Dünyanın ən böyük 11 çayı
Dünyadakı ən böyük çaylar haqqında məqalə hazırlamışıq. Çaylar dünyanı şirin su və balıq ehtiyatı ilə təmin edir. Eyni zamanda, çayların suyundan kənd təsərrüfatında istifadə olunur.
1. Nil çayı
Cənubdan şimala doğru axan Nil çayı Afrika qitəsinin üçdə birini əhatə edir. 6640 km ilə dünyanın ən uzun, 3 200 000 kvadrat kilometr su alma sahəsi ilə dünyanın üçüncü bol sulu çayıdır. Çay bir neçə böyük qoldan ibarətdir. Nilin su alma hövzəsində bir neçə göl var. Bu göllərdən biri olan Viktoriya dünyanın ən böyük ikinci gölüdür. Nil çayı mədəniyyərin və yaşamın inkişafına töhfə verdiyi üçün onu "həyat çayı" adlandırırlar. Çay 11 ölkənin ərazisindən keçir.
2. Amazon çayı
6275 km uzunluğunda olan və Atlantik okeanına tökülən Amazon çayı And dağlarından başlayır. Hövzəsi 5 318 100 kvadrat kilometr olan Amazon çayı bu baxımdan ən böyük, uzunluğuna görə isə ikinci ən böyük çaydır. Amazonun daşıdığı su miqdarı Mississipi, Nil və Yantsızı çaylarının daşıdığı ümumi su miqdarından daha çoxdur. Dünyadakı ən böyük yağış meşələri Amazonun sahilində yerləşir. Amazon çayı 9 ölkənin ərazisindən keçir.
3. Mississipi çayı
95 %-i ABŞ-da, digər hissəsi isə Kanadada yerləşən Mississipi Şimali Amerikanın ən uzun çayıdır. Çayın mənbəyindən mənsəbinədək olan məsafə 7200 km-dir. Başlanğıcını Minnesota ştatındakı İtaska gölündən götürən çay 6000 km yol qət edərək Atlantik okeanındakı Meksika körfəzinə tökülür. Çayın 250 qolu var və bu qollarda 50-ə yaxınında yükdaşıma işləri aparılır.
4. Yantsızı çayı
Yantsızı dünyanın ən böyük 4-cü çayıdır. Çinin ən böyük çayı olan Yantsızı 5520 km uzunluğundadır və hövzəsinin genişliyi 2 milyon kvadrat kilometrdir. Yantsızı çayı Şərqi Çin dənizinə tökülür. Ən böyük qolları Yalunq, Min, Çialinq, Han və Vudur.
5. Ob çayı
Hövzəsinə görə Asiyanın ən böyük, uzunluğuna görə isə ikinci ən böyük çayıdır. 5300 km uzunluğunda olan Ob çayı dünyanın 5-ci ən böyük çayıdır. Ob çayı Altay dağlarından başlayır və Samarov şəhəri yaxınlığında ən böyük qolu olan İrtışla birləşir. Çay Şimal Buzlu Okeanına tökülür. Obun İrtışla birləşdiyi yerin cənubunda Vasuiqa bataqlıqları yerləşir. Bu bataqlıqlar 25 min kvadrat kilometr ərazini tutur.
6. Huanhe çayı
Çinin ikinci, dünyanın altıncı ən uzun çayı olan Huanhe Sarı çay, eləcə də Qızıl çay adlandırılır. Huanhenin uzunluğu 5464 km-dir. Çin mədəniyyətinin beşiyi olan bu çay Çinin qərbindən başlayıb Bohai dənizinə qədər axır. Çay həddən altıq palçıqlı olduğu üçün rəngi sarıya çalır.
7. Yenisey çayı
Dərinliyi 70 metrə çatan Yenisey çayı Rusiyanın ən dərin çayıdır. Çay Sibirin böyük hissəsini suyla təmin edir və Qara dənizə tökülür. Hövzəsi 2,7 milyon kvadrat kilometr olan Yeniseyin uzunluğu 3487 km-dir. Yenisey sözünün türk mənşəli olduğu bildirilir.
8. Parana çayı
Parana çayı Cənubi Amerikanın ikinci ən uzun çayıdır. Çayın hövzəsi 2,8 milyon kvadrat kilometrdir. Braziliyanın cənub-şərq hissəsini, Paraqvay və Argentinanın şimal hissəsini əhatə edir. Mərkəzi Amerikanın üç ölkəsini birləşdirən çay Uruqvay çayı ilə birləşərək La-Plata ovalığında Atlantik okeanına tökülür.
9. Konqo çayı
Konqo çayı 4700 km uzunluğu ilə Afrikanın Nildən sonra ən uzun çayıdır. Dünyanın ikinci ən böyük yağmür meşəsi Konqo çayının sahilində yerləşir. Çayın dərinliyi 230 metrə çatır. Ekvator xəttini iki dəfə kəsib keçən Konqo çayı Atlantik okeanına tökülür.
10. Amur çayı
Şərqi Asiyanın ən böyük çaylarından biri olan Amur Qara Əjdaha olaraq adlandırılır. Çayın uzunluğu 4486 km-dir və hövzəsi 1 843 000 kvadrat kilometrə çatır. Amur çayı Yapon dənizi ilə Obiotsk dənizini birləşdirən Tatar boğazında Böyük okeana tökülür. Çay Sibirdə əsən soyuq küləklər səbəbindən ilin altı ayı donmuş vəziyyətdə olur.
11. Rio de La-Plata çayları
3 170 000 kvadrat kilometr hövzəyə malik olan Rio de La-Plata çayları Rio-Parana və Rio-Uruqvaydan ibarətdir. 720 km genişlikdəki bu çay Atlantik okeanına tökülür.