Dünyada ən çox axtarışda olan cinayətkarlar

Kimisi tutulub həbs olundu, kimisi edilən basqın nəticəsində öldü, kimisi isə hələ də azadlıqdadır. Dünyada ən çox axtarışda olan 10 cinayətkar haqqında məlumatları təqdim edirik.

1. Usame Bin Ladin

Usame Bin Ladin

Terror təşkilatı olan Əl-Qaidənin qurucusudur. 11 sentyabr Əkiz qüllələrə olan hücumdan sonra ABŞ-ın hədəfinə çevrilib. ABŞ hökuməti Bin Ladini təslim edən şəxsə 25 milyon dollar mükafat verəcəyini elan edib. 2 may 2011-ci ildə baş verən hücum zamanı öldürülüb. Onu zərərsizləşdirmək çətinliklə olsa da mümkün olub.

2. Joaquin Guzman

Joaquin Guzman

Meksikanın ən böyük narkobaronudur. "El Chapo Guzman", yəni "Qısa Guzman" anlamını verən ləqəbi vardır. Bunun səbəbi boyunun 1,68 metr olmasıdır. Guzman 2001-ci ildə həbsxanadan qaçdıqdan sonra hər şey dəyişdi. Əsas rəqibləri 2004-cü ildə həbs edildikdə bölgənin yeganə sahibi elan olundu. Milyardlarla dollar sərvət qazandı. Meksika və ABŞ-ın ortaq əməliyyatı nəticəsində 2014-cü ildə ələ keçirildi.

3. Davud İbrahim Kaşkar

Davud İbrahim Kaşkar

Hindistanın ən böyük cinayət təşkilatı olan D-Companynin lideridir. Atası polis olsa da, müxtəlif cinayətlərlə yadda qalıb. Hər növ qeyri-qanuni fəaliyyətdə adı var. ABŞ-ın qlobal terrorçu elan etdiyi Kaşkar plastik əməliyyatla üzünü dəyişdirib.

4. Alimzxan Toxtaxounov

Alimzxan Toxtaxounov

Rusiyalı şəxs özünü iş adamı kimi göstərməyə çalışsa da, rüşvət, qumar, narkotik qaçaqmalçılığı kimi cinayətlər törədib. 2002-ci il Qış olimpiadası zamanı rüşvət almaqda günahlandırılıb, Almaniyaya qaçıb. Onun yerini tapan şəxsə 5 milyon dollar dəyərində mükafat veriləcəyi elan olunub. İtaliyada saxlanılan Alimzxanı ABŞ istəsə də, İtaliya məhkəməsi onu sərbəst buraxıb.

5. Matteo Messina Denaro

Matteo Messina Denaro

"Şeytan" ləqəbli mafiya başçısıdır. Denaro 1993-cü ildə İtaliya hökumətinin mafiyalara qarşı həyata keçirdiyi əməliyyatları dayandırmaq məqsədilə bombalı hücumlar reallaşdırıb. Başına 5 milyon dollar mükafat qoyulub.

6. Felicien Kabuga

Felicien Kabuga

Afrikada ən çox axtarışda olan şəxsdir. Dünya tarixinin ən böyük soyqırımlarından birinin təşkilatçısıdır. Ruandada 800 min insanın qətliamı ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinir.

7. Pedro Antonio Marin

Pedro Antonio Marin

Ən çox axtarışda olan cinayətkarlardan biridir. FARC-ED-in lideri olan Marin 1948-1958-ci illər arasında siyasi və ideoloji düşüncələrini dəyişib. 2006-cı ildə onu tapana 5 milyon dollar mükafat veriləcəyi elan olunub. 2008-ci ildə infarktdan ölüb. Onu Alfonso Cano əvəzləyib.

8. Joseph Kony

Joseph Kony

Kony 2 milyona yaxın uşağı evdən qaçıraraq qul bazarlarında satmaqda günahlandırılır. Ən qəddar adamlardandır.

9. James Whitey Bulger

James Whitey Bulger

2007-ci ildən axtarışda olan Bulger suiqəsd, saxta pul, narkotik qaçaqmalçılığı kimi cinayətlərdə günahlandırılır. Alcatraz həbsxanasında bir müddət cəza çəkən Bulger "Winter Hill Gony" təşkilatının başçısıdır.

10. Omid Tahvili

Omid Tahvili

Nino adıyla da tanınan Tahvili Kanadada cinayətkar təşkilatın lideridir. Əsasən təcavüz və adam oğurluğunda günahlandırılır. ABŞ-da saxta telemarketinq şirkəti açaraq pensionerlərin 3 milyon dollarını mənimsəyib. Onu tapana 4 milyon dollar mükafat veriləcəyi elan olunub.

Yazar: İlk yazar