi ilə gedib pulunuzu belə şarlatanlara verməyin. Psixoloqlardan dəstək alaraq psixoloji problemlərinizi həll edin.
Cadudan qorunmaq üçün nə etməliyik?
Sehr hər kəsə təsir etmir. İlk növbədə bunu qeyd etməkdə fayda var. Cadudan qorunmağın bircə yolu var, o da dua edib Allaha sığınmaqdır. Əgər kiminsə sizə cadu etdirdiyini düşünürsünüzsə, çoxlu dua edin və qarşılığını Allahdan gözləyin. İmanlı insanı heç bir cadu sarsıda bilməz. Ayətil əl-Kursi, Fələk və Nas surələri, Fatihə və İxlas surələri bəd nəzər və caduya qarşı ruhi qalxandır.
Cadunu məhv etməyin üsulları:
Evdə dua tapdıqda, etməli olduğunuz ilk şey duaya zərər vermədən onun örtüyünü çıxarmaqdır.Örtüyünü çıxardıqdan sonra duanı metal bir qaba qoyun.
Bu metal qaba oxunmuş sirkə tökün.
Oxunmuş sirkə olması vacibdir
Sirkəni metal qaba tökdükdən sonra bu qabı bir gün evdə saxlayın.
Ertəsi gün sirkə içindəki duanı çıxarın və qurumasını gözləyin.
Qurutma müddətini sürətləndirmək üçün fendən istifadə edə bilərsiniz.
Nəhayət, külü qalana qədər duanı ayrı bir metal qabda yandırın.
Yandırdığınız duanın külünü və sirkəni torpaq sahəsinə basdırın.
Bununla da sizə edilmiş cadudan xilas ola bilərsiniz.