COVİD-19: Siqaret çəkməyin karonavirusa təsirləri

Koronavirusla mübarizə çərçivəsində aparılan araşdırmalar nəticəsində siqaret istehlakının COVID-19 infeksiyasına qarşı təsirləri araşdırılmışdır. Bir çox xəstəliyə səbəb olan siqaret istehlakının koronavirusa təsiri ...

Unutmayın, siqaret çəkmək barmaqlarınızı dodaqlarınızla əlaqələndirməniz deməkdir. Bu da, virusun əldən ağıza keçmə ehtimalını xeyli artırır. Araşdırmalar göstərir ki, siqaret çəkən şəxslərdə ağciyər xəstəliyi və ya ağciyər tutumu azalmış ola bilər ki, bu da COVID-19 riskini artıracaqdır.

Siqaret istehlakının COVID-19-a təsiri

Siqaret istehlakının COVID-19-a təsiri

Siqaret çəkən insanların ümumiyyətlə ağciyər və sinə xəstəlikləri kimi tənəffüs yolu xəstəliklərinə yoluxma riskinin yüksək olduğu bilinir. Xüsusilə siqaret çəkən insanlarda, son zamanlarda dünyanı təsir altına alan və minlərlə insanın ölümünə səbəb olan COVID-19 (SARS-CoV-2) infeksiyası riskinin daha yüksək olmasına dair çoxsaylı dəlillər var. Digər tərəfdən siqaretin ağciyərlərə böyük dərəcədə zərər verdiyi, damar tıxanmasına səbəb olduğu və hətta ölümcül xəstəliklərin meydana gəlməsinə səbəb olduğu bilinir. Bu səbəblə, istər COVID-19 infeksiyası, istərsə də digər xəstəliklərin meydana gəlməsi olsun, siqaret çəkənləri tutma riski digər şəxslərə nisbətən daha yüksəkdir. Çinli həkimlər tərəfindən koronavirüsdən əziyyət çəkən 99 xəstə üzərində aparılan araşdırma:

Siqaret çəkmək koronavirus riskini necə artırır?

Siqaret çəkmək koronavirus riskini necə artırır?

Siqaret çəkmək, qrip kimi kəskin respirator infeksiyalar üçün risk faktorudur. Siqaret çəkən insanların qripə tutulma ehtimalı daha çoxdur və siqaret çəkməyənlərə nisbətən daha ağır bir şəkildə infeksiyaya yoluxma ehtimalları yüksəkdir. Koronavirus yeni bir virus olsa da, siqaret çəkməyin də koronavirus infeksiyası üçün risk faktoru olduğu ortaya çıxır. Koronavirus infeksiyası, qrip kimi siqaret çəkən insanlarda daha şiddətli ola bilər.

1. Ürək və ağciyərlərin zəifləməsi

Ürək və ağciyərlərin zəifləməsi

Siqaret çəkmək ürəyinizin və ciyərlərinizin işinə təsir göstərir, beləliklə qrip və ya koronavirus kimi kəskin infeksiyaya cavab vermək çətinləşir. Siqaret tüstüsü infeksiyaya qarşı ağciyərlərdəki təbii maneələri zəiflədir və SARS-CoV-2 virusunun ağciyər səthinə yapışmasını və ağciyər toxumasına yoluxmasını asanlaşdırır.

2. Üzə toxunmaq

Üzə toxunmaq

Koronavirus asqırma və ya öskürək damcıları ilə yayılır. Virusun sizə yoluxması üçün burnunuza və ya ağzınıza düşməlidir. Bu birbaşa və ya dolayı ola bilər (əllərdə, əşyalarda, səthlərdə). Bu müddət ərzində hər kəsin üzünə toxunmağı dayandırması tövsiyə olunur, ancaq siqaret çəkirsinizsə, üzünüzə, xüsusilə də ağzınıza toxunma ehtimalı daha yüksək olacaqdır. Bu vəziyyət həm də yoluxma riskinizi artırır.

3. Fiziki cəhətdən başqalarına yaxın olmaq

Sosial uzaqlaşma, başqa sözlə, sosial təcrid, koronavirusun yayılmasının ləngiməsinə kömək etmək üçün görülən ən böyük tədbirlərdən biridir. Bu, yoluxma ehtimalı olan insanlarla sağlam insanlar arasında təmasları minimuma endirməklə edilməlidir. Özünüzlə digər insanlar arasında 2 metr (6,5 fut) məsafə qoymalısınız, lakin siqaret çəkərkən insanların fiziki cəhətdən yaxın olma ehtimalı daha yüksəkdir.

4. Siqaret paylaşımı

Siqaret paylaşımı

Yaxşı gigiyena və əllərin düzgün yuyulması koronavirusa qarşı alınacaq tədbirlər çərçivəsində ən vacib şərtlərdəndir. Səhiyyə Nazirliyinin və digər xalq sağlamlığı həkimlərinin tövsiyəsi budur ki, şüşə kimi ağzımıza toxunan əşyaları paylaşmamalıyıq. Bu, insanlar arasında tez-tez paylaşılan siqaretlərə də aiddir.

5. Passiv siqaret çəkmə

Passiv siqaret çəkmə

Məhdud bir məkanda siqaret çəkmək sizə ən yaxın olanları risk altına alır, çünki siqaret tüstüsünə məruz qalma orqanizmin koronavirus kimi infeksiyalara qarşı təbii müqavimətinə təsir göstərir. Uşaqlar daha sürətli nəfəs aldıqları və ağ ciyərləri, tənəffüs yolları və immunitet sistemi hələ inkişaf etdikləri üçün siqaret tüstüsünə qarşı həssasdırlar. Bunun qarşısını almaq və başqalarını qorumağın ən yaxşı yolu siqareti atmaqdır.

Siqaret çəkən insanlar risk qrupuna aiddirmi?

Siqaret çəkən insanlar risk qrupuna aiddirmi?

Siqaret çəkənlərin COVID-19-a yoluxma riskinin daha yüksək olduğu barədə qəti bir nəticə olmadığı halda, bu infeksiyanın ağciyər xəstəlikləri və ya ümumiyyətlə bəzi əsas xəstəliklər səbəbindən risk yaratdığını bilirik. Bu o deməkdir ki, siqaret çəkən insanların siqaret çəkməyənlərə nisbətən COVİD-19 infeksiyasına yoluxma riski çox daha şiddətli simptomlarla ola bilər..
Tənəffüs yollarına bağlı olaraq inkişaf edən koronavirus epidemiyası, hər hansı bir tütün və ya tütün məhsulunun (siqaret, e-siqaret, qəlyan və s.) istifadəsi nəticəsində ətraf mühitə ciddi zərər verə bilər. Digər tərəfdən siqaret çəkənlərin əlləri ilə üzlərinə və ağızlarına daha çox toxunduqları bilinir. Bu o deməkdir ki, siqaret çəkən insanlar COVID-19-a qarşı daha həssasdırlar.

Bir siqaret çəkən COVID-19 infeksiyaına yoluxarsa nə baş verər?

Bir siqaret çəkən COVID-19 infeksiyaına yoluxarsa nə baş verər?

Siqaret çəkən insanların COVID-19 xəstəliyindən daha ciddi şəkildə təsirlənəcəyini söyləyən kifayət qədər dəlil var. Bunun əsas səbəbi siqaretin ciyərlərə zərər verməsi, buna görə ağciyərlərin və bədənin bəzi orqanlarının tam işləyə bilməməsidir. Məsələn, ağciyərlər təbii olaraq mucus əmələ gətirir, amma siqaret çəkən insanların ağciyərlərində təmizlənməsi daha çətin qalın selik var. Bu mucus ağciyəri bağlayır və infeksiya riskini artırır.

Əvvəllər siqaret çəkən biri üçün COVID-19 olma riski nə qədərdir?

Əvvəllər siqaret çəkən biri üçün COVID-19 olma riski nə qədərdir?

Keçmişdə siqaret çəkənlərin COVID-19 infeksiyasına yoluxma riskinin, heç vaxt siqaret çəkməyənlərə nisbətən daha yüksək olub-olmadığı hələ bilinmir. Siqaret çəkən insanlar ümumiyyətlə ağciyər infeksiyası riski altındadır, lakin insanlar siqareti buraxdıqda ağ ciyərlər nisbi yaxşılaşma göstərir. Əvvəllər siqaret çəkmisinizsə və indi atmısınızsa ehtimal ki, siqaret çəkdiyinizdən qat-qat az riskdə olacaqsınız.

Siqaret çəkmək Coronavirus riskini 14 qat artırır!

Siqaret çəkmək Coronavirus riskini 14 qat artırır

Covid-19 haqqında digər məqalələrimiz:

Yazar: İlk yazar